Baş xəbər

Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə polis tərəfindən saxlanılıb. 

O, bu barədə “Toplum TV”-yə xəbər verib. 

Siyasətçinin sözlərinə görə, onun İstanbulda kirayə qaldığı evə polislər gəlib və hazırda onu polis idarəsinə aparırlar. Hacıbəyli Azərbaycana deportasiya olunacağını güman etdiyini bildirib.

“Bundan absurd ittiham ola bilməz. Ramiz Mehdiyev mənim bütün həyatımı məhv eləmiş adamdır. Vətənpərvər insanam, bir türk milliyətçisiyəm. Məni gəlib Rusiyaya bağlamaq, bundan absurd, bundan iyrənc yalan və böhtan ola bilməz. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti buna qədər getdi. Yəqin ki, Azərbaycanın “Feto”su məsələsidi. Yəqin ki, Azərbaycanda müxalifəti sıradan çıxarmaq üçün həyata keçirilən təqibdir. Mənim sabah səhər üçün təhsil planlarım var idi. Mən “IELTS” imtahanına girməli idim. Nə qədər dedim ki, sabah saat 9-da imtahana girim, ondan sonra “karakol”a gələrəm. Mənə o şansı vermədilər. Aydındır ki, deportasiya üçün tələsirlər”, – G.Hacıbəyli vurğulayıb. 

Noyabrın 29-da, həmçinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb. 

AXCP sədrinin müavini Seymur Həzi “Meydan TV”-yə deyib ki, Ə.Kərimli Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddəsi ilə ittiham olunur. 

Bildirilir ki, istintaq hərəkətləri sabah davam etdiriləcək. 

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. AXCP mətbuat katibi Natiq Ədilov F.Əmirli və R.Əmirovun artıq sərbəst buraxıldığını xəbər verib. 

Hökumətyönlü mətbuatda gün ərzində iddia olunub ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb. 

AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər. 

Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil. 

Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib. 

AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. Vay, Gültəkin xanımın başına gələnlərə bax! Həyatını məhv edən Ramiz Mehdiyevin adı çəkiləndə, adam elə bilir ki, əsas hadisə başqa yerdədir, amma yox, Gültəkin xanım özü Türkiyədə maraqlı macəralara düşüb. “Absurd ittiham” ifadəsi isə sanki bu hadisə üçün xüsusi uydurulub. Ümid edirəm ki, dekabr ayında baş verən bu anlaşılmazlıq tez bir zamanda öz həllini tapıb.

  2. Ax, bu “İstanbuldakı kirayə evində saxlanılmaq” ssenarisi! Həmişə oxumaq üçün maraqlı bir süjet xətti olur. Görəsən, polislər gələndə çaylarını içməyə vaxt tapmışdılarmı? Ramiz Mehdiyevlə bağlı “absurd ittiham” isə elə bil siyasi satiradan götürülüb, təkcə fərq odur ki, bu, real həyatdır. Ümid edirəm ki, o vaxtdan bəri hər şey öz yoluna düşüb.

  3. Gültəkin xanımın o çətin vəziyyətdə belə nümayiş etdirdiyi sarsılmaz mövqeyini və haqq səsləndirməkdəki cəsarətini həmişə yüksək qiymətləndirmişəm. Onun bu hərəkəti vətənpərvərliyinin və mətanətinin bir daha bariz nümunəsi oldu. İnanıram ki, bu kimi hadisələr haqsızlığa qarşı mübarizədə daha da böyük bir şüur və həmrəylik yaradacaq.

  4. Gültəkin xanımın İstanbul səyahəti gözlənilmədən “macəralı” olub! Kimsənin kirayə evindən polis idarəsinə belə bir “dəvət” gözləmədiyini düşünürəm. Ramiz Mehdiyevlə bağlı o “absurd ittiham”ı polislərə necə izah etdiyini təsəvvür etmək çətindir. Ümid edirəm ki, polis idarəsinin “ekskursiyası” maraqlı bir təcrübə olub!

  5. Bu xəbəri o vaxt oxuyanda çox təsirləndim. Gültəkin Hacıbəylinin o çətin anlarda belə cəsarətlə mövqeyini bildirməsi və bu barədə məlumatın ictimaiyyətə çatdırılması həqiqətən təqdirəlayiqdir. Belə kritik hadisələri operativ şəkildə işıqlandırdığınız üçün təşəkkür edirəm.

  6. Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması ilə bağlı bu xəbər o dövrdə çox diqqət çəkmişdi. Maraqlıdır, hadisədən sonra onun vəziyyəti necə oldu? İrəli sürülən ittihamların əsası nə idi və deportasiya ilə bağlı iddialar gerçəkləşdimi? Ümumilikdə, bu məsələnin sonrakı inkişafları haqqında əlavə məlumatlar yayıldımı?

  7. Gültəkin Hacıbəyli’nin keçən ilin dekabrında Türkiyədə saxlanılması xəbəri, şübhəsiz ki, bir çox sualları ortaya çıxardı. Onun dərhal Azərbaycana deportasiya olunmaq qorxusu, eləcə də “absurd ittihamlar” kimi xarakterizə etdiyi iddiaları kəskin şəkildə rədd etməsi və Ramiz Mehdiyevi bu kontekstdə qeyd etməsi, müxalif fiqurların xaricdə belə nə qədər həssas bir vəziyyətdə olduğunu bir daha göstərdi. Bu cür hadisələr beynəlxalq hüququn və siyasi sığınacaq institutunun necə işlədiyinə dair ciddi tənqidi baxış tələb edir. Siyasi fəalların bu şəkildə saxlanılması və potensial deportasiya təhlükəsi ilə üzləşməsi, azad söz və siyasi fəaliyyət üçün beynəlxalq təminatların nə dərəcədə etibarlı olduğunu düşündürməyə vadar edir.

  8. Gültəkin Hacıbəyli-nin dekabr ayında Türkiyədə saxlanılması xəbəri, həqiqətən də, ciddi narahatlıq doğurdu. Bu hadisə Azərbaycandan kənarda sığınacaq tapan və ya fəaliyyət göstərən siyasi xadimlərin təhlükəsizliyi ilə bağlı mühüm suallar ortaya qoydu. Onun deportasiya olunacağı ilə bağlı ilkin ehtimalı və “absurd ittihamlar”a qarşı sərt reaksiyası, xüsusən də Ramiz Mehdiyevin adını çəkməsi, siyasi təqibin kölgəsini bu hadisənin üzərinə saldı. Belə hallar müxalif fiqurların həssas vəziyyətini bir daha göstərir və onların fundamental hüquqlarının beynəlxalq səviyyədə necə qorunması məsələsini aktuallaşdırır.

  9. Bu xəbər Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması barədə həqiqətən də narahatlıq doğurmuşdu. Maraqlıdır, dekabr ayında baş verən bu hadisədən sonra nə baş verdi? Onun gözlədiyi deportasiya gerçəkləşdimi, yoxsa qeyd etdiyi ittihamlarla bağlı hər hansı hüquqi proses başladıldı? Hadisənin sonrakı inkişafları haqqında əlavə məlumat olsaydı, çox maraqlı olardı.

  10. Bu yazı 2025-ci ilin dekabr ayında Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması barədə xəbəri ilə diqqət çəkmişdi. Onun deportasiya ehtimalı və ittihamların absurdluğu barədə ifadə etdiyi narahatlıq, xüsusən də Ramiz Mehdiyevə istinad etməsi, bu hadisənin arxasında duran mürəkkəb siyasi konteksti bir daha vurğulamışdı. Belə halların siyasi fəallar üçün yaratdığı təzyiqlər və beynəlxalq arenada ifadə azadlığının qorunması məsələləri kontekstində bu hadisəyə analitik yanaşmaq vacib idi. O dövrün siyasi mənzərəsinə nəzər saldıqda, bu cür hadisələrin geniş spektrdə siyasi proseslərə təsirini görmək mümkündür.

Vəfa Quliyeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button