Baş xəbər

Əli Kərimli niyə həbs edildi?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi Azərbaycanda bir mərhələnin tamamilə qapanması baxımından simvolik hadisədir.

Hansı mərhələnin?

Söhbət çox minimal səviyyədə bəzi hüquq və azadlıqların hələ mövcud olduğu, həddən artıq zəifləsə də müxalifət, azad media və müstəqil vətəndaş cəmiyyəti kimi demokratik institutların öz mövcudiyyətini davam etdirə bildiyi dönəmdən gedir. Bu dönəm artıq geridə qaldı.

Gerçək müxalifət onsuz da illərlə davam edən ardıcıl basqılar nəticəsində resurslarını və proseslərə təsir gücünü itirmişdi. Əli Kərimlinin siyasi aktivliyi internet TV-lərdə çıxışlar və sosial media paylaşımlarından uzağa getmirdi. Lakin hakimiyyət buna belə dözüm göstərmədi. AXCP liderinin həbsi Azərbaycanda institusional müxalifətin tabutuna vurulan son mismar oldu.

Bəs Əli Kərimli hakimiyyətə hər hansı təhdid yaratmırdısa, onun həbsi hansı ehtiyacdan irəli gəlir?

Əvvəla, bu, 2 il əvvəl başlayan və “Abzas Media”, “Toplum TV”, “Meydan TV” kimi müstəqil media qurumlarının ölkə daxilində fəaliyyətinin dayandırılması, əməkdaşlarının həbsi, daha sonra bir sıra siyasətçi və ictimai fəalların da saxlanması ilə nəticələnən böyük repressiya dalğasının məntiqi davamıdır.

Mühacirətdəki blogerlərə, aktivistlərə qədər uzanan repressiyadan ölkə daxilindəki əsas müxalif simanın kənarda qalması mümkün deyildi. Digər tərəfdən, müxalif təşkilat və onun lideri hazırda rejim üçün təhlükəli deyilsə, bu, o demək deyil ki, hər zaman belə olacaq.

Azərbaycan orta və uzunmüddətli perspektivdə rejimin daxili sosial sabitliyi qorumaqda çətinlik çəkəcəyi turbulent bir mərhələyə qədəm qoyub. İqtisadi tərəqqi ehtimalı yoxdur, tam əksinə, tənəzzül və deqradasiya gözlənilir. Hətta Orta Şərqdəki müharibə (İran–İsrail) neftin ciddi bahalaşmasına səbəb olmadısa, bundan sonra hansı faktor enerji bazarında qiymətləri qaldıra bilər ki?

Bazarda neft bolluğu var, ölkələrin hasilatı artırma potensialı da yüksəkdir. Tələbat isə artmır, yaxud çox az artır. Qlobal ticarətdə özünəqapanma, proteksionizm tədbirlərinin prioritet olduğu dövrdəyik. Beynəlxalq iqtisadi inteqrasiya dövrünün qayıdacağını və böyümə templərinin yüksələcəyini gözləmək əbəsdir. Bütün bunlar enerji xammalına tələbatı azaldır.

Üstəlik, ABŞ yaxın vaxtlarda Venesuela probleminin həllinə nail olaraq orada özünə yaxın idarəçilik qura bilsə, dünyada ən zəngin neft ehtiyatlarına malik bu ölkə bazara xeyli əlavə neft çıxaracaq. Bu baş verərsə, enerji bazarında qiymətlər daha da ucuzlaşacaq. (Qiymətin hətta indiki səviyyədə qalması da Azərbaycan üçün diskomfortdur.)

Bir sözlə, gözlənilən sunami Azərbaycanın büdcə gəlirlərini daha da azaldacaq. Üstəlik, ölkədə hasilatın geriləməsi problemi də var. Bütün bunlar yoxsulluğun daha da dərinləşməsini, ölkə iqtisadiyyatının stresə girməsini şərtləndirir. İqtisadiyyatla birlikdə siyasi iqtidar da stresə girir və özü ilə iqtisadi çöküş gətirən sunami dalğasının mənfi təsirlərini daxildəki repressiya dalğası ilə neytrallaşdırmağa çalışır.

Cəmiyyətdə tədricən narazılıq artır, bu isə öz növbəsində loyallığı azaldır. Bu narazılıq etiraz aksiyaları ilə müşayiət olunmaya bilər. Repressiv aparat və onun yaratdığı qorxu mühiti hələ ki, küçə aksiyalarını mümkünsüz edir. Lakin toplumda neqativ enerjinin yığılması da riskdir.

Alt qatlarda yığılan bu enerjinin nə vaxtsa üzə çıxıb sosial partlayışa səbəb olmayacağına kimsə təminat verə bilməz. Necə deyərlər, “ac qılınca çapar”. Həmin an yetişəndə narazı kütlələri öz ətrafına toplayıb onları yönləndirə biləcək müxalif mərkəzin və liderin önə çıxması mümkün ola bilər. Hakimiyyət bu ehtimalı düşünərək indidən profilaktik tədbirlər görür.

Xarici siyasətdə də hər şey rəvan getmir, risklər var. Rusiya–Ukrayna sülh prosesində baş verənlər Azərbaycana başağrısı yarada bilər. Görünən budur ki, Tramp administrasiyası Putin rejimi ilə separat razılaşmalar əldə edərək Ukraynanı əlverişsiz şərtlərlə sülhə məcbur edir. Rusiya Ukraynada istədiklərinə nail olarsa, nəzərlərini postsovet məkanının digər məntəqələrinə yönəldəcək. Moskva Cənubi Qafqazda öz mövqelərini yenidən gücləndirməyə cəhd edərsə, onu kim dayandıracaq? Trampın dünyagörüşü güclünün haqlı sayıldığı fəlsəfəyə əsaslanır.

O, hesab edir ki, Rusiya böyük və güclü dövlət olduğu üçün Ukrayna məsələsi məhz onun maraqlarına uyğun şəkildə həllini tapmalıdır. Beynəlxalq hüququn ayaqlar altına atıldığı və meşə qanunlarının hökmran olduğu bir dünya düzəni formalaşır ki, belə vəziyyətdə kiçik dövlətlər çətin sınaqlar qarşısında qalacaq.

Əlbəttə, Azərbaycan hakimiyyəti Putin Rusiyası ilə normal münasibətlər qurmaq təcrübəsinə malikdir. Lakin bu, zənn edildiyi qədər asan olmur və görünən, görünməyən çoxlu güzəştlərin hesabına başa gəlir. Üstəlik, son bir ildə münasibətlərdə yaranan gərginliklər şübhəsiz ki, Moskvada Azərbaycan hakimiyyəti ilə bağlı məmnunluğu artırmayıb. Bəzi rusiyalı jurnalist və blogerlərdən “Qarabağ məsələsi hələ bitməyib” şəklində replikalar da eşidilir. Bütün bunlar Bakıda narahatlıq yaradaraq onun özünüqoruma instinkti ilə hərəkət etməsinə səbəb olur. Əli Kərimlinin həbsi də bu instinktin nəticəsidir.

Azərbaycan qeyri-müəyyənliklərlə dolu, qaranlıq bir mərhələyə daxil olub…

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. Bu məqalə Əli Kərimlinin həbsinin simvolik əhəmiyyətini olduqca kəskin şəkildə vurğulayır və Azərbaycanda müəyyən bir siyasi mərhələnin başa çatdığını qeyd edir. Həqiqətən də, müxalifət və müstəqil medianın fəaliyyəti üçün şəraitin uzun müddətdir daraldığını nəzərə alsaq, bu hadisənin sadəcə bir mərhələnin “qapanması” yox, bəlkə də mövcud trendin ən son və ən bariz təzahürü olduğunu da qeyd etmək olar. 2026-cı ilin əvvəlindən geri baxdıqda, məqalənin “minimal hüquq və azadlıqlar dövrü geridə qaldı” fikri, təəssüf ki, reallığı əks etdirir və vətəndaş cəmiyyəti üçün daha da ağırlaşan mənzərəni göstərir.

  2. Əli Kərimlinin həbsinin bir mərhələnin qapanması kimi simvolik əhəmiyyəti, şübhəsiz ki, çox doğru bir müşahidədir. Məqalədə qeyd olunduğu kimi, “minimal səviyyədə bəzi hüquq və azadlıqların hələ mövcud olduğu” dönəmin geridə qaldığı fikri diqqət çəkir.

    Maraqlıdır, məqalənin nəşr olunduğu tarixdən (2025-12-01) indiyə qədər (2026-02-01) bu “mərhələnin tamamilə qapanması” iddiası hansı dərəcədə təsdiqlənib? Həqiqətənmi hər şey tamamilə dəyişdi, yoxsa bəzi zəif də olsa, “köhnə” quruluşun qalıqları hələ də müəyyən formalarda davam edir? Bu yeni mənzərə müxalifət, azad media və vətəndaş cəmiyyəti üçün hansı real nəticələrə səbəb oldu?

  3. Məqalə Əli Kərimlinin həbsinin Azərbaycanda simvolik əhəmiyyətini və “bir mərhələnin qapanması”nı vurğulayır ki, bu da diqqətəlayiq fikirdir. Lakin, geriyə dönüb baxdıqda, bu həbsin həqiqətən də yeni bir dövrün başlanğıcını, yoxsa onsuz da “minimal səviyyədə” olan hüquq və azadlıqların, “həddən artıq zəifləmiş” müxalifətin sona çatmasının qaçılmaz nəticəsini ifadə etdiyini düşünmək vacibdir. Bəlkə də bu, uzun müddətdir gözlənilən, amma yalnız indi tam olaraq reallaşdığı deyilən bir keçidin sonuncu, aşkar nişanəsi idi.

  4. Bu yazıda qeyd olunduğu kimi, Əli Kərimlinin həbsinin həqiqətən də Azərbaycanda siyasi mənzərə üçün simvolik bir dönüş nöqtəsi olduğunu düşünürəm. Məqalənin vurğuladığı “minimal hüquq və azadlıqlar” dövrünün sona çatması təkcə bir şəxsin həbsi ilə deyil, həm də illərdir davam edən bir prosesin kulminasiya nöqtəsi kimi qiymətləndirilməlidir. Bu hadisə müxalifətin, müstəqil medianın və vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının nə dərəcədə məhdudlaşdırıldığını açıq şəkildə göstərmiş oldu. Artıq geridə qalan o dövrün son izlərinin də silindiyini qəbul etmək, mövcud siyasi reallığı daha dərindən anlamaq üçün vacibdir.

  5. Məqalənin Əli Kərimlinin həbsini müəyyən bir siyasi mərhələnin yekunu kimi təsvir etməsi maraqlı bir yanaşmadır. Həqiqətən də, bu hadisə ölkədə vətəndaş cəmiyyəti və azad media üçün şəraitin getdikcə daralmasının simvolik bir göstəricisi idi. Analitik fikir ayrılığı olsa da, bu hadisənin Azərbaycanın yaxın tarixinin bir hissəsi kimi dəyərləndirilməsi vacibdir.

  6. Bu yazıda Əli Kərimlinin həbsinin simvolik əhəmiyyətinin bu qədər aydın izah edilməsi çox dəyərlidir. Məqalənin, onun sadəcə bir siyasi fiqurun həbsindən daha çox, Azərbaycanda müəyyən bir mərhələnin tamamilə başa çatmasının göstəricisi kimi təqdim etməsi olduqca yerindədir. Bu cür dərin təhlillər indiki dövrü başa düşmək üçün çox vacibdir. Təşəkkür edirəm!

  7. Bu məqalə Əli Kərimlinin həbsinin simvolik əhəmiyyətinə və Azərbaycanda müəyyən bir siyasi mərhələnin başa çatmasına dair maraqlı bir perspektiv təqdim edir. Qeyd olunan dövrün – minimal hüquq və azadlıqların, zəif olsa da müxalifətin mövcud olduğu zamanın – geridə qalması ilə bağlı təhlil düşündürücüdür. Bu hadisənin ölkənin siyasi mənzərəsində necə bir dönüş nöqtəsi olduğunu anlamaq üçün vacib bir baxış bucağıdır.

  8. Məqalənin Əli Kərimlinin həbsini Azərbaycanda müəyyən bir mərhələnin başa çatması kimi qiymətləndirməsi olduqca düşüncəlidir. Qeyd etdiyiniz kimi, bu hadisənin müxalifətə, azad mediaya və vətəndaş cəmiyyətinə olan təsirləri artıq özünü göstərir. Bu dəyişikliklərin uzunmüddətli nəticələrini zamanla daha dərindən analiz edəcəyik.

  9. Sən demə, o “minimal səviyyədə bəzi hüquq və azadlıqlar” dövrü indi rəsmən tarixə qovuşdu. Elə bil əvvəllər o qədər minimal idi ki, onun bitməsinə “nida işarəsi” qoymaq üçün Kərimli bəyin həbsi lazım oldu. Nə deyək, yeni mərhələ mübarək!

  10. Hörmətli müəllif, yazınızla tanış oldum və Əli Kərimlinin həbsinin cəmiyyətdə doğurduğu narahatlığı başa düşürəm. Lakin “bir mərhələnin tamamilə qapanması” fikri ilə tamamilə razılaşa bilmirəm. Əslində, Kərimlinin həbsi simvolik olsa da, bu “mərhələ” dediyimiz durumun sona çatması bu hadisə ilə başlamadı, əksinə, illərdir davam edən bir prosesin artıq gözlənilən nəticəsi idi.

    Məncə, artıq bir müddət idi ki, müxalifətin, azad medianın və vətəndaş cəmiyyətinin mövcudluğu o qədər minimal səviyyədə idi ki, bu həbs sadəcə mövcud reallığı daha qabarıq şəkildə üzə çıxardı. Yəni, bir növ, artıq demək olar ki, bağlanan bir qapının sonuncu dəfə daha möhkəm kilidlənməsi kimiydi. Hesab edirəm ki, müəyyən hüquq və azadlıqların, nə qədər çətin olsa da, yenə də özünə yol tapması üçün mübarizələr hər zaman davam edəcək. Tamamilə qapanma fikri, bu mürəkkəb reallıq daxilində bir az ifratçı yanaşma kimi görünür.

ojwin4 üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button