Baş xəbər

Xankəndidə saxlanılan Karen Avanesyanın işi məhkəməyə göndərilib

Bu il sentyabrın 14-də Xankəndi şəhərində saxlanan Karen Avanesyanla bağlı iş məhkəməyə göndərilib.

Azərbaycan Baş Prokurorluğu noyabrın 28-də yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, K. Avanesyan terrorçuluq və üç polisə xəsarət yetirməkdə günahlandırılır. 

“Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib”, – açıqlamada deyilir.

K.Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd), 214.2.3 (odlu silahdan… istifadə – terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah,… saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sentyabrın 14-də Xankəndi şəhərində 1967-ci il təvəllüdlü Karen Avanesyan saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN bildirirdi ki, o, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu dörd sandıqcanı, eləcə də beş qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən saxlanıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button