Baş xəbər

‘Əli Kərimlinin həbsi avtoritar praktikanın möhkəmlənməsinin daha bir sübutudur’

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat verib. 

Təşkikatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev deyib ki, Ə.Kərimlinin həbsi Azərbaycanda “avtoritar praktikanın möhkəmləndirilməsi prosesində növbəti qəbuledilməz haldır”. 

“Hakimiyyətin bütün siyasi müxalifəti əzmək və ölkədə hər cür fərqli fikri boğmaq kampaniyasının sərhədsiz olduğu görünür. Az adam açıq şəkildə hakimiyyəti tənqid etməyə cəsarət etsə də, müxalifət liderinin həbs edilməsi, onunla əlaqəni tam kəsmək və ‘hakimiyyəti ələ keçirməyə cəhd’ kimi şübhəli ittihamlar irəli sürmək, Azərbaycan hökumətinin nə qədər irəli gedə biləcəyinə dair tərəddüdü olan hər kəsə qorxuducu mesaj verir”, – o qeyd edib. 

Krivoşeyev bildirib ki, hakimiyyət orqanları Ə.Kərimli barəsində iddia edilən cinayət əməli ilə bağlı “ağlabatan sübut təqdim edə bilmirsə onu azad etməlidirlər”. 

“İndiyə qədər isə onu qəfil saxlayıb ünsiyyətdən tam təcrid etməklə, beləliklə də ədalətli məhkəmə hüququnu pozmaqla yalnız bir şeyi nümayiş etdiriblər: müxalifət nümayəndələrini, akademikləri, jurnalistləri və fəalları hədəf alan siyasi motivli həbslər dalğasını daha da irəli aparmaq əzmində olduqlarını”, – o əlavə edib. 

Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ə.Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb. 

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. F.Əmirli, R.Əmirov və S.Rüstəmli sonradan sərbəst buraxılıb.

M.İbrahim barəsində də 2 ay yarım həbs qətimkan tədbiri seçilib. 

Hökumətyönlü mətbuatda iddia olunub ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb. 

AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər. 

Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil. 

Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib. 

AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. Been playing at plus7776 for a while. I like the loyalty program they have. It’s a nice bonus. The game selection is okay, nothing groundbreaking, but they add new games regularly. Payouts have always been reliable. Worth a look if you’re into loyalty rewards.

  2. Maraqlı məqalədir, təşəkkür edirəm. Əli Kərimlinin həbsi ilə bağlı məqalədə irəli sürülən fikirlərlə tanış oldum. Ancaq bu hadisənin birbaşa olaraq ölkədə avtoritar praktikanın möhkəmlənməsinin daha bir sübutu kimi təqdim edilməsi ilə tamamilə razılaşmaq bir qədər çətindir. Hər hansı bir hüquqi prosesin arxasında müxtəlif səbəblər ola bilər və bəzən geniş siyasi nəticələr çıxarmaqdan əvvəl bütün detalları daha dərindən araşdırmaq lazım gələ bilər. Təşəkkürlər!

  3. Bu tempi görəndə adam düşünür ki, bəlkə də “avtoritar praktikanın möhkəmlənməsi” üçün hansısa xüsusi mükafat proqramları var? Görünür, hər yeni “sübut” üçün bonus xalları verirlər. Yoxsa bu qədər ardıcıllığı başqa necə izah etmək olar? İnsanlıq adına, bəlkə, gələn dəfə bir az dəyişiklik edərlər, maraqlı olsun deyə.

  4. Salam! Yazı Əli Kərimlinin həbsini avtoritar praktikanın möhkəmlənməsinin daha bir sübutu kimi təqdim edir. Maraqlıdır, bu hadisə ölkədəki müxalifət fəaliyyətinə və siyasi azadlıqlara konkret olaraq necə təsir etdi? Yəni, bu həbsdən sonra vəziyyət hansı istiqamətdə dəyişdi və ya hansı yeni məhdudiyyətlər hiss olundu?

  5. Vay da vay, “güclənmə” sözü 2025-in “ilin sözü” olmaq üçün çox ciddi iddiaçı idi, elə deyilmi? Bu gedişlə, növbəti hesabatda “Platin Səviyyəli Avtoritar Praktika”ya yüksəldiyimizi elan edəcəklərini gözləyirəm. Heç olmasa, hər şeyi maraqlı saxlayırlar, deyəsən.

  6. Bu yazıda Əli Kərimlinin həbsinin avtoritar praktikanın daha da möhkəmlənməsi kimi qiymətləndirilməsi qeyd olunur. Maraqlıdır, bu hadisədən sonra ölkədəki müxalif fəaliyyətə və ya vətəndaş cəmiyyətinə faktiki təsirləri necə oldu? Beynəlxalq qurumların bəyanatlarından sonra bu cür “qəbuledilməz hallar”ın qarşısını almaq üçün hansı konkret addımlar atıldı, yoxsa vəziyyət dəyişməz qaldı?

  7. Məqalənin Əli Kərimlinin həbsini avtoritar praktikanın möhkəmlənməsinin daha bir sübutu kimi təqdim etməsi ilə tam razılaşmaq çətindir. Hər bir hüquqi prosesin öz konteksti olur və bəzən siyasi fiqurlarla bağlı hadisələrin sırf bu prizmadan qiymətləndirilməsi vəziyyətin bütün tərəflərini əks etdirməyə bilər. Düşünürəm ki, belə bir hadisəni ümumi siyasi və hüquqi çərçivədə daha geniş şəkildə dəyərləndirmək, sadəcə bir hadisəyə əsaslanaraq qəti nəticələr çıxarmaqdan daha faydalı olardı.

  8. Bu həbsin ətrafında baş verən hadisələr məqalənin dərc olunmasından bəri həqiqətən də hakimiyyətin siyasi müxalifətə qarşı mövqeyinin daha da sərtləşdiyini göstərdi. “Amnesty International”ın bəyanatı da, əslində, illərdir müşahidə olunan avtoritar tendensiyaların kulminasiya nöqtələrindən birini vurğulayırdı. Təəssüf ki, Kərimlinin həbsi digər müxalif səslərin susdurulması cəhdlərinin davamı kimi qəbul edildi və bu hadisənin beynəlxalq ictimaiyyətdə insan haqları ilə bağlı narahatlıqları daha da dərinləşdirdiyi müşahidə olundu.

  9. Məqalə Əli Kərimlinin həbsini avtoritar praktikanın güclənməsinin bir sübutu kimi qeyd edir. Amma bu hadisədən bir neçə ay keçdikdən sonra, sizcə, bu cür addımlar həqiqətən də hakimiyyətin istədiyi nəticəni verirmi? Yoxsa, bəlkə də beynəlxalq diqqəti daha çox cəlb etməklə və daxili narazılığı artırmaqla əks-təsir göstərir?

  10. Bu yazını dekabr ayında oxuduqda, Əli Kərimlinin həbsi ilə bağlı “Amnesty International” kimi beynəlxalq təşkilatların narahatlıqlarını təsdiqləyən bu cür hadisələrin ardıcıl təkrarlanması həqiqətən də düşündürücüdür. Azərbaycanda avtoritar praktikaların möhkəmlənməsinə dair bu cür sübutlar, hakimiyyətin siyasi müxalifətə qarşı seçdiyi strategiyanı açıq şəkildə ortaya qoyur. İnsan haqları və demokratiya prinsiplərinin bu şəkildə göz ardı edilməsi, uzunmüddətli perspektivdə ölkənin həm daxili sabitliyi, həm də beynəlxalq imici üçün ciddi nəticələr doğurur. Təəssüf ki, bu tip hadisələr ölkədə fikir müxtəlifliyini və azad sözü daha da boğur.

  11. Əli Kərimlinin həbsi ilə bağlı “Amnesty International”ın bəyanatı məqalədə diqqətlə işıqlandırılıb. Beynəlxalq insan haqları təşkilatlarının Azərbaycandakı siyasi proseslərə bu cür yanaşması və narahatlıq ifadə etməsi ölkədə avtoritar tendensiyaların möhkəmlənməsi ilə bağlı ciddi suallar doğurur. Belə hadisələrin müxtəlif beynəlxalq platformalarda müzakirəyə çıxarılması, siyasi azadlıqlar və plüralizm baxımından yaranan narahatlıqları daha da qabardır.

Həcər Məmmədova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button