Baş xəbər

Cəmil Həsənlinin ölkədən çıxışına “stop” qoyulub, DTX-yə dəvət olunub

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənlinin Azərbaycandan çıxışına “stop” qoyulub və o, şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) dəvət olunub.

Bu barədə o, öz “Facebook” səhifəsində xəbər verib. 

C.Həsənlinin dediyinə görə, o, həyat yoldaşı ilə birgə noyabrın 30-da Bakı vaxtı ilə saat 12.20-də şəxsi səbəblə Dubaya uçmalı imiş, lakin özünün çıxışına “stop” qoyulub. Tarixçi bildirib ki, bileti noyabrın 7-də alıb və qayıdış tarixi dekabrın 15-i olan biletin elektron nüsxəsini “Facebook” paylaşımına əlavə edib. 

C.Həsənli qeyd edib ki, onu DTX-yə şahid qismində dəvət ediblər və evində axtarış aparılacağı gözlənilir. 

“Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı öz yazı-pozularımdır. Yoldaşım da, mən də artıq yaşlandığımız üçün gözlənilməz, qəfil hadisələrə görə (xəstəlik, ölüm-itim və sair) evimizdə rəsmi mənbəyi olan 3 min dollar, 245 paund pulumuz var. Bundan əlavə, Londonda istifadə etdiyim “Revolut” bank kartında haradasa 30 paund, HSBC kartında isə 709 pound pul var. Əlavə olaraq gündəlik istifadə üçün pensiya kartı. Qeyd etdiyimdən əlavə heç bir vəsait yoxumdur. Hansısa şübhəli sənəd və vəsait çıxarsa bilin ki, saxtadır. Düzdür, adamı şərləmək üçün bunların imkanları çox böyükdür”, – siyasətçi vurğulayıb. 

Noyabrın 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb. 

Ə.Kərimli Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddəsi ilə ittiham olunur. 

Bildirilir ki, istintaq hərəkətləri bu gün davam etdiriləcək. 

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. AXCP mətbuat katibi Natiq Ədilov F.Əmirli və R.Əmirovun artıq sərbəst buraxıldığını xəbər verib. 

Hökumətyönlü mətbuatda gün ərzində iddia olunub ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb. 

AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər. 

Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil. 

Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib. 

AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.

Noyabrın 30-a keçən gecə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılaraq deportasiya olunacaq şəxslər üçün nəzərdə tutulan təcridxanaya aparılıb. 

G.Hacıbəyli polis maşınında ikən telefon danışığında “Toplum TV”-yə özü ilə əlaqədar ittihamları rədd edib. 

“Ramiz Mehdiyev mənim bütün həyatımı məhv eləmiş adamdır. Vətənpərvər insanam, bir türk milliyətçisiyəm. Məni gəlib Rusiyaya bağlamaq, bundan absurd, bundan iyrənc yalan və böhtan ola bilməz. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti buna qədər getdi. Yəqin ki, Azərbaycanın “Feto”su məsələsidi. Yəqin ki, Azərbaycanda müxalifəti sıradan çıxarmaq üçün həyata keçirilən təqibdir. Mənim sabah səhər üçün təhsil planlarım var idi. Mən “IELTS” imtahanına girməli idim. Nə qədər dedim ki, sabah saat 9-da imtahana girim, ondan sonra “karakol”a gələrəm. Mənə o şansı vermədilər. Aydındır ki, deportasiya üçün tələsirlər”, – G.Hacıbəyli vurğulayıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. F666bet – aight, same vibe as f666, but focused on betting. Pretty slick interface, good odds on most sports. Haven’t hit the jackpot yet, but I’m hopin’! Definitely worth a look if you’re into sports betting. f666bet

  2. Cəmil Həsənlinin ölkədən çıxışına “stop” qoyulması xəbəri zamanında çox danışılmışdı. Amma mən düşünürəm ki, bu cür halların hər zaman siyasi bir səbəbdən qaynaqlandığını iddia etmək, bəlkə də, həddən artıq sadəlövh yanaşma olardı. Bəzən bu prosedurlar sadəcə hüquqi məsələlərlə bağlı olur və əlavə dramatikləşdirməyə ehtiyac qalmır.

  3. Bu hadisənin üstündən artıq bir neçə ay keçib. Maraqlıdır, Cəmil Həsənlinin DTX-yə dəvəti və ölkədən çıxışına qoyulan qadağa ilə bağlı sonrakı hadisələr necə inkişaf etdi? Şahid qismində dəvət olunduğu iş üzrə hər hansı əlavə məlumat paylaşıldımı, yoxsa bu məsələ həll olundu?

  4. Cəmil Həsənlinin dekabr ayının əvvəlində ölkədən çıxışına qoyulan “stop” və DTX-yə dəvət edilməsi xəbəri, şübhəsiz ki, o dövrdə cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Tarixçi və Milli Şuranın sədri kimi tanınmış bir şəxsin səbəbi aydın olmadan səyahət hüququnun məhdudlaşdırılması, hər kəsin qanun qarşısında bərabərliyi və vətəndaş azadlıqları məsələləri ətrafında suallar yaratdı. Belə hadisələr, azad söz və hərəkət hüquqlarına necə yanaşıldığı barədə düşünməyə vadar edir.

  5. Məqalədə Cəmil Həsənlinin ölkədən çıxışına qoyulan “stop” və DTX-yə dəvət edilməsi məsələsinin vurğulanması başa düşüləndir. Lakin, bu hadisənin təqdimatında qismən razılaşmaq mümkün deyil. Onun ictimai fəaliyyətini və tanınmış sima olduğunu nəzərə alsaq, dövlət qurumlarının müəyyən məsələlər ətrafında şəxslərdən məlumat alması qeyri-adi bir hal deyil. Belə dəvətlərin həmişə qeyri-qanuni və ya sırf siyasi səbəblərlə əlaqələndirilməsi, bəlkə də vəziyyətin daha geniş hüquqi kontekstini nəzərə almır. Məncə, hadisəni yalnız bir tərəfdən qiymətləndirmək, ümumi mənzərəni tam əks etdirmir.

  6. Məqaləni oxudum və Cəmil müəllimin ölkədən çıxışına “stop” qoyulması, həm də şahid qismində DTX-yə dəvət olunması xəbəri təbii ki, diqqət çəkdi. Maraqlıdır, o dövrdə bu addımın konkret səbəbi haqqında hansısa rəsmi məlumat verilmişdimi? Çünki şahid qismində dəvət olunmaqla yanaşı, sərhəddə saxlanılması vəziyyəti bir qədər qeyri-müəyyən edirdi. Həm də DTX-dəki görüşdən sonra vəziyyət necə aydınlaşdırıldı, görəsən?

  7. Cəmil Həsənlinin ölkədən çıxışına qoyulan qadağa və DTX-yə dəvət olunması xəbəri, şübhəsiz ki, 2025-ci ilin sonunda ictimai müzakirələrdə mühüm yer tutdu. Analitik baxımdan, bu hadisə bir neçə məqamı önə çıxarırdı. Tarixçi və Milli Şuranın sədri kimi tanınan bir şəxsin səyahətinə məhdudiyyət qoyulması, həm fərdin hərəkət azadlığı, həm də daha geniş mənada ölkədəki siyasi fəalların mövqeyi ilə bağlı suallar doğururdu. Şahid qismində dəvət olunması proseduru bəzən formal xarakter daşısa da, C.Həsənli kimi tanınmış bir şəxsiyyətə qarşı tətbiq olunması bu cür hadisələrin siyasi kontekstdə necə qəbul olunduğunu bir daha göstərirdi. Bu, müəyyən mənada, o dövrdə vətəndaş cəmiyyəti və müxalifət fəaliyyətləri üçün mövcud olan çətinlikləri əks etdirən bir nümunə idi.

  8. Bu hadisənin keçən ilin noyabrında baş verdiyini nəzərə alsaq, Cəmil Həsənlinin DTX-yə şahid qismində dəvət olunmasının və ölkədən çıxışına qoyulan “stop”un arxasında hansı konkret səbəblərin durduğu barədə sonradan hər hansı bir açıqlama verildi mi? Yoxsa bu, hələ də aydınlaşdırılmamış bir məqam olaraq qalır?

  9. Cəmil Həsənlinin ölkədən çıxışına qoyulan “stop” və DTX-yə dəvət olunması barədə bu məlumatı oxuduğuma görə təşəkkür edirəm. Onun öz Facebook səhifəsində vəziyyəti şəffaf şəkildə bildirməsi, hər zaman olduğu kimi, diqqətəlayiq idi. Bu cür hadisələr haqqında xəbərdar olmaq vacibdir.

  10. Ah, the classic ‘sudden itinerary change’ for a history professor! I imagine Professor Hasanli’s November trip to Dubai turned into an unscheduled ‘local history’ tour, courtesy of the DTX. Maybe they just wanted to ensure he didn’t miss any pressing historical developments right here at home. Quite the unexpected plot twist for his travel plans!

  11. 2025-ci ilin dekabrında Cəmil Həsənlinin ölkədən çıxışına qoyulan qadağa və onun şahid qismində DTX-yə dəvət olunması xəbəri, şübhəsiz ki, həmin dövrdə ictimai-siyasi fəaliyyət və ifadə azadlığı ilə bağlı geniş müzakirələrə səbəb olmuşdu. Belə addımlar, xüsusilə tanınmış ictimai xadim və tarixçi barəsində tətbiq edildikdə, çox vaxt hərəkət və söz azadlığına potensial təsirləri baxımından qiymətləndirilir. Bu hadisə o zaman dövlət qurumları ilə nüfuzlu ziyalılar arasındakı münasibətlərin dinamikası haqqında düşünmək üçün bir əsas yaratdı.

Vəfa Məmmədova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button