Sosial

Sərt qış Eldar Əzizovu sınaqdan çıxara bilər

Paytaxtın qışa hazırlığı: Müşavirələr və reallıq

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt rayonlarında qışa hazırlıq tədbirlərinin başa çatdığını elan edib. Bildirilib ki, mövsümə, xüsusilə qarlı havalara hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planları icra olunub. Hazırda şəhərin və rayonların kommunal xidmətlərinin xüsusi təyinatlı texnikası hazır vəziyyətə gətirilib, əlavə tədbirlər həyata keçirilib.

Görülən işlərə nəzarəti gücləndirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Son olaraq Suraxanı, Səbayel və Nəsimi rayonlarında Bakıda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti müzakirə olunub. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, eləcə də özəl sektorun nümayəndələri iştirak ediblər. Hər bir sahə rəhbərinin hesabatı dinlənilib.

Müşavirələrdə qeyd edilib ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli, yağıntılar zamanı bitişik əraziləri qardan və buzdan təmizləmək üçün müvafiq addımlar atmalıdır. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikasının cəlb edilməsi qərara alınıb. Eyni zamanda, ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Təkrarlanan problemlər və vətəndaş narazılığı

Lakin təcrübə göstərir ki, bu kimi toplantılar və verilən tapşırıqlar hər il təkrarlansa da, qış gələndə mənzərə dəyişmir. Qar yağdığı günlərdə paytaxtın mərkəzi küçələri nisbətən təmizlənsə də, Bakının böyük hissəsi – məhəllələr, ara yollar, hündürmərtəbəli yaşayış komplekslərinin ətrafı, piyada səkiləri – saatlarla, bəzən günlərlə buz və qar altında qalır.

Qış aylarının ən ciddi problemi nəqliyyatın iflic olmasıdır. Hər il eyni ssenari təkrarlanır: azca qar yağanda avtobuslar gecikir, metro çıxışlarında sıxlıq yaranır, əsas magistral yollarda qəzaların sayı artır, taksi qiymətləri isə kəskin şəkildə yüksəlir. Bu hallar qışa hazırlıq səviyyəsinin yetərli olmadığını bir daha sübut edir.

Məsuliyyət məsələsi: Eldar Əzizov və icra başçılarının “sınağı”

Bakıda qışa hazırlıqla bağlı müşavirələr, rəsmi çağırışlar və protokol qərarları həmişə çox olur. Əsas problem bu sənədlərin mövsüm başlayanda necə icra olunmasındadır. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxsin təyin edilməsi xüsusi maraq doğurur. Bu addım Bakı meri Eldar Əzizovun rəhbərliyi altında fəaliyyət göstərən “fövqəladə komanda”nın üzərinə ciddi məsuliyyət qoyulduğunu və onlardan rayon rəhbərliyinin qışa hazırlıq mövsümündə gördüyü işlərlə bağlı dəqiq hesabat tələb olunacağını göstərir.

Paytaxtda Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbayel, Xəzər, Yasamal, Pirallahı və Suraxanı olmaqla 12 rayon var. Eldar Əzizov Bakı şəhəri üzrə icraedici hakimiyyətin ümumi rəhbəridir. Belə görünür ki, bu qış sərt keçərsə, bir neçə icra başçısı “sınaqdan” keçə bilməyə bilər. Bu sınaq həm də Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovun idarəetmə effektivliyini göstərəcəkdir.

Deputatların mövqeyi: Təkrarlanan çətinliklər və həll yolları

Parlamentin üzvü Arzuxan Əlizadə hər ilin oktyabr-noyabr aylarında Bakı Şəhər İcra Hakimiyyətində müşavirələrin keçirildiyini, rayon rəhbərləri və kommunal xidmətlərə cavabdeh şəxslər qarşısında tapşırıqlar qoyulduğunu qeyd edib. Deputatın sözlərinə görə, bu tapşırıqlar qışın bütün çətinliklərinə hazır olmaq, ön tədbirlər görmək və əhalinin üzləşdiyi çətinlikləri aradan qaldırmaqla bağlıdır. Lakin A. Əlizadə hər qış şəhər əhalisinin eyni problemlərlə üzləşdiyini vurğulayıb: “Təəssüf ki, təbiət şıltaqlıq edəndə Bakıda ciddi problemlər yaranır. Məsələn, bir neçə gün ardıcıl yağış olanda yeraltı keçidlər su ilə dolur, kanalizasiya xətlərinin yararsızlığı üzə çıxır, qar yağanda isə texnikaların çatışmazlığı problemi meydana gəlir. Nəticədə əziyyət çəkən şəhər əhalisi olur”. O, bu il həmin çətinliklərin təkrarlanmayacağına ümid etdiyini bildirib. Müasir dövrdə vətəndaşların qar və yağış problemləri ilə üzləşməməsi vacibliyini qeyd edən deputat, mövcud müasir texnikaların təbiətin yaratdığı çətinlikləri tezliklə aradan qaldırmağa imkan verdiyini vurğulayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bildirib ki, paytaxt keçən il də qışa hazırlıqsız idi və bütün çatışmazlıqları, nöqsanları üzə çıxardı. Onun sözlərinə görə, avtobusların intervalında gecikmələr, yolların qardan təmizlənməsi və kommunal xidmətlərin fəaliyyətində problemlər yaşanıb. Hər il xüsusən paytaxtın ətraf ərazilərində işıq, qaz və su problemləri yaranır, yollarda nəqliyyatın hərəkəti çətinləşir, vətəndaşlar dayanacaqlarda avtobus gözləyərkən çətinlik çəkirlər. Samir Əsədli yalnız şəhərin mərkəzi küçələrinin texnika ilə qardan təmizlənməsinə şahid olduğumuzu, Bakının əksər ərazilərində, o cümlədən Qızıldaş, Müşviqabad və digər qəsəbələrdə ciddi problemlərin yaşandığını vurğulayıb. Partiya funksioneri, paytaxtın qışa hazırlıq üçün kompleks işlər görməsinin zəruriliyini qeyd edib. O, Eldar Əzizovun rəhbərliyi ilə keçirilən iclasların tədbir xatirinə deyil, real işlər görmək üçün təşkil olunmasının vacibliyini dilə gətirib. XXI əsrdə əhalinin azca qar yağan kimi problemlərlə üzləşməsini qəbuledilməz adlandıran Əsədli, icra hakimiyyətlərinin səmərəsizliyini vurğulayaraq, Türkiyə və Avropa ölkələrində olduğu kimi bələdiyyələrə səlahiyyət verilməsi və funksiyalarının artırılmasının dövlətin yükünü azaldacağını bildirib.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. Maraqlı bir yanaşma idi. Məqalə dekabr ayında paytaxtın qışa nə qədər hazır olduğunu sorğulayırdı. İndi fevral ayıdır və sərt qış mövsümünü geridə qoymuşuq. Baxmayaraq ki, qışa hazırlıq tədbirlərinin başa çatdığı elan edilmişdi, Bakının bəzi yerlərində havaların kəskin soyuması və ya qarın yağması ilə bağlı çətinliklərin nə dərəcədə uğurla aradan qaldırıldığı barədə müxtəlif fikirlər səsləndi. Təəssüf ki, bəzi ərazilərdə elan edilmiş hazırlığın reallıqla tam üst-üstə düşmədiyi hallar müşahidə olundu. Bu, bəlkə də gələcək illər üçün daha real qiymətləndirmələrə ehtiyac olduğunu göstərir.

  2. Bu məqalə dekabrda çıxanda, Eldar müəllimi sınaqdan keçirəcək sərt qışdan danışılırdı. İndi fevralın əvvəlidir və düşünürəm ki, qış özü də bu sınaqdan keçməyə tənbəllik elədi. Ya Bakı qışı o qədər “sərt” olmadı, ya da Eldar müəllimin hazırlığı o qədər möhkəm idi ki, qış özü də çəkinib sakit durdu. Nəticə etibarı ilə, görünür, “sınaq” hər iki tərəf üçün xeyirli oldu!

  3. Məqalədə qeyd olunduğu kimi, Bakı Şəhər İcra Hakimiyyətinin qışa hazırlıqla bağlı verdiyi məlumatlar dekabr ayının əvvəllərində mühüm idi. Artıq qış mövsümünün böyük hissəsi geridə qaldığı üçün, elan olunmuş tədbirlərin və kommunal xidmətlərin hazırlığının şəhərin bu müddət ərzində necə idarə olunmasına təsirini görmək mümkün oldu. Ümid edirəm ki, paytaxt sakinləri üçün hər şey müsbət keçib.

  4. What a difference good preparation makes! Looking back at this past winter, it’s truly commendable to see how well Baku navigated the challenging conditions. Reading this article from December, it’s clear that Eldar müəllim and the city administration’s focus on readiness truly paid off. The smooth operation of communal services throughout the season was a testament to the thorough planning and dedicated work mentioned here. Very appreciative of the proactive steps taken.

  5. Salam! Bu məqalə dekabrın əvvəlində dərc olunanda, Eldar bəyin rəhbərliyi altında Bakının bu qış mövsümündə necə sınaqdan çıxacağı maraq doğurmuşdu. İndi qışın demək olar ki, sonuna çatdığımızı nəzərə alsaq, bəs o elan olunan “tam hazırlıq” reallıqda özünü necə doğrultdu? Kommunal xidmətlər həqiqətən də bütün çətinliklərin öhdəsindən gələ bildilərmi, yoxsa problemlər yaşandı?

  6. Məqalədə qışa hazırlıqla bağlı səsləndirilən bəyanatları nəzərə alaraq, 2025-2026-cı il qış mövsümünün artıq əsas hissəsinin geridə qaldığını qeyd etmək vacibdir. Yazıda Eldar Əzizovun “sınaqdan çıxarılacağı” ilə bağlı proqnozun necə reallaşdığını təhlil etmək olar. Şəhər İcra Hakimiyyətinin kommunal xidmətlərin hazırlığı və xüsusi texnikanın hazır vəziyyətə gətirilməsi barədə açıqlamaları fonunda, ötən aylarda Bakının qarlı və şaxtalı günlərdə necə idarə olunduğu əsas göstərici oldu. Şəhərdə nəqliyyatın hərəkətində, yolların təmizlənməsində və kommunal xidmətlərdə yaranan və ya yaranmayan problemlər Eldar Əzizovun rəhbərliyi altında qışa hazırlığın real effektivliyini ortaya qoydu. Bu baxımdan, məqalədə qaldırılan məsələnin artıq nəzəri müzakirədən praktiki nəticələr müstəvisinə keçdiyini deyə bilərik.

  7. Bu məqalə 2025-ci ilin dekabrında, qışın astanasında yayımlanmışdı. İndi ki, qış mövsümü əsasən başa çatdığını nəzərə alsaq, paytaxtın kommunal xidmətlərinin elan etdiyi hazırlıq səviyyəsinin real vəziyyətlə necə uzlaşdığını görmək mümkün oldu. Maraqlıdır ki, o dövrdə qaldırılan məsələlərin hansı şəkildə həllini tapdığı haqqında indiki zamanda düşünmək faydalıdır.

  8. Dekabrda dərc olunan bu məqalədə Eldar Əzizovun sərt qışda sınaqdan çıxa biləcəyinə dair irəli sürülən fikir maraqlıdır. İndi, fevral ayının əvvəllərində qış mövsümünün əksər hissəsini geridə qoymuşuq. Məqalədə qeyd olunan hazırlıq tədbirlərinin və kommunal xidmətlərin effektivliyinin Bakının bu mövsümü nisbətən problemsiz atlatmasına kömək etdiyi müşahidə olunur. Görülən işlərə nəzarətin gücləndirilməsi və texnikanın hazır vəziyyətdə saxlanılması mühüm rol oynayıb.

  9. Bu yazı dekabr ayında paytaxtın qışa hazırlığı barədə vacib suallar qaldırmışdı. İndi ki, sərt qış mövsümü demək olar ki, arxada qalıb, şəhər rəhbərliyinin, xüsusən də cənab Eldar Əzizovun iddia etdiyi hazırlıqların praktikada necə işlədiyini qiymətləndirmək imkanımız var. Ötən aylardakı real hava şəraiti kommunal xidmətlərin çevikliyini və infrastrukturun davamlılığını ciddi sınaqdan keçirdi. Bu sınağın nəticələri, bəyan edilmiş hazırlıq səviyyəsi ilə qarşılaşılan çətinliklər arasındakı uyğunluğu təhlil etmək üçün əhəmiyyətli bir əsas təşkil edir.

  10. Bu məqalə dekabr ayında paytaxtın qışa nə qədər hazır olduğunu sorğulayarkən çox yerində bir sual ortaya atmışdı. İndi, fevralın əvvəlində, qışın böyük hissəsini arxada qoymuşuq və Eldar Əzizovun “sınaqdan” necə çıxdığını daha aydın qiymətləndirə bilərik. Baxmayaraq ki, Bakı Şəhər İcra Hakimiyyəti hazırlıq tədbirlərinin başa çatdığını və texnikaların hazır vəziyyətdə olduğunu bildirmişdi, keçən aylardakı mənzərə göstərdi ki, bəyanatlar bəzən reallıqla üst-üstə düşmədi. Şəhərin infrastrukturu və kommunal xidmətləri gözlənilən sərt şərtlər altında hələ də müəyyən zəifliklərini ortaya qoydu. Yəqin ki, “nəzarətin gücləndirilməsi” hər zaman istənilən effekti vermədi.

Şəbnəm Əliyeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button