Səhiyyə
Türk Dövlətləri arasında tibb təhsili və səhiyyə əməkdaşlığı güclənir 13:05 27.11.2025 Oxunuş sayı: 2981

“Konfrans Türk Dövlətləri Təşkilatında səhiyyə və tibb bacısı–mamalıq sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir”.
Crossmedia.az xəbər verir ki, bu sözləri “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfrans”ın açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsi çərçivəsində üzv ölkələrlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.



