Rəsmi

Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsəd dünyasını dəyişib

Elchi.az xəbər verir ki, bu barədə “Suria TV” məlumat yayıb.
Kanal onun ölüm səbəbləri barədə ətraflı məlumat verməyib.
Rifat əl-Əsəd 1971-ci ildən 2000-ci ilə qədər ölkəni idarə edən keçmiş Suriya prezidenti Hafiz əl-Əsədin kiçik qardaşıdır. 1984-cü ildən bəri uğursuz çevriliş cəhdindən sonra xaricdə yaşayır və nominal olaraq dövlət vəzifələrini tutmağa davam edir. 2021-ci ildə Bəşər Əsəd əmisinin siyasi fəaliyyətdən çəkinmək şərti ilə vətəninə qayıtmasına icazə verib. Rifat əl-Əsəd İspaniya, Fransa və İsveçrədə korrupsiya və müharibə cinayətləri ilə bağlı məhkəməyə verilib. Lakin səhhətinin pis olması səbəbindən məhkəmə prosesi dayandırılıb. Ərəb mediasının məlumatına görə, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Rifat Beyruta köçüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button