Baş xəbər

“Ruslan İzzətlinin səhhəti ağırlaşıb, əməliyyata ehtiyac var”

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü, siyasətçi Ruslan İzzətlinin səhhətində ciddi problemlər yaranıb. 

Bu barədə onun həyat yoldaşı Günel Manaflı dekabrıın 7-də məlumat yayıb.

Onun sözlərinə görə, şənbə günü baş tutan görüş zamanı İzzətlinin səhhətindəki narahatlıqların kəskinləşdiyi müşahidə edilib.

“O, yüksək təzyiq, baş ağrısı və öd kisəsi ilə bağlı davamlı ağrılardan əziyyət çəkir. Təzyiqi yalnız gündəlik dərman qəbulu ilə normada saxlana bilir”, – siyasətçinin həyat yoldaşı bildirib.

G.Manaflı bildirib ki, Ruslan İzzətlinin öd nahiyəsində güclü ağrılar təxminən 10 gündür başlayıb və o, hər gün ağrıkəsici qəbul etmək məcburiyyətində qalır: “Son günlər həkim müayinəsi və ultrasəs yoxlaması aparılıb. Həkim ödünün müalicəyə tabe olmadığını əməliyyatla götürülməli olduğunu bildirib. Həbsxana şəraitində isə bu mümkün deyil. Ödü və təyziqi onun həyatı üçün təhlükə yaradır”.

O, öd kisəsinin yaratdığı risklərin ciddi olduğunu, kəskinləşmə baş verərsə qan zəhərlənməsi təhlükəsinin yarana biləcəyini bildirib: “Bu da Ruslan İzzətlinin həyatı bahasına başa gələ bilər. Bu artıq həyəcan siqnalıdır! Amma təbii ki, buna məhəl qoyan yoxdur. Bu hakimiyyət üçün bir siyasətçinin həyatı qədər ucuz heçnə yoxdur! Ruslan İzzətlinin başına bir iş gələrsə, bunun məsuliyyətini birbaşa bu hakimiyyət daşıyır!”, – deyə o vurğulayıb.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

14 Comments

  1. Çox təəssüf Ruslan İzzətlinin səhhətinin pisləşməsini eşitmək. Ümid edirəm ki, əməliyyat uğurlu keçəcək və o tezliklə sağalacaq. Sağlamlıqla bağlı bu cür çətinliklər həyatda qarşılaşdığımız gözlənilməz problemlərdən biridir.

    Təəssüf ki, bəzən digər sahələrdə də gözləntilərin reallıqla üst-üstə düşmədiyi hallar olur. Məsələn, son zamanlar oxuduğum xəbərlərdən biri də Qlavproduktın halal mal əti konservlərində donuz əti mövzusu idi. Hər yerdə şəffaflığın və düzgünlüyün vacibliyini bir daha göstərir.

  2. Interesting read! Seeing more platforms focus on strategy over pure chance is a welcome change. The data analysis side of things, like with jil7 slot, really appeals to a different kind of player. It’s about informed decisions, not just luck! 🤔

  3. Ruslan bəyin səhhətində problemlərin yaranması xəbəri, əlbəttə, diqqət çəkir. Lakin, məncə, 7 dekabrda yayılan məlumatda vəziyyət bir qədər dramatikləşdirilib. Təzyiq və öd kisəsi ilə bağlı narahatlıqlar çox təəssüf ki, cəmiyyətimizdə geniş yayılmışdır və hər belə halda dərhal əməliyyatın zəruri olduğu fikri həmişə doğru olmaya bilər. Tibbi müayinələr və həkimlərin qərarı əsas götürülməlidir, emosional çağırışlar deyil.

  4. Bu yazını oxuduqdan sonra maraqlıdır, Ruslan bəyin səhhət durumu sonradan necə inkişaf etdi? Öd kisəsi ilə bağlı əməliyyat ehtiyacı qeyd edilmişdi, görəsən, bu tibbi müdaxilə həyata keçirildimi və hazırda səhhəti necədir?

  5. Ruslan İzzətlinin səhhətində yaranmış bu vəziyyətlə bağlı xəbərlər həqiqətən narahatvericidir. Ümid edirəm ki, o, o vaxtdan bəri lazımi tibbi yardımı alıb və səhhəti yaxşılığa doğru dəyişib. Hər bir insanın sağlamlığı prioritet olmalıdır.

  6. Görünür, Ruslan bəyin orqanizmi yüksək təzyiq və digər narahatlıqlara qarşı öz “etirazını” bildirməyə qərar verib. Kim bilirdi ki, öd kisəsi bu qədər “danışan” ola bilər? Ümid edirəm ki, indi vəziyyəti daha yaxşıdır və bütün daxili işləri qaydasındadır!

  7. Bu xəbəri oxuyarkən Ruslan İzzətlinin səhhətində yaranmış ciddi problemlər haqqında məlumat verdiyiniz üçün təşəkkür etmək istəyirəm. Hər zaman belə məsələlərin diqqət mərkəzində saxlanılması vacibdir. Ümid edirəm ki, o vaxtdan bəri vəziyyət müsbət istiqamətdə dəyişib və Ruslan bəy tezliklə tam sağalıb ailəsinin yanına qayıda bilib.

  8. Ruslanın səhhəti ilə bağlı dekabr ayında yayılan xəbərlər, əlbəttə ki, narahatlıq doğururdu. Lakin mənə elə gəlir ki, bəzən belə həssas hallarda yaxınların verdiyi bəyanatlar, vəziyyətin ciddiliyinə diqqət çəkmək üçün, təbii olaraq, müəyyən dərəcədə şişirtmələrə meyl edə bilər. Əməliyyatın *mütləq* təcili olub-olmaması barədə daha obyektiv bir tibbi rəy, bəlkə də, o zaman fərqli bir mənzərə ortaya qoyardı. Sağlamlıq hər şeydən vacibdir, amma bəzən informasiyanın təqdimatı fərqli məqsədlərə xidmət edə bilir.

  9. Bu cür önəmli məlumatları vaxtında bizə çatdırdığınız üçün təşəkkür edirəm. Ruslan İzzətlinin o dövrdəki səhhət problemləri ilə bağlı xəbərlərin işıqlandırılması çox vacib idi. Ümid edirəm ki, çətin anlar geridə qalıb və o, hazırda daha yaxşıdır. Hər bir insanın sağlamlıq hüququnun təminatı həmişə prioritet olmalıdır.

  10. 2025-ci ilin dekabrında Ruslan İzzətlinin səhhətinin pisləşməsi və əməliyyat zərurəti barədə yayılan bu məlumatlar çox narahatedici idi. Hər bir şəxsin, xüsusən də həbsdə olan bir siyasi fəalın sağlamlığına dair məsuliyyət dövlətin üzərindədir. Belə bir kritik tibbi ehtiyacın ortaya çıxması, onun həbs şəraitində sağlamlıq vəziyyətinin necə izlənildiyi barədə ciddi suallar doğurur. Ümid edirəm ki, o vaxtdan bəri bu mühüm məsələyə lazımi diqqət yetirilmiş və lazımi tibbi yardımlar göstərilmişdir. Məsələnin şəffaflığı da bu cür hallarda vacibdir.

  11. Ruslan İzzətlinin dekabr ayında səhhətində yaranan problemlər haqqında oxumaq həqiqətən narahatlıq doğurmuşdu. O zaman əməliyyata təcili ehtiyac olduğu qeyd edildiyini nəzərə alsaq, insan düşünmədən edə bilmir ki, bu müddət ərzində vəziyyət necə inkişaf edib. Həyat yoldaşının o vaxtkı məlumatından sonra o, lazımi tibbi yardımı və əməliyyatı ala bilibmi? Ümid edirik ki, onun səhhəti barədə aydınlıq gətirilər.

  12. Oh dear, it seems even our internal organs have a flair for the dramatic, especially when you’re already in a tricky spot! Who knew gallbladders could be so politically inclined? I hope Ruslan’s surgery back in December went perfectly, and that he’s been recovering smoothly since. Sometimes, a mandatory “rest period” enforced by your own body is the only way to get a break, even if it’s not the kind you asked for!

Leyla Əliyeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button