Şikayət

Maliyyə maxinatoru Müseyib Həmzəyevin oğluna yarım milyonluq toyu

AAYDA ətrafında dəbdəbəli toy mərasimləri və müzakirələr

Son günlər təmtəraqlı toy mərasimləri ilə geniş müzakirələrə səbəb olan Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yenidən dəbdəbəli xeyir işlə diqqət mərkəzinə düşüb. Məlumatlara görə, bir müddət əvvəl Agentliyin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanov oğluna “Elux Event Hall” məkanında möhtəşəm toy edib. Mərasim dövlət səviyyəli tədbirlərlə müqayisə oluna biləcək miqyasda təşkil edilib. Ölkənin tanınmış müğənniləri, o cümlədən Aygün Kazımova və Röya Ayxan toyda iştirak edib. Yayılan xəbərlərə görə, təkcə müğənnilərə 150 min manat vəsait xərclənib. Qonaqlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. Seyidov ailəsi ilə birlikdə iştirak etdiyi toya 20 min ABŞ dolları dəyərində qızıl-brilyant hədiyyə təqdim edib.

Müseyib Həmzəyevin oğluna “Böyük Saray”da təmtəraqlı toy

Namiq Fərmanovun oğlunun geniş rezonansa səbəb olan bahalı toy mərasimindən sonra, AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də “Böyük Saray”da oğlu Sənan Həmzəyevə toy edib. Məlumata görə, bu toy üçün dəvətnamələrin hər birinin 50 manata hazırlandığı, bir toy masasının qiymətinin isə 500 manat olduğu bildirilir. Həmzəyevlərin toyuna 600 nəfər qonaq dəvət olunubmuş. Mərasimdə çıxış edən müğənnilərə, təxminən, 200 min manatdan çox vəsait ödənilib. İlkin hesablamalar toyun ümumi xərcinin yarım milyon manatdan artıq olduğunu göstərir. Məmur oğlunun xeyir işində Nuri Sərinləndirici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər. Bu cür dəbdəbəli toy mərasimlərinin təşkili sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. İctimaiyyət arasında məmur maaşı ilə belə təmtəraqlı toyların keçirilməsinin mümkün olmadığı ilə bağlı fikirlər səsləndirilir.

Müseyib Həmzəyevin keçmişi və karyerası

Qeyd edək ki, Müseyib Həmzəyev vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları idarəsində baş vermiş bütün maliyyə pozuntularında əsas rol oynamış, dövlət büdcəsinə ciddi zərər vurmuşdu. Apardığımız araşdırmalara görə, Cavid Qurbanovun rəhbərliyi dövründə Azərbaycan Dəmir Yolları QSC-də müəyyən nizam-intizamın bərqərar olmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC)-yə keçdi. Qısa müddət ərzində Elşən Məmmədov güvəndiyi Nəqliyyat nazirinə arxalanaraq burada da özbaşınalıq etməyə cəhd edərkən, Müseyib Həmzəyev vəziyyətdən istifadə edərək, əvvəllər birgə fəaliyyət göstərdiyi E.Məmmədovu rəhbərliyə ifşa etdi və özünü sadiq birisi kimi təsdiqləyərək çoxdan arzusunda olduğu Maliyyə İdarəsi rəisi vəzifəsinə təyin olundu. Beləliklə, keçmiş maliyyə pozuntularında adı hallanan şəxs indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə İdarəsinin rəisi postunu tutdu.

Əlavə fakt: Vergi borcları

Onu da qeyd edək ki, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı olan “Bakı 1 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Hazırda bu MMC-nin 715 318 AZN vergi borcu mövcuddur.

Xəbər Xətti

Related Articles

12 Comments

  1. Bu məqalə, ötən dekabrda dərc olunaraq, maliyyə şəffaflığına dair ictimaiyyətin diqqətini çəkən bir vəziyyətə işıq salmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Maliyyə idarəsinin mütəxəssisi Namiq Fərmanovun oğluna təşkil olunan dəbdəbəli toy mərasimi barədə xəbərlər dövlət qurumlarında maliyyə intizamı və vəzifəli şəxslərin xərcləmə vərdişləri ilə bağlı sualları gündəmə gətirir. Dövlət büdcəsindən maliyyələşən qurumlarla əlaqəli şəxslərin belə dəbdəbəli həyat tərzi nümayiş etdirməsi, cəmiyyətdə etimad və şəffaflıqla bağlı ciddi müzakirələrə səbəb olur. Bu cür hadisələr ictimaiyyətin dövlət qurumlarına olan inamının qorunması baxımından həmişə diqqət mərkəzində olmalıdır.

  2. Məqalədə qeyd olunan dəbdəbəli toy mərasimləri ilə bağlı məlumatlar, xüsusilə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ətrafında yaranan müzakirələr diqqət çəkdi. Belə xəbərlər ictimaiyyətdə maliyyə şəffaflığı və dövlət qurumlarındakı xərcləmələr mövzusunu hər zaman aktuallaşdırır. Təqdim olunan faktlar bu məsələlərin nə qədər həssas olduğunu bir daha göstərir.

  3. Bu məqalədə qeyd olunan, AAYDA-nın Maliyyə idarəsində çalışan Namiq Fərmanovun oğluna yarım milyonluq toy etməsi haqdakı iddialar, həqiqətən də ciddi suallar doğurur. Dövlət qurumunda, xüsusən də maliyyə departamentində işləyən bir mütəxəssisin bu cür təmtəraqlı mərasimi necə qarşılaya bildiyi, vəsaitlərin mənbəyi barədə şəffaflıq tələb edirdi. İctimai vəsaitlərin idarə olunduğu bir mühitdə, bu cür xərclər maliyyə intizamının və hesabatlılığın vacibliyini bir daha vurğulamışdı.

  4. Yarım milyonluq toy, deyirsən? Deməli, Maliyyə şöbəsində kiminsə büdcəni tamamilə “tarazlamağı” və sonra onu əla bir səbəb naminə möhtəşəm şəkildə “tarazlıqdan çıxarmağı” yaxşı bildiyi bəlli olur! Düşünürəm ki, işin “maliyyə” ilə bağlı olanda, pulu peyda etmək üçün müəyyən bir… ekspertiza qazanırsan, hətta bu, sadəcə bir unudulmaz axşam üçün olsa belə. Və bir də düşünürsən ki, bəzilərimiz hələ də AAYDA-nın idarə etməli olduğu yollar üçün yeni təkərlərin pulunu necə tapacağımızı bilmirik!

  5. Yarım milyonluq toy deyəndə ağlıma gəldi, Müseyib bəy yəqin “maliyyə maxinatoru” titulunu təsadüfən almayıb. Görünür, pulu haradan qazanmaq yox, haraya xərcləmək lazım olduğunu da əla bilirmiş. AAYDA ətrafında toyların bu qədər dəbdəbəli keçməsi, bəlkə də, yeni bir “biznes modeli”dir. Hamımız üçün əla ilham mənbəyi oldu, nə deyək.

  6. Məqalədə qeyd olunan yarım milyonluq toy xəbəri, xüsusilə də AAYDA kimi dövlət agentliyinin Maliyyə idarəsində çalışan şəxsin ailəsində baş verməsi, cəmiyyətdə ciddi suallar doğurmuşdu. Bu cür dəbdəbəli xərclərin, məmurların rəsmi əmək haqqı fonunda necə mümkün olması, şəffaflıq və korrupsiyaya qarşı mübarizə prinsipləri ilə necə uzlaşması barədə müzakirələr xüsusilə önəmli idi. Belə hadisələr dövlət qurumlarına olan inamı sarsıdaraq, vətəndaşlarda haqlı narazılıq yaradır. Ümid edirəm ki, bu cür məsələlər gələcəkdə daha diqqətlə araşdırılacaq və müvafiq nəticələr çıxarılacaq.

  7. Bu yazı maliyyə şəffaflığı və dövlət qurumlarında hesabatlılıq mövzularının nə qədər əhəmiyyətli olduğunu bir daha vurğulayır. Müseyib Həmzəyevin oğlunun toyu ilə bağlı xəbərlər və AAYDA ətrafında yaranan müzakirələr ictimaiyyətin bu məsələlərə olan diqqətini açıq şəkildə göstərir. Belə məlumatların işıqlandırılması cəmiyyətdə daha sağlam müzakirələrə zəmin yaradır ki, bu da çox dəyərlidir. Məqaləni hazırladığınız üçün təşəkkür edirəm.

  8. Yarım milyonluq toy deyəndə, vallah, insanın ağlına ilk gələn sual bu olur: “Görəsən bu “maliyyə” sirlərini harda öyrənmək olar?” Mənim bir aylıq büdcəmlə bu məbləği yan-yana qoyanda, sanki bir qalaktika uzaqlığındayıq. Cütlüyə xoşbəxt həyat diləyirəm! Ümid edirəm toyun yeməkləri də bu qiymətə layiq olub!

  9. Yarım milyonluq toy… Vay-vay! Elə bilirdim AAYDA ancaq asfalt işləri ilə məşğul olurdu. Deməli, bəzi “maliyyə yolları” da varmış ki, bir toy üçün belə büdcə TAPŞIRA bilirlər. Mən də bilirdim ki, maşınları yaman yol seçir, indi başa düşdüm səbəbini! Hər halda, cütlüyə xoşbəxtlik arzulayıram. Ümid edirəm bal ayı da ən azı o qədər “sərfəli” olub!

  10. Bu məqalə, bir neçə ay əvvəl dərc olunmasına baxmayaraq, müzakirələrə səbəb olan mühüm bir məqama toxunur. Dövlət Agentliyinin Maliyyə idarəsində çalışan bir şəxsin oğluna belə təmtəraqlı toy etməsi, təbii olaraq, maliyyə mənbələri və şəffaflıqla bağlı ciddi suallar doğurur. Bir dövlət qulluqçusunun əməkhaqqı ilə bu cür xərclərin necə uzlaşdığını anlamaq çətindir. Bu hallar, AAYDA kimi qurumlarda maliyyə nəzarəti və hesabatlılıqla bağlı narahatlıqları artırır və ictimai etimada mənfi təsir göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button