Cəmiyyət

İranın zindanından qurtulan Fərid Səfərli ilə bağlı xəbər: ABŞ-də yaşayır?

ABŞ-də fəaliyyət göstərən, İranın nüvə silahı proqramına qarşı mübarizə aparan “United Against Nuclear Iran” (UANI) təşkilatı azərbaycanlı vətəndaş Fərid Səfərli barədə xüsusi material hazırlayıb.

Qeyd edək ki, təşkilatın internet resursunda İranda bu vaxta qədər həbs olunmuş, işgəncələrə məruz qalmış şəxslərlə bağlı bloq yaradılıb.

Musavat.com xəbər verir ki, təşkilat öz rəsmi saytında Səfərli ilə bağlı da ayrıca profil səhifəsi yaradaraq onun İranda saxlanılması, məhkəmə prosesi, həbsdə gördüyü rəftar və azadlığa buraxılması ilə bağlı geniş məlumat yayımlayıb.

Məlumata görə, UANI Fərid Səfərlinin hekayəsini insan haqlarının pozulması və siyasi motivli həbslərin nümunəsi kimi təqdim edir. Profil materialı Səfərlinin təşkilata verdiyi müsahibə və beynəlxalq media mənbələrinin xəbərləri əsasında hazırlanıb.

Məqalədə qeyd olunur ki, Fərid Səfərli Almaniyanın Fridrix Şiller adına Yena Universitetində təhsil alıb və 2023-cü ilin fevralında iranlı sevgilisini ziyarət etmək məqsədilə İrana səfər edib. O, martın 4-də sevgilisi ilə birlikdə taksidə hava limanına gedərkən qəfil avtomobilin qapıları açılıb, naməlum şəxslər onları zorla maşından çıxarıb, Səfərlinin gözlərini bağlayaraq öz avtomobillərinə mindiriblər. Ailəsinə onun harada saxlanıldığı barədə uzun müddət heç bir məlumat verilməyib.

“Mən o qədər adi bir insanam ki, belə dəhşətli bir hadisənin başıma gələ biləcəyini heç vaxt təsəvvür etməmişdim”, – deyə Səfərli məqalədə bildirib.

Materialda Səfərlinin ilkin dindirmələr zamanı edamla hədələndiyi, uzun müddət Qum şəhərində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH/IRGC) məxsus xüsusi təcridxanada təkadamlıq kamerada saxlandığı, səhhətində ciddi problemlər olmasına baxmayaraq tibbi yardımın gecikdirildiyi bildirilir.

Без названия.jpeg (62 KB)

Onun appendisit əməliyyatından dərhal sonra yenidən dindirilməyə cəlb edildiyi də vurğulanır.
UANI-nin yaydığı məlumatda məhkəmə prosesinin qeyri-şəffaf keçirildiyi, Səfərlinin tərcüməçi və vəkillə təmin olunmadığı, ittihamın əvvəlcə casusluq, daha sonra isə “casusluq etmək niyyəti” kimi dəyişdirildiyi qeyd olunur. Hakimin siyasi xarakterli açıqlamalar verdiyi, Azərbaycan dövləti və rəhbərliyi ilə bağlı təhdidlər səsləndirdiyi də materialda əksini tapıb. Dindirilmə zamanı onu sorğu-suala tutan şəxslər divarın arxasında dayanırdı və Səfərli onları görə bilmirdi. Dindirənlərdən biri ingilis dilində danışır və cavabları da ingiliscə tələb edirdi, digəri isə azərbaycanca suallar verirdi. Suallar etiraf tələbləri və işgəncə hədələri ilə müşayiət olunurdu. Dindirənlər Səfərlini, ailəsini və vətənini təhqir edirdilər, lakin fiziki işgəncə tətbiq etmirdilər.

Onlar həmçinin İsrail və Azərbaycan hökumətləri arasında münasibətlərin yaxşılaşmasından ciddi narahat olduqlarını deyiblər. Səfərlidən Azərbaycanın Tehrandakı səfirliyini niyə bağladığını soruşublar. Eyni zamanda İranın nüvə proqramı və İranın nüvə silahına malik olub-olmaması barədə fikrini öyrənmək istəyiblər.

İki ay təkadamlıq kamerada saxlandıqdan sonra, 2023-cü ilin aprel ayının sonunda Səfərli yenidən Qum şəhərindəki Sahili ümumi həbsxanasına köçürülüb. Oradakı şəraiti görəndə yenidən təkadamlıq kameraya qaytarılmasını xahiş edib. Bir kamerada 300-ə yaxın insan saxlanılırdı, şərait çirkli və antisanitar idi. Siyasi məhbuslar, narkomanlar, təcavüzkarlar və digər şəxslər eyni yerdə saxlanılırdı.
1 may 2023-cü ildə Səfərliyə nəhayət İrandakı Azərbaycan konsulluğuna zəng etməyə icazə verilib. O, ilk dəfə 1 iyun tarixində konsul əməkdaşı ilə görüşüb. Ailəsi ilə isə ilk dəfə may ayında əlaqə saxlaya bilib.

Məqalədə bildirilir ki, Səfərli iki il həbs cəzasına məhkum edilib, apellyasiya şikayəti formal şəkildə rədd olunub və həbs müddətində müxtəlif təzyiqlərlə üzləşib. 2025-ci ilin yanvarında isə Azərbaycan və İran arasında aparılan razılaşma çərçivəsində o, azadlığa buraxılıb və Azərbaycana qaytarılıb. Səfərlinin bir iranlı məhbusla dəyişdirildiyi də qeyd edilir.

Təşkilatın məlumatında o da vurğulanır ki, azadlığa çıxması üçün Səfərli məcburi şəkildə kamera qarşısında İran məhkəmə sistemi və təhlükəsizlik qurumları ilə bağlı şikayətinin olmadığını deməyə məcbur edilib və bununla bağlı sənəd imzalayıb.

UANI bu profili yaymaqla beynəlxalq ictimaiyyətin diqqətini İranda xarici vətəndaşların saxlanılması, məhkəmə hüquqlarının pozulması və siyasi təzyiqlərə cəlb olunması problemlərinə çəkməyi məqsəd qoyduğunu bildirir.

Afaq Mirayiq,
Musavat.com

10 Comments

  1. Fərid Səfərli kimi şəxslərin üzləşdiyi ədalətsizlikləri işıqlandırmaq vacib olsa da, UANI kimi bir təşkilat tərəfindən vurğulanarkən əsas sualın onun ABŞ-dakı indiki yaşayış yeri haqqında olması mənə bir qədər qəribə gəldi. UANI-nin bu cür halları sənədləşdirmək səyləri təqdirəlayiq olsa da, onların əsas məqsədinin sırf insan haqlarına fokuslanmaqdansa, İranın nüvə proqramına qarşı mübarizə olaraq qalmadığını düşünmək çətindir. Səfərlinin yaşadığı əzablar insan haqları pozuntularının bariz nümunəsidir və bəlkə də əsas müzakirə mövzusu, onun hazırda harada yaşaması və ya hansı təşkilatın öz gündəliyi üçün onun hekayəsini vurğulaması deyil, məhz bu olmalıdır.

  2. Fərid Səfərlinin azadlığa qovuşaraq ABŞ-da yeni həyata başlaması haqqında bu xəbəri oxumaq çox ürəkaçandır. UANI kimi təşkilatların İranda ədalətsiz yerə həbs olunan şəxslərin hekayələrini işıqlandırması və bu məsələdə mübarizə aparması isə təqdirəlayiqdir. Belə vacib məlumatı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm.

  3. Fərid Səfərlinin durumu ilə bağlı bu xəbər həqiqətən də düşündürücüdür. “United Against Nuclear Iran” (UANI) təşkilatının İran həbsxanalarında əzab çəkmiş şəxslərin talelərinə diqqət yetirməsi və xüsusilə cənab Səfərli haqqında məlumat hazırlaması təqdirəlayiqdir. Bu cür maarifləndirmə dünya ictimaiyyətinin bu növ problemlərə diqqətini artırmaqda əhəmiyyətli rol oynayır.

  4. UANI-nin Fərid Səfərlinin işini sənədləşdirməkdəki səyləri təqdirəlayiq olsa da, onların bu materialını birbaşa Fərid bəyin hazırda ABŞ-da yaşayıb-yaşamamaq sualı ilə əlaqələndirmək bir qədər tələsik görünür. UANI-nin əsas məqsədi İranın nüvə proqramına və rejim tərəfindən törədilən insan haqları pozuntularına diqqət çəkməkdir, azad edilmiş şəxslərin harada məskunlaşdığına dair məlumat vermək deyil. Məncə, onun keçirdiyi sınaqları sənədləşdirməklə, onun hazırkı yeri ilə bağlı fərziyyələr arasında daha aydın bir sərhəd qoyulmalıdır.

  5. UANI kimi təşkilatların İran həbsxanalarındakı insan haqları pozuntularına diqqət çəkməsi mütləq vacibdir. Ancaq məqalənin başlığındakı “ABŞ-də yaşayır?” sualına təşkilatın materialında və ya yazıda tam bir cavab tapılmaması diqqət çəkir. Bu, ya məlumatın çatışmazlığını göstərir, ya da Səfərlinin taleyi üzərindən təşkilatın daha geniş anti-İran mövqeyini ön plana çıxarmaq məqsədi güdülür. Məsələ onun şəxsi durumunu dəqiqləşdirmək idisə, bu məqamın üzərində daha aydın dayanılması daha məqsədəuyğun olardı.

  6. Fərid Səfərli ilə bağlı bu xəbəri oxumaq və UANI kimi təşkilatların bu cür həssas mövzulara toxunması həqiqətən də vacibdir. İran zindanlarında əziyyət çəkmiş şəxslərin taleyinin diqqət mərkəzində saxlanılması beynəlxalq ictimaiyyətin bu məsələlərə biganə qalmamasının göstəricisidir. Ümid edirəm ki, cənab Səfərli hazırda yaxşıdır və həyatını rahatlıqla davam etdirir.

  7. Fərid Səfərlinin İran zindanından qurtulması ilə bağlı bu xəbəri oxumaq çox düşündürücü oldu. ABŞ-də fəaliyyət göstərən UANI təşkilatının onun haqqında xüsusi material hazırlaması və bu cür işgəncələrə məruz qalan şəxslərin bloqunu yaratması təqdirəlayiqdir. Bu cür beynəlxalq dəstək, şübhəsiz ki, həmin insanların səsinin eşidilməsi üçün vacibdir.

  8. Məqalə UANI təşkilatının Fərid Səfərli ilə bağlı hesabatını diqqətə çatdırması ilə çox önəmli bir məqama toxunub. UANI-nin əsas məqsədinin İranın nüvə proqramına qarşı mübarizə olduğunu nəzərə alsaq, onların İranda həbs olunmuş şəxslərin işgəncə hekayələrinə yer verməsi təkcə humanitar narahatlıqdan irəli gəlmir, həm də daha geniş strateji əhəmiyyət daşıyır. Bu, İran rejiminin təkcə beynəlxalq nüvə təhlükəsizliyinə deyil, həm də öz vətəndaşlarına qarşı daxili siyasətində də ciddi problemlər olduğunu vurğulamaq cəhdidir. Səfərli kimi şəxslərin təcrübələrinin açıq şəkildə işıqlandırılması rejimin legitimliyini daha da zəiflədir və onun davranışlarının beynəlxalq ictimaiyyətdə pislənməsinə xidmət edir. Bu yanaşma nüvə ambisiyaları ilə insan haqları pozuntuları arasında bir əlaqə quraraq İran üzərindəki təzyiqi artırmaq üçün düşünülmüş bir strategiyadır.

  9. Maraqlıdır ki, məqalənin başlığında Fərid Səfərlinin ABŞ-də yaşayıb-yaşamadığı sual olunsa da, əsasən “United Against Nuclear Iran” (UANI) təşkilatının onunla bağlı hazırladığı materialdan bəhs edilib. UANI-nin əsas diqqəti İranın nüvə proqramına qarşı mübarizə olduğuna görə, Səfərli kimi siyasi məhbusun işini bu kontekstdə qabartmasının arxasında hansı spesifik motivlərin durduğu da düşünməyə dəyər. Bu cür xəbərlərdə şəxsin özünün hazırkı vəziyyətindən çox, beynəlxalq təşkilatların fəaliyyətinə diqqət yönəldilməsi bəzən əsas məsələni kölgədə qoya bilər.

  10. Fərid Səfərli haqqında UANI-nin material hazırlaması və onun hekayəsinin işıqlandırılması çox vacibdir. Bu cür təşkilatların İranda insan hüquqları pozuntularına diqqət çəkməsi və əziyyət çəkmiş şəxslərin səsini dünyaya çatdırması alqışa layiqdir. Ümid edirəm ki, bu, oxşar hallara beynəlxalq diqqəti daha da artıracaq.

Vüqar Vəliyev Məmmədov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button