Şikayət

Əli Həsənov və Nurlan Həsənov: 2 milyardlıq mülklər, əxlaqsızlıq yuvası və qanunsuz biznes

Əli Həsənov və Nurlan Həsənovun Ortak Biznesləri Ətrafında Gərginlik

Bir neçə gün əvvəl mediada Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova aid olduğu iddia edilən 2 milyard manat dəyərində mülklərin siyahısı yayılıb. Həmin siyahıda Əli Həsənovun yaxın ətrafında olan və Nərimanov Rayon İcra Hakimiyyətində, hazırda isə Abşeron İcra Hakimiyyətində yüksək vəzifə tutan Nurlan Həsənovla birgə biznesləri də qeyd olunub.

“Dostluq V” Şirkətinin Binası Ətrafında İddialar

Sözügedən siyahının yayılmasından sonra Nərimanov rayon sakinləri tərəfindən iddialar irəli sürülüb. Həmin müraciətlərdə Əli HəsənovNurlan Həsənova bağlı olduğu deyilən “Dostluq V” şirkətinin Nərimanov rayonunda inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasının ərazisinin əxlaqsızlıq yuvasına çevrildiyi iddia edilir. Şikayətlərə görə, Əli Həsənovun binaya komendant təyin etdiyi Şərurlu İlkin adlı həmyerlisi mühafizə otağında qanunsuz işlər təşkil edib.

Sakinlərin müraciətlərində qeyd olunur ki, binada mənzillərin satış qiyməti çox bahadır və “premium” adlandırılsa da, idarəçilik bərbad vəziyyətdədir. Yüksək qiymətə alınmış evlər üçün hər ay 1 kvadratmetrə görə 70 qəpik “kommunal haqqı” yığılır, lakin göstərilən xidmət keyfiyyətsizdir. Ən ciddi iddialardan biri komendantın binada yaşayan boşanmış qadınlara və qızlara qarşı əxlaqsız hərəkətlər etməsidir. Sakinlərin telefon nömrələrinin komendantda olduğu vurğulanır və onun “sahibsiz” hesab etdiyi qadınlara əxlaqsız mesajlar yazdığı bildirilir. Komendantın bütün günü mühafizə otağının qarşısında gəlib-gedən qadınlara sataşdığı, bu vəziyyətin isə binada hər an cinayət hadisəsinin baş verməsinə səbəb ola biləcəyi qeyd olunur. “Dostluq V” şirkətinin direktor müavini Mahir Cəfərov isə bu iddiaları rədd edərək, şirkətin Əli HəsənovVəli Həsənovla heç bir əlaqəsinin olmadığını və binada belə haram işlərin əsla mümkün olmadığını bildirib.

Nurlan Həsənov – Əli Həsənov Əməkdaşlığı

Mediada yayılan məlumatlara görə, hazırda Böyük Britaniyaya sığınaraq Azərbaycan hakimiyyətinə qarşı tənqidi çıxışlar edən Qurban Məmmədov, Nərimanov rayonunda o vaxt İcra Hakimiyyətinin əməkdaşı olan Nurlan Həsənovla əməkdaşlıq edərək, ona məxsus mənzilin sahəsini sənədlərdə saxtakarlıq yolu ilə 480 kvadratmetr kimi rəsmiləşdirib. 2011-ci ildə Gilan MMC-yə məxsus AzərTrans MMC tikinti məqsədilə sakinləri həmin ərazidən köçürməyə başlayanda, Qurban Məmmədov saxta yolla 480 kvadratmetr yazdırdığı ərazi müqabilində təklif olunan əmlakla razılaşmayıb. Daha sonra Əli Həsənov o vaxtkı Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə məsələni Qurban Məmmədovun istəyinə uyğun həll etməyi tapşırıb. Abdin Fərzəliyev tərəddüd edərək məsələni uzatmağa çalışsa da, sonradan Ramiz Mehdiyev işə qarışaraq icra başçısına zəng edib və məsələni dərhal həll etməyi tələb edib.

Nurlan Həsənovun ilkin 500 000 ABŞ dolları kapitalını Azərbaycan Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılması hadisəsindən əldə etdiyi barədə istintaqın dəlil əldə etdiyi vurğulanır. Hətta bu səbəbdən onun beynəlxalq axtarışa verildiyi də qeyd edilir. Lakin sonradan Nurlan Həsənovla bağlı mətbuatda dərc edilmiş bütün yazılar Əli Həsənov və Eldar Mahmudov tərəfindən sildirilmişdir. O zaman Əli Həsənovun bu fəallığının səbəbləri ictimaiyyətə aydın olmasa da, illər sonra Nurlan Həsənovla biznes ortağı olması faktı üzə çıxdı. Eldar Mahmudovun öz ailəsinə aid olan 90 AA 009 nömrəli dövlət nömrə nişanını Nurlan Həsənova hədiyyə etdiyi, Nurlan Həsənovun isə buna cavab olaraq Eldar Mahmudova Əhməd Rəcəbli küçəsində 40 milyon manat dəyərində bir neçə mülk hədiyyə etdiyi vurğulanır. Ən ciddi ittihamlar 2020-ci illə bağlıdır – Əli Həsənov və Ramiz Mehdiyevin vəzifədən azad edilməsindən az sonra, Əli Həsənovla Nurlan Həsənovun eyni vaxtda İstanbula getməsi diqqət çəkmişdi. İşin ən ilginc tərəfi isə Qurban Məmmədovun da eyni vaxtda İstanbula gəlməsi idi. Açıq mənbələrdə yayılan məlumatlarda iddia edilir ki, Nurlan Həsənovun sadəcə Qurban Məmmədovu maliyyələşdirdiyi bildirilsə də, sonradan onun bir çox başqa tənqidi müxalifətçiləri maliyyələşdirdiyi şübhəsi yaranıb. İstintaqa cəlb edilən Nurlan Həsənovun istintaqa bəzi sirləri hələ o vaxt verdiyi də açıq mənbələrdə yazılır. Əli Həsənovun Nurlan Həsənovla birgə mənimsədiyi və yuxarıda qeyd edilən əmlakların dəyəri 2 milyard manat olaraq qiymətləndirilir. Bu qədər böyük sərvətləri ələ keçirən şəxslərin siyasi ambisiyalarının olduğu ehtimal edilir.

Nərimanovdakı Məşhur “Park Fore” Restoranı və Qanunsuzluq İddiaları

Bu arada, Demokrat.az xəbər portalı paytaxtın Atatürk parkında yerləşən və Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Nurlan Həsənova məxsus “Park Fore” restoranının fotolarını təqdim edib. Abşeron RİH-in başçısı Abdin Fərzəliyevin əsas fiqurlarından hesab olunan Nurlan Həsənov bizneslə məşğul olduğunu inkar etsə də, faktlar bunun əksini sübut edir. Belə ki, çoxsaylı və müxtəlif sahələr üzrə biznes infrastrukturuna sahib olan Nurlan Həsənova məxsus olan “Park Fore” restoranı məhz onun qardaşı Rəşad Həsənov tərəfindən idarə olunur.

Halbuki, Azərbaycan qanunvericiliyi vəzifəli şəxslərin bizneslə məşğul olmasını qadağan edir. “Dövlət qulluğu haqqında” Qanunun tələbinə əsasən, dövlət qulluqçularının fəaliyyətinə bir sıra məhdudiyyətlər qoyulur. Dövlət qulluqçusu öz xidməti vəzifələrini yerinə yetirdiyi müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola, kommersiya təşkilatının idarə və ya nəzarət orqanlarının tərkibinə daxil ola bilməz. Qeyd edək ki, “Park Fore” restoranı həm də müxalifətçilərin görüş yeri kimi tanınır. Pənah Hüseyn, İsa Qəmbər, Seymur Həzi, Tural Abbaslı, Arzu Səmədbəyli və digər müxalifət funksionerləri görüşlərini əsasən bu restoranda keçirirlər. Bu vəziyyət dövlət qulluqçusu olan Nurlan Həsənovun həm biznes fəaliyyəti, həm də müxalifətlə əlaqələri barədə ciddi suallar yaradır. Abşeron rayonu haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. Məqalədə Əli Həsənov və Nurlan Həsənovla bağlı yayımlanan iddialar ictimaiyyətdə ciddi maraq doğurmuşdu. Belə böyük məbləğlərdən və yüksək vəzifəli şəxslərin adlarının hallanmasından bəhs edən məlumatların şəffaflıq baxımından daim aktuallığını qoruyacağı düşünülür.

  2. Bu cür araşdırma yazılarının ictimaiyyətə təqdim edilməsi həqiqətən təqdirəlayiqdir. Əli Həsənov və Nurlan Həsənovla bağlı iddia edilən 2 milyardlıq mülklər və qanunsuz biznes fəaliyyətləri haqqında məlumatların işıqlandırılması cəmiyyətdə şəffaflıq və hesabatlılıq üçün çox vacibdir. Belə məqalələr sözsüz ki, mühüm suallar doğurur və gələcəkdə daha ciddi araşdırmalara zəmin yaratmışdır. Bu məlumatları bizə çatdırdığınız üçün təşəkkür edirəm.

  3. Bu məqalə, bir neçə ay əvvəl dərc olunmasına baxmayaraq, Əli Həsənov və Nurlan Həsənovla bağlı qaldırdığı iddialarla ciddi narahatlıq yaratmışdı. İddia edilən 2 milyard manat dəyərindəki mülklərin miqyası, qanunsuz biznes və hətta “əxlaqsızlıq yuvası” kimi sərt ittihamlar, əgər təsdiqini taparsa, dövlət qulluğunda olan şəxslərin etimadının ciddi şəkildə sarsıldığını göstərər. Bu cür ağır ittihamların, xüsusilə də yüksək vəzifəli şəxslərlə bağlı olması, tam şəffaflıqla araşdırılmasının vacibliyini bir daha vurğulayır. Cəmiyyətin dövlət institutlarına inamını qorumaq üçün bu məsələdə tam hesabatlılıq təmin edilməlidir.

  4. Bu məqalə dekabr ayında dərc edildikdən sonra Əli Həsənov və Nurlan Həsənovla bağlı yayılan 2 milyardlıq mülk iddiaları və digər ağır ittihamlar cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Bu qədər böyük həcmli var-dövlət və “əxlaqsızlıq yuvası” kimi kəskin ifadələrin dövlət vəzifəsi tutmuş şəxslərlə əlaqələndirilməsi, sözsüz ki, narahatlıq doğurur. Həmin iddiaların nə dərəcədə əsaslı olduğu, nəticədə hansı araşdırmaların aparıldığı isə hələ də şəffaflıq tələb edən bir məsələdir. Bu cür halların qarşısının alınması və ictimai etibarın qorunması üçün sistemli addımlar atılması vacibdir.

  5. İki milyard manat, deyirsiniz? Vay, görəsən mən də qonşunun çiçək dükanını “ortaq biznesə” çevirə bilsəm, pensiyaya belə xoşbəxt çıxa bilərəmmi? Bu məqaləni oxuyandan sonra özümə dedim ki, bəlkə də mən illərdir biznesin səhv tərəfindəyəmmiş. Əgər dövlət işində belə “imkanlar” varsa, niyə də hamımız icra hakimiyyətinə sənədlərimizi təqdim etməyək? Zarafat bir yana, adamın az qala “Pul haradan gəlir?” sualının cavabını öyrənmək üçün mentorluq axtarışına çıxmağı gəlir. Əla yazı idi, oxuyarkən həm düşündüm, həm də gülümsədim.

  6. Anlaşıram ki, bu yazıda qaldırılan məsələlər çox ciddidir və ictimaiyyətdə geniş rezonans doğura bilər. Lakin, irəli sürülən iddiaların miqyası və xarakteri, o cümlədən 2 milyardlıq mülklər haqqında deyilənlər məndə müəyyən şübhələr oyadır.

    Hesab edirəm ki, bu cür ağır ittihamlar irəli sürülərkən, təqdim olunan sübutların möhkəmliyi və faktların hərtərəfli yoxlanılması kritik əhəmiyyət kəsb edir. Təkcə mediada yayımlanan məlumatlara əsaslanaraq qəti hökmlər vermək hər zaman riskli yanaşmadır. Ümid edirəm ki, bu cür böyük iddiaların arxasında güclü sübutlar olub və ya bu məsələ daha sonra tam şəffaflıqla araşdırılaraq ictimaiyyətə dolğun məlumat təqdim edilib. Şəxsən mən hələ də bu iddiaların tamamilə təsdiqləndiyini göstərən kifayət qədər dəlilə rast gəlməmişəm.

  7. Bu məqalə, bir neçə ay əvvəl dərc olunaraq, Əli Həsənov və Nurlan Həsənov ətrafında ciddi iddiaları gündəmə gətirmişdi. İddia edilən 2 milyard manat dəyərindəki mülklərin miqyası, şübhəsiz ki, bu iddialar təsdiq olunacağı halda böyük maliyyə təsirlərinə işarə edir. Qeyd olunan yüksək dövlət vəzifələrində çalışan şəxslərin bu cür biznes əlaqələrində iştirakı, təbii olaraq, ictimaiyyətin diqqətini biznes maraqları ilə dövlət xidməti arasındakı kəsişmə nöqtəsinə yönəldir. Bu tip hesabatlar hər zaman sağlam jurnalist araşdırmasının və ictimai idarəetmədə şəffaflıq və hesabatlılıq mexanizmlərinin vacibliyini bir daha vurğulayır.

  8. Bu yazını bir neçə ay əvvəl oxuyarkən, Əli Həsənov və Nurlan Həsənova aid olduğu iddia edilən mülklər və birgə fəaliyyətlə bağlı təqdim olunan iddialar həqiqətən də çox narahatedicidir. İctimai vəzifələrdə yüksək mövqe tutmuş şəxslərlə əlaqələndirilən 2 milyard manat kimi bir rəqəm, şəffaflıq və bu cür böyük sərvətin mənbəyi haqqında dərhal ciddi suallar doğurur. Əgər qeyri-qanuni biznes təcrübələri ilə bağlı bu iddialar hər hansı bir əsas daşıyırsa, bu, ictimai etibarın dərin şəkildə pozulması deməkdir və ciddi hesabatlılıq tədbirlərinə ehtiyac olduğunu vurğulayır. Qurumlarımızın dürüstlüyü üçün nəticələr əhəmiyyətlidir və ictimaiyyət bu cür ağır ittihamlara aydın cavablar və qətiyyətli reaksiya gözləyir.

  9. Bu yazıda qaldırılan iddialar, xüsusən də 2 milyard manatlıq mülklər və qanunsuz biznes kimi səsləndirilən ittihamlar həqiqətən də çox ciddi görünür. Lakin, mətnin bu hissəsini oxuduqdan sonra düşünürəm ki, bu cür iddiaların arxasında dayanan dəlillər daha aydın şəkildə təqdim edilməlidir. Belə böyük ittihamların inandırıcı olması üçün təkzibedilməz faktlara ehtiyac var. Məqalənin dərc olunmasından bəri (2025-ci ilin dekabrı) bu mövzu ilə bağlı əlavə araşdırmalar olubmu bilmirəm, amma təqdim olunan məlumat əsasında, bu qədər qətiyyətli bəyanatların sadəcə fərziyyədən kənara çıxıb-çıxmadığı sual altında qalır.

  10. Məqalədə qaldırılan məsələlərin ciddiliyini başa düşsəm də, təqdim olunan iddiaların dəqiqliyi ilə bağlı bəzi şübhələrim var. “2 milyardlıq mülklər”, “əxlaqsızlıq yuvası” və qanunsuz biznes kimi olduqca ağır ittihamlar müstəqil və möhkəm dəlillərlə əsaslandırılmalıdır.

    Məqalənin dərc olunmasından bəri bir müddət keçməsinə baxmayaraq, bu iddiaları təsdiq edəcək hər hansı rəsmi araşdırma və ya əlavə sübutun ortaya çıxdığını görmədik. Təsdiqlənməmiş iddialar üzərində belə kəskin nəticələr çıxarmaq həmişə risklidir və daha ətraflı araşdırma tələb edir.

Vüqar Əliyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button