Baş xəbər

Səhhəti pisləşən Hafiz Babalı tibb məntəqəsinə köçürülmədiyini deyir

Həbsdə olan jurnalist Hafiz Babalı səhhətinin pisləşməsinə baxmayaraq tibb məntəqəsinə köçürülmədiyini deyir. 

Bu barədə dekabrın 6-da “Facebook” səhifəsində ictimailəşdirilən mesajda o bildirib ki, ayağındakı vəziyyət “artıq çox ciddi hal alıb”. Jurnalist daha öncə isə xəbər vermişdi ki, ayağında qızartı və yaralar əmələ gəlib. 

H.Babalının sözlərinə görə, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi ona baxış keçirib və ayağında qızılyel infeksiyası müəyyən edib. 

“Müalicə olaraq Sefazolin-Akos iynəsi vurulub. Buna baxmayaraq, vəziyyət ağır olaraq qalır. Bütün bunlara rəğmən, məni nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə də müəssisə daxili və ya xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılmır. Müalicənin davam etdirilməsi və vəziyyətimin nəzarətdə saxlanılması üçün zəruri addımlar atılmır”, – o qeyd edib. 

H.Babalı əlavə edib ki, səhhətindəki problemlər artıq gündəlik həyatımı “ciddi şəkildə çətinləşdirir” və sağlamlığına “real təhlükə yaradır”. 

O, aidiyyatı qurumları “qanunla təmin olunmuş tibbi təminat hüququmun bərpası üçün” tədbir görməyə çağırıb. 

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. Bu məlumat 2025-ci ilin dekabr ayına aiddir. Ümid edirəm ki, Hafiz Babalının səhhəti ilə bağlı vəziyyət o vaxtdan bəri diqqətdə saxlanılıb və lazımi tibbi yardım göstərilib. İstənilən şəxsin, xüsusən də həbsdə olanların sağlamlıq hüquqlarının təmin olunması vacibdir.

  2. Görünür, Hafiz Babalı Facebook-u təcili yardım düyməsi kimi işlədib! Kim bilərdi ki, sosial media əsl tibbi yönləndirmə sistemindən daha yaxşı bir sağlamlıq mərkəzinə çevriləcək? İnsan ancaq ümid edə bilər ki, indi, bir ildən çox vaxt keçdiyinə görə, onun ayağı status yenilənməsindən daha peşəkar diqqət görüb.

  3. Dekabr ayında yayımlanan bu məqalədən sonra Hafiz Babalının səhhəti ilə bağlı vəziyyətdə hansı dəyişikliklər oldu? Onun tibb məntəqəsinə köçürülməsi məsələsi necə həll olundu, yoxsa hələ də ciddi tibbi yardıma ehtiyacı davam edir? Ümid edirəm ki, vəziyyətində müsbət irəliləyişlər var.

  4. Dekabr 2025-ci il tarixli bu məqalədə Hafiz Babalının səhhətinin pisləşməsinə baxmayaraq tibb məntəqəsinə köçürülmədiyini iddia etməsi ciddi narahatlıq doğurur. Bu vəziyyət, xüsusən də ayağındakı problemin “artıq çox ciddi hal alıb” kimi təsvir edilməsi, cəzaçəkmə müəssisələrində məhbusların sağlamlıq hüquqlarının təmin olunması ilə bağlı vacib suallar ortaya qoyur. Hər bir şəxsin, hətta həbsdə olsa belə, adekvat və vaxtında tibbi yardıma çıxışının təmin edilməsi fundamental bir hüquqdur. Bu cür halların araşdırılması və şəffaf şəkildə ictimaiyyətə açıqlanması, sistemdəki potensial boşluqların müəyyən edilməsi və gələcəkdə oxşar vəziyyətlərin qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb edir.

  5. Bu xəbəri oxuyanda insan düşünür ki, səhhəti bu qədər ciddiləşən bir jurnalist niyə tibb məntəqəsinə köçürülməmişdi? Həkim müayinəsindən sonra hansı qərar verilmişdi, yoxsa sadəcə baxış keçirilməsi ilə kifayətlənilmişdi? Ümid edirəm ki, vəziyyət artıq nəzarət altına alınıb.

  6. Bu məqaləni oxuyarkən Hafiz Babalının 2025-ci ilin dekabr ayında bildirdiyi səhhət vəziyyəti ilə bağlı ciddi narahatlıq hiss etdim. Təsvir olunan ayaq probleminin “çox ciddi hal alması” və tibb məntəqəsinə köçürülməməsi faktı, həbsdə olan şəxslərin sağlamlıq hüquqlarının necə təmin edildiyinə dair suallar doğurur. Həkimin müayinəsindən sonra belə köçürülmənin baş verməməsi, penitensiar sistemin məsuliyyətləri baxımından mühüm bir məqamdır. Ümid edirəm ki, bu xəbərdən sonra onun vəziyyəti diqqətdə saxlanılıb və lazımi addımlar atılıb.

  7. Bu dekabr ayında yayımlanan məqalə məhbuslara göstərilən tibbi xidmətə dair ciddi narahatlıqlar doğurur. Hafiz Babalının səhhətinin bu qədər kritik vəziyyətə düşdüyünü, ayağındakı vəziyyəti “çox ciddi” kimi təsvir etdiyini, lakin tibb məntəqəsinə köçürülmədiyini oxumaq həqiqətən narahatedicidir. Həkimin ona baxış keçirdiyi qeyd edilsə də, əsas məsələ zəruri köçürülmənin rədd edilməsi iddiasıdır. Bu da daxili tibbi protokolların kifayət qədər olub-olmaması və ya lazımi qaydada tətbiq edilib-edilməməsi sualını ortaya çıxarır. Onun bu mesajı “Facebook”da ictimailəşdirməyə məcbur qalması faktı, məhbusların sağlamlığına dair sistem daxilində cavabdehliyin və ya şəffaflığın olmaması ehtimalını vurğulayır. Ümid edirik ki, bu məqalənin dərcindən sonrakı həftələrdə onun vəziyyəti təcili diqqət və lazımi tibbi müdaxilə ilə qarşılanıb.

  8. Bu məqaləni oxuduğum üçün çox minnətdaram. Jurnalist Hafiz Babalının səhhəti ilə bağlı bu cür mühüm məlumatın o zaman ictimailəşməsi həqiqətən çox dəyərli idi. Hər kəsin, xüsusilə də məhbusların tibbi xidmətə tam əlçatanlığının vacibliyini xatırladan belə xəbərlər əvəzsizdir. Ümid edirəm ki, dekabrda qeyd olunan vəziyyətinə görə lazımi addımlar artıq atılıb və səhhəti yaxşılığa doğru dəyişib.

  9. Məqaləni oxudum, amma məsələyə birtərəfli yanaşmaq doğru olmazdı. Hafiz bəy o zaman səhhətinin pisləşdiyini və köçürülmədiyini bildirsə də, unutmamaq lazımdır ki, müəssisə daxilində tibbi baxış keçirilmişdi. Yəqin ki, tibbi heyət vəziyyəti təhlil edərək, xarici tibb məntəqəsinə köçürülmənin o anda zəruri olmadığı qənaətinə gəlmişdi. Bəzən xəstənin özünün vəziyyəti haqqında qənaəti ilə həkimlərin peşəkar dəyərləndirməsi fərqlənə bilər.

  10. Hafiz bəyin o vaxtkı səhhəti barədə oxuyanda ağlıma gəldi ki, bəlkə də tibb məntəqəsinə düşmək üçün xüsusi bir “VIP növbə” sistemi var idi. Yoxsa necə olar ki, bir jurnalistin “ayağı artıq çox ciddi hal alıb” deməyi kifayət etməsin? Görünür, bəzi yerlərdə hətta tibbi yardım almaq da xüsusi “protokol” tələb edirmiş. Ümid edirəm ki, həmin dövrdəki bu anlaşılmazlıq artıq öz həllini tapıb və indi hər şey qaydasındadır.

a9game üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button