Baş xəbər

Tramp Baydenin sərəncamlarını ləğv etdiyini deyir

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin “şəxsən imzalamadığı” bütün sərəncamları ləğv etdiyini deyir. 

O, bu barədə noyabrın 28-də “Truth Social” platformasında bildirib. 

“Yuxulu Co Bayden tərəfindən avtoqələmlə imzalanmış istənilən sənəd – yəni ümumi sənədlərin təxminən 92%-i – bundan sonra ləğv edilir və hüquqi qüvvəsi qalmır. Avtoqələmdən istifadə, əgər ABŞ Prezidentinin xüsusi təsdiqi yoxdursa, icazəli deyil”, – Tramp yazıb. 

O, daha sonra Baydenə qarşı cinayət işi açıla biləcəyi barədə xəbərdarlıq edib. 

“Oval Ofisdəki gözəl masanın ətrafında Baydenin başına toplaşan Radikal Solçu lunatiklər onun əlindən prezidentliyi aldılar. Mən buradan Saxtakar Co Bayden tərəfindən birbaşa imzalanmamış bütün İcra Sərəncamlarını və digər sənədləri ləğv edirəm, çünki avtoqələmi işlədən şəxslər bunu qanunsuz şəkildə ediblər. Co Bayden avtoqələm prosesində iştirak etməyib və əgər iştirak etdiyini desə, o zaman yalan ifadə verməkdə ittiham olunacaq. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”, –  Tramp əlavə edib. 

Daha öncə Ağ Ev sentyabrda Oval Ofisin qarşısında bütün prezidentlərin portretləri olan “Prezidentlərin Şöhrət Xiyabanı”nı təqdim edib. Onların arasında təkcə Baydenin portreti yoxdur, əvəzində avtoqələm şəkli var. 

Trampın qərarının hüquqiliyi ABŞ ictimaiyyətində suallar doğurub. Belə ki, bu ölkənin qanunvericiliyinə əsasən, prezidentlərin sərəncamları fiziki imzalamaq öhdəliyi yoxdur və onların tapşırığı ilə avtoqələmdən istifadə oluna bilər. 

Tramp və tərəfdarları hələ Baydenin prezidentliyi dövründə iddia edirdilər ki, onun ahıl yaşı və əqli durumu ilə əlaqədar sərəncamlardan xəbəri yoxdur və ətrafındakı insanlar onun yerinə qərarlar verir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button