Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub 21:43 19.11.2025 Oxunuş sayı: 4290

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub.
Crossmedia.az xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.
Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir.
Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.
Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, mərkəzdə bir sıra sahələr üzrə robotik və klassik reabilitasiya xidmətləri təqdim olunur. Nevrologiya istiqamətində insult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi aparılacaq.
Ortopedik reabilitasiya çərçivəsində travmalardan və ortopedik əməliyyatlardan sonra hərəkətin bərpası təmin ediləcək.
Pediatrik və neonatoloji reabilitasiya uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlib. İdmanda reabilitasiya xidməti idman zədələrindən sonra funksional hazırlığın və performansın bərpasını hədəfləyir.
Əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası həyata keçiriləcək. Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.
Onkoloji reabilitasiya onkoloji müalicələrdən sonra fiziki və psixoloji adaptasiyanın təmin edilməsini əhatə edir. Bundan əlavə, ginekoloji və androloji reabilitasiya kiçik çanaq disfunksiyalarında, kiçik çanaq əzələlərinin funksional bərpası, gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq olunan hədəfli fizioterapevtik yanaşma ilə həyata keçiriləcək. Onurğa sağlamlığı xidmətləri onurğa sütunu problemlərinin qarşısının alınmasına və müalicəsinə istiqamətlənib.
Reanimasiya və intensiv terapiyada reabilitasiya ağır vəziyyətdən çıxmış pasiyentlərin erkən mərhələdə bərpasını təmin edir və hədəf Azərbaycandakı böyük dövlət xəstəxanalarında reanimasiya şəraitində reabilitasiya xidmətlərinin gücləndirilməsidir.
Yeni Robotik Reabilitasiya Mərkəzi dünyada həm robotik, həm də klassik reabilitasiya sahəsində lider mövqeyini möhkəmləndirməyi, elmi və texnoloji yenilikləri reabilitasiya proseslərinə inteqrasiya edərək Azərbaycanı innovativ reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir. Həmin istiqamətdə beynəlxalq akkreditasiyalar üçün rəsmi danışıqlara artıq başlanılıb.
Mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri, fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidisiplinar komanda, eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıq imkanları daxildir. Bütün bu xüsusiyyətləri ilə mərkəz Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan, həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyətə başlayır.
Yeni Robotik Reabilitasiya Mərkəzinin noyabrın 20-dən etibarən fəaliyyətə başlayacağı diqqətə çatdırılıb.
Daha sonra Sümük İliyi Transplantasiyası Mərkəzinə baxış keçirilib. Qeyd olunub ki, mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibbi mərkəz kimi formalaşdırılıb. Şöbənin hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinar komanda tərəfindən idarə olunması planlaşdırılır.
Tibbi xidmətlər çərçivəsində qeyd olunan diaqnozlarla müalicə alan pasiyentlər üçün həm allogen, həm də autogen sümük iliyi transplantasiyasının həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.
Transplantasiya blokları müasir sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksəksəviyyəli infeksion nəzarət sistemi ilə təchiz edilib.
Mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv və yüksəkkeyfiyyətli müalicə təqdim etmək, elmi yenilikləri praktikaya gətirmək və ölkədə sümük iliyi transplantasiyası xidmətlərinin əlçatanlığını artırmaqdır.
Yeni yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaradacaq və müasir tibb standartlarının tətbiqində nümunəvi səhiyyə ocağı kimi fəaliyyət göstərməyə davam edəcək.











Yo, just checked out jilisuperace – feels slick! Had a good time browsing around. Definitely worth a peek if you’re looking for something new. Find it here: jilisuperace
SlotVIPCasino? I’m a slot guy, so this sounds promising. If you’re heavy with slots, try it slotvipcasino and see if it works for you.
Ötən dekabr ayında bu yeni mərkəzlərin açılışı şübhəsiz ki, ölkənin səhiyyəsi üçün müsbət bir inkişafdır. Müasir texnologiyalara və infrastruktura edilən bu “yeni” sərmayələr əla bir başlanğıcdır. Lakin əslində, bir mərkəzin “yeni” olması onun sadəcə avadanlıqlarının və binalarının yeni olması demək deyil. Əsas odur ki, bu “yeni” imkanlar əhalinin geniş kəsimi üçün necə əlçatan olacaq və uzunmüddətli dövrdə xəstələrin həyatına hansı real müsbət təsirləri olacaq. Ümid edirik ki, açılışdan sonrakı fəaliyyətdə bu “yeni”lik keyfiyyətli xidmətin davamlılığı ilə də özünü doğruldacaq.
Çox sevindirici xəbərdir! Bu cür müasir və yeni mərkəzlərin istifadəyə verilməsi Azərbaycan səhiyyəsi üçün həqiqətən də böyük bir irəliləyişdir. Xüsusilə Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılması bir çox insan üçün yeni ümidlər deməkdir. Əməyi keçən hər kəsə təşəkkür edirəm!
Bu qədər “yeni” sözünü oxuyanda az qala özüm də təzələnmiş kimi hiss etdim! Görünür, köhnəlməyə heç bir şans yoxdur. Robotik reabilitasiya mərkəzində robotlar o qədər çalışsınlar ki, axırda özləri də bir az reabilitasiyaya ehtiyac duymasınlar. Zarafat bir yana, bu möhtəşəm açılış münasibətilə təbriklər! Gələcək indi başlayır!
Yeni mərkəzlərin açılışı ölkə səhiyyəsi üçün əlbəttə ki, müsbət addımdır və sevindiricidir. Lakin bu cür böyük investisiyalar və “yeni” texnologiyalar haqqında məlumatlardan sonra, artıq bir neçə ay keçdiyini nəzərə alsaq, əsas sual onların real təsiri və əlçatanlığıdır. Bu yüksək texnologiyalı xidmətlərdən sadə vətəndaşların, xüsusən də paytaxtdan kənarda yaşayanların nə dərəcədə faydalana bildiyi və bu avadanlıqların necə istifadə olunduğu barədə daha çox məlumat görmək maraqlı olardı. Ümid edirəm ki, bu təşəbbüslər açılış mərasimlərindən sonra da insanların həyatında davamlı və müsbət dəyişikliklər yaradacaqdır.
Çox təsirli xəbərdir ki, Yeni Klinikada yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri fəaliyyətə başlayıb. “Yeni” sözünün vurğulanması tibbi texnologiyada və müalicə üsullarında irəliləyişi açıq şəkildə göstərir. Robotik Reabilitasiya Mərkəzi bərpa prosesində müasir yanaşmaları təmin edərək, xəstələr üçün daha effektiv nəticələr vəd edir. Sümük İliyi Transplantasiyası mərkəzinin açılması isə ölkə daxilində çox vacib ixtisaslaşmış müalicə imkanları yaratmaqla, xəstələrin bu xidmətlər üçün xaricə getmə ehtiyacını azaldır. Bu cür yüksək texnologiyalı tibbi obyektlərə sərmayə qoyulması təkcə səhiyyə standartlarını yüksəltmir, həm də əhalinin daha əhatəli və əlçatan xidmətlərlə təmin edilməsi istiqamətində strateji bir baxışın göstəricisidir. Bu mərkəzlərin uzunmüddətli təsirini və pasiyentlərə faydasını izləmək maraqlı olacaq.
Salam! Bu mərkəzlərin açılışı ölkəmiz üçün əlbəttə ki, çox müsbət bir hadisədir. Lakin məqalədə “yeni” sözünə bu qədər diqqət yetirilməsinə baxmayaraq, açılışdan artıq bir neçə ay keçib. Düşünürəm ki, indi əsas diqqət onların “yeni” olmasından daha çox, göstərilən xidmətlərin keyfiyyətinə və bu mərkəzlərin fəaliyyətinin uzunmüddətli effektivliyinə yönəldilməlidir. Nəticələr və pasiyent məmnuniyyəti daha vacib göstəricilərdir.
Bu qədər “yeni” sözünü yanaşı görəndə bir anlıq özümü də robotik reabilitasiyaya ehtiyac duyan köhnə model hiss etdim! Zarafat bir yana, bu mərkəzlərin açılması həqiqətən əla xəbərdir. İndi sadəcə evdəki tozsoran robotumu bu yeni texnologiyalardan danışmağa inandırmalıyam ki, mənim də kürəyimi masaj etsin. Təbrik edirəm!
Bu mərkəzlərin Yeni Klinikada açılışı Azərbaycanın səhiyyə sektorunda mühüm irəliləyişi əks etdirir. Xüsusilə Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası kimi sahələrdə yeni texnologiyaların tətbiqi, pasiyentlərə daha müasir və effektiv müalicə imkanları təqdim edir. Bu, yalnız xəstəliklərin müalicəsində deyil, həm də pasiyentlərin həyat keyfiyyətinin bərpası və artırılmasında kritik rol oynayacaq. Hesab edirəm ki, bu cür investisiyalar ölkənin ümumi səhiyyə standartlarını yüksəltməyə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmağa xidmət edir.
Yeni Klinikada açılan bu yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin istifadəyə verilməsi səhiyyəmiz üçün çox əhəmiyyətli bir hadisədir. Bu cür müasir texnologiyaların və xidmətlərin tətbiqi bir çox xəstə üçün böyük fayda gətirəcək. Ümidverici bir inkişafdır.
Salam! Yeni Klinikada açılan Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin xəbəri olduqca müsbət və əhəmiyyətli bir hadisədir. Bu açılış Azərbaycan səhiyyəsində mühüm bir irəliləyişi əks etdirir. Xüsusilə, robotik reabilitasiya kimi innovativ texnologiyaların tətbiqi, xəstələrin bərpa prosesində daha dəqiq və effektiv nəticələr əldə etməsinə imkan yaradır. Eyni zamanda, sümük iliyi transplantasiyası mərkəzinin fəaliyyətə başlaması, xüsusən də ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün həyati vacib müalicə imkanlarını yerli şəraitdə əlçatan edir. Bu cür yüksək texnologiyalı mərkəzlərin istifadəyə verilməsi ölkənin səhiyyə infrastrukturunun müasirləşməsi və ixtisaslaşmış tibbi xidmətlərin səviyyəsinin yüksəlməsi baxımından strateji əhəmiyyət daşıyır.