Baş xəbər

Müharibədən qaçan ukraynalı kimsəsiz uşaqlar Türkiyədə şiddətə məruz qalıb

Rusiyanın Ukraynada apardığı müharibədən qaçaraq Türkiyədə hotelə sığınan kimsəsiz uşaqların zorakılığa, təhqirə və baxımsızlığa məruz qaldığı bildirilir. 

Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dekabrın 3-də dərc etdiyi araşdırmada qeyd olunub. Araşdırma 7 uşaqla konfidensial müsahibələr və Ukrayna Ombudsmanının hesabatı əsasında hazırlanıb. 

Araşdırmaya əsasən, 2022-ci ilin fevralında Rusiya işğalı başlayandan sonra Dnepr şəhərindəki internat məktəbinin şagirdləri baxıcıları ilə birlikdə Antalyadakı bir hotelə aparılıblar.

Evakuasiya Ukrayna hökuməti tərəfindən deyil, yerli iş adamı və milyonçu Ruslan Şostak tərəfindən, onun yaratdığı “Ruslan Şostak Fondu” vasitəsilə təşkil olunub. “Müharibəsiz Uşaqlıq” adlı layihə çərçivəsində ümumilikdə 3500 uşaq və baxıcı Türkiyənin Antalya bölgəsindəki bir neçə hoteldə yerləşdirilmişdi.

2024-cü ilin martında Ukrayna Ombudsman ofisi hotellərin birində təftiş aparıb, oradakı şəraitlə bağlı hesabat hazırlayıb. 

Yoxlama zamanı “Larissa“ hotelindəki çoxsaylı qanun pozuntuları aşkarlanıb. Hesabata əsasən:

• otaqlar həddindən artıq dolu və antisanitar idi;

• içməli su və tualetlərə sərbəst çıxış məhdudlaşdırılırdı;

• uşaqlar təhsilə yalnız epizodik qoşula bilirdi – planşetləri cəza kimi əllərindən alındığı üçün;

• tibbi yardım gecikdirilir və bəzi hallarda ümumiyyətlə göstərilmirdi;

• uşaqlar fiziki zorakılığa məruz qalırdı.

Hesabatda qeyd olunur ki, uşaqlar fond üçün çəkilən ianə videolarında oxumağa və rəqs etməyə məcbur edilir, imtina edənlər isə utandırılır və ya cəzalandırılırdı.

OCCRP bildirir ki, bir neçə təhlükəli hadisə də gizlədilib.

“13 yaşlı uşaq üçüncü mərtəbədən yıxılaraq beyin travması alıb, lakin hadisə rəsmilərə bildirilməyib. Başqa uşaqlar müəssisədən qaçaraq alkoqol və narkotiklərlə təmasda olublar. Bir qızın qaçışından sonra silahlı bir şəxs hoteldə görünüb. İki gün itkin düşən başqa bir qız isə sahildə tapılıb”, – hesabatda quid olunub.

Daha ağır iddialardan biri də iki ukraynalı qızın Türkiyədə hamilə qalmasıdır. Hər iki qız ölkənin razılıq yaşından kiçik olsa da, Fond bu barədə Türkiyə sosial xidmətlərinə məlumat verməyib. Türkiyə hökuməti yalnız sonradan xəbər tutduğunu və araşdırma başladığını açıqlayıb.

Hesabatda o da yazılıb ki, baxıcılar uşaqlara təzyiq göstərib, şəraitlə bağlı açıq danışmamağı tapşırıb.

Uşaqları ötən ilin sonunda Ukraynaya qaytarıblar. Onlardan ikisi daha öncə qaytarılmışdı, hotelə girmiş türkiyəli kişilərdən hamilə qalıblarmış. Qızların yaşı, Türkiyə qanunvericiliyinə görə, cinsi əlaqəyə razılıq vermək həddinə çatmasa da, xeyriyyə fondu bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməyib.

Şostak iddiaları rədd edərək problemin səbəbini “uşaqların Ukrayna uşaq evlərindən gətirdiyi çətinliklərlə” izah edib. O, Ombudsmanın hesabatını oxumadığını deyib, lakin nəticələrin “səhv” olduğunu iddia edib.

Fond jurnalistlərə vəziyyətin sonradan yaxşılaşdığını sübut edən sənədlər göndərəcəyini desə də, əvəzində təsadüfən araşdırmanı “neytrallaşdırmaq” üçün nəzərdə tutulmuş PR planını yollayıb.

OCCRP qeyd edir ki, hesabat heç vaxt ictimaiyyətə açıqlanmayıb və Ukrayna dövlət qurumları jurnalistlərin sorğularına cavab verməyib.

Türkiyə hökuməti dekabrın 1-də bildirib ki, ukraynalı qızların hamilə qalması barədə onlara rəsmi şikayət daxil olmayıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. Müharibədən qaçan uşaqların belə dəhşətli hallarla üzləşməsi həqiqətən də qəbuledilməzdir və bu hesabatın aşkara çıxardığı hər bir fakt ciddidir. Lakin, bu araşdırmanın yeddi uşaqla aparılan müsahibələrə əsaslandığını nəzərə alsaq, bu hadisələrin Türkiyədə sığınacaq tapan ukraynalı kimsəsiz uşaqların ümumi vəziyyətini tam olaraq əks etdirdiyini düşünmək bir qədər tələsik qərar ola bilərdi. Təəssüflər olsun ki, hər yerdə fərdi uğursuzluqlar yaşana bilər, lakin bu, bütün sistemin və ya Türkiyənin bu uşaqlara göstərdiyi ümumi qayğının həmişə bu cür olduğunu deməyə əsas vermir. Ümid edirəm ki, bu cür hallar artıq tamamilə aradan qaldırılıb.

  2. OCCRP-nin bu araşdırması həqiqətən də çox düşündürücü və narahatedicidir. Müharibədən qaçan kimsəsiz uşaqların sığınacaq axtararkən belə şiddətə məruz qalması faciəvi bir vəziyyətdir. Ümid edirəm ki, bu hesabatdan sonra müvafiq qurumlar tərəfindən lazımi addımlar atılmışdır və bu cür halların qarşısının alınması üçün ciddi tədbirlər görülmüşdür.

  3. Bu araşdırma müharibədən qaçan uşaqların üzləşdiyi çətinlikləri bir daha gözlər önünə sərən çox sarsıdıcı bir məlumatdır. OCCRP-nin 2025-ci ilin dekabrında dərc etdiyi bu hesabatdan sonra, Türkiyə və ya Ukrayna rəsmiləri tərəfindən hər hansı rəsmi cavab verildimi, yoxsa bu iddialarla bağlı hər hansı bir istintaq başladıldı? Bu cür faciəvi halların təkrarlanmaması üçün hansı konkret addımların atıldığına dair məlumat varmı?

  4. Dekabr ayında dərc edilmiş bu araşdırma həqiqətən də ürəkağrıdıcı bir mənzərəni ortaya qoydu. Müharibədən qaçaraq sığınacaq axtaran kimsəsiz ukraynalı uşaqların Türkiyədə şiddətə və laqeydliyə məruz qalması qəbuledilməz idi. Bu hadisə, müharibə qurbanı olan ən həssas qrupların qorunması mexanizmlərindəki ciddi boşluqların nə qədər təhlükəli nəticələr verə biləcəyini göstərdi. Belə bir faciənin baş verməsi, həm yerləşdirmə prosesinə cavabdeh olan qurumların, həm də həmin otelin fəaliyyətinə nəzarət edənlərin məsuliyyətini açıq şəkildə ortaya qoydu. Bu araşdırma hər kəs üçün ciddi bir siqnal olmalı idi ki, bu cür həssas vəziyyətdə olan şəxslərə qarşı daha güclü mühafizə tədbirləri tətbiq edilsin.

  5. Bu araşdırmanın müharibədən qaçaraq Türkiyədə sığınacaq tapmalı olan ukraynalı kimsəsiz uşaqların zorakılığa və baxımsızlığa məruz qalması barədə üzə çıxardığı məlumatlar həqiqətən də çox sarsıdıcıdır. Xüsusilə müharibənin dərin travmasını yaşamış bu uşaqların özlərini təhlükəsiz hiss etməli olduqları bir yerdə belə insani ləyaqətə zidd hərəkətlərlə qarşılaşmaları, beynəlxalq humanitar hüquq və uşaq mühafizəsi prinsiplərinin kobud şəkildə pozulduğunu göstərir. OCCRP-nin bu detallı hesabatı, təkcə fərdi faciələri deyil, həm də qaçqın uşaqların yerləşdirilməsi və nəzarəti ilə bağlı mövcud sistemlərdəki ciddi boşluqları və zəiflikləri vurğuladı. Bu cür halların qarşısının alınması üçün təcili və əsaslı addımların atılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və səlahiyyətli orqanlar arasında əlaqələndirmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bir daha sübut etdi.

  6. Müharibədən qaçmaq, yəqin ki, böyük bir qəhrəmanlıq kimi hiss olunurdu. Amma görünür, həyatın qəribə bir yumor hissi var imiş və “təhlükəsiz yer” dedikləri bəzən sadəcə fərqli bir çətinliklər toplusu deməkdir. Təsəvvür edin, ‘mharibdn’ qurtulursunuz, sonra növbəti sınaq “otel qonaqlığı” olur. Kim bilərdi ki, rahat bir yataq tapmaq da özlüyündə belə bir macəraya çevrilə bilər! Həqiqətən, insan taleyinin ssenaristləri heç yorulmurlar.

  7. Bu araşdırmanın qeyd etdiyi hadisələr, əlbəttə ki, son dərəcə üzücü və qəbuledilməzdir. Müharibənin dəhşətlərindən qaçan uşaqların belə bir vəziyyətlə qarşılaşması heç bir halda yolverilməzdir. Lakin düşünürəm ki, bu reportun, bütün bu müddət ərzində Türkiyənin minlərlə ukraynalı qaçqına, xüsusən də uşaqlara göstərdiyi böyük humanitar dəstəyin ümumi mənzərəsini tam əks etdirdiyini iddia etmək bir qədər qərəzli yanaşma ola bilər. Təbii ki, hər bir istismar halı ciddi araşdırılmalı və məsuliyyət daşıyanlar cəzalandırılmalıdır, amma bu ayrı-ayrı halların bütün sistemi əhatə edən bir problem kimi təqdim edilməsi ilə tamamilə razılaşmıram. Reportun dərcindən keçən bu müddət ərzində lazımi addımların atıldığına ümid edirəm.

  8. Bu araşdırma müharibədən qaçan uşaqların qarşılaşdığı həssas vəziyyəti kəskin şəkildə vurğulayır. OCCRP-nin məlum hesabatı, kimsəsiz ukraynalı uşaqların Türkiyədəki oteldə zorakılığa məruz qalması barədəki iddiaları təhlil edərkən, təkcə fərdi faciəni deyil, həm də beynəlxalq humanitar yardımlaşma və qoruma sistemlərindəki ciddi boşluqları işıqlandırır. Müharibənin yaratdığı böhran şəraitində, xüsusilə də kimsəsiz uşaqlar üçün yaradılan sığınacaqların effektiv monitorinqinin və məsuliyyət daşıyan qurumların şəffaflığının nə qədər həyati əhəmiyyət kəsb etdiyini bu hadisə bir daha göstərdi.

  9. Bu yazı, Ukrayna müharibəsindən qaçan kimsəsiz uşaqların Türkiyədə qarşılaşdığı zorakılıq iddialarını əks etdirən OCCRP araşdırmasının mühüm nəticələrini ortaya qoymuşdu. Müharibədən zərər çəkmiş, həssas uşaqların sığınacaq axtararkən belə istismara məruz qalması, ümumi humanitar yardım sistemlərindəki fundamental boşluqlara diqqəti cəlb edirdi. Bu hadisə beynəlxalq təşkilatlar və ev sahibi ölkələr üçün qaçqın uşaqların müdafiəsi, xüsusilə də onların yerləşdirildiyi müəssisələrin effektiv nəzarəti və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ciddi dərslər çıxarmalı idi. OCCRP-nin bu araşdırması, müharibənin ən görünməz qurbanlarının səsini eşitdirmək baxımından çox dəyərli idi.

  10. Salam. Müharibədən qaçan uşaqların belə acınacaqlı vəziyyətlərlə üzləşməsi həqiqətən də dəhşətlidir və onların müdafiəsi hər kəsin borcudur. Lakin, OCCRP-nin yeddi uşaqla apardığı müsahibəyə əsaslanan araşdırmanın, “Türkiyədəki ukraynalı kimsəsiz uşaqlar şiddətə məruz qalıb” kimi ümumi bir başlıq altında təqdim edilməsi məndə bəzi suallar yaratdı. Fikrimcə, belə geniş bir iddia üçün daha əhatəli sübutlar lazım ola bilər. Ümid edirəm ki, dekabr ayında dərc olunan bu hesabatdan sonra lazımi tədbirlər artıq görülüb.

Şəbnəm Məmmədova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button