Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir – Bakıda bir sıra mühüm sənədlər imzalanıb 13:16 01.11.2025 Oxunuş sayı: 6280

Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Görüşdə, həmçinin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə də iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu qeyd edib.
Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu bildirib.
Viktor Lyaşkonun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyətinin ölkəmizə səfərinin mahiyyətinə diqqət çəkən Teymur Musayev deyib: “Səfər Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, farmasevtika, onkologiya, pediatriya, kardiologiya və tibbi təhsil sahələrində birbaşa praktiki əməkdaşlığın inkişafına güclü təkan verəcək. Eyni zamanda, iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq”.
Öz növbəsində Ukraynanın səhiyyə naziri ölkəsinə göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Viktor Lyaşko ölkələrimizin tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu diqqətə çatdırıb: “Heydər Əliyev Fondunun və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə nazirliyin Sanatoriya-Kurort Bərpa Mərkəzində valideyn himayəsindən məhrum olan 7-17 yaşlı ukraynalı uşaqlar üçün reabilitasiya kursunun təşkili bunun əyani təsdiqidir”.
Daha sonra iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində yenilənmiş Əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Ukraynanın səhiyyə naziri Viktor Lyaşko imzalayıblar.
Əməkdaşlıq haqqında Sazişin mahiyyətini vurğulayan Teymur Musayev və Viktor Lyaşko qeyd ediblər ki, sənədin əsas məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, habelə əməkdaşlıq proqramlarının həyata keçirilməsidir. Eyni zamanda, sənəd xalq təbabətinin, farmasevtika sənayesinin, həmçinin tibbi təhsilin inkişafı sahələrində strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi çərçivə yaradır.
Səfər çərçivəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə Ukrayna Milli Xərçəng İnstitutu, Azərbaycanın K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Ukraynanın “Oxmatdıt” Uşaq Xəstəxanası, eləcə də kardioloji mərkəzlər arasında Əməkdaşlıq Memorandumları imzalanıb.
Həmçinin Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli Tibb Universiteti arasında tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların həyata keçirilməsi də daxil olmaqla yeni Əməkdaşlıq Memorandumu imzalanıb.
İmzalanan sənədlər iki ölkə arasında səhiyyə sahəsində uzunmüddətli və səmərəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.




Bu xəbəri oxumaq xoşdur. Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün faydalı ola bilər. Görüləcək işlərin uğurlu olmasını arzu edirəm.
Ijogos, I had a few wins here! Pretty decent platform with a good variety of games. A few more languages would be excellent, though… Still, worth checking out: ijogos
Yo, heard about 55wincom from a buddy. Thinkin’ of checkin’ it out. Heard they got some decent odds. Wish me luck! Gonna give 55wincom a try!
Bu xəbər Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığın genişlənməsini görmək çox yaxşıdır. Bakıda imzalanan bu sənədlər iki ölkə arasında təcrübə mübadiləsi və tibbi xidmətlərin inkişafı üçün mühüm addımdır. Belə əməkdaşlıqların hər iki tərəfə fayda verəcəyinə inanıram.
Bu xəbəri oxumaq çox xoş oldu. Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, Bakıda imzalanan bu mühüm sənədlər həqiqətən təqdirəlayiq bir addımdır. İnanıram ki, bu işgüzar səfər və əldə olunan razılaşmalar hər iki ölkənin səhiyyə sistemlərinə böyük müsbət töhfələr verəcək. Belə birgə təşəbbüslər xalqlarımız arasındakı əlaqələri daha da möhkəmləndirir.
Bu cür əməkdaşlıq sazişlərinin imzalanması, xüsusilə Ukraynanın hazırkı çətin şəraitində, hər iki tərəf üçün əhəmiyyətli ola bilər. Lakin, qeyd olunan “mühüm sənədlərin” konkret hansı sahələri əhatə etdiyi və bu imzalanmalardan sonra keçən qısa müddət ərzində realda hansı irəliləyişlərin əldə olunduğu barədə daha ətraflı məlumat görmək maraqlı olardı. Ümid edirəm ki, bu niyyətlər təkcə kağız üzərində qalmayacaq və tezliklə konkret nəticələrini görə biləcəyik.
Məqaləni oxudum və ümumiyyətlə ölkələr arasında əməkdaşlığın vacibliyini anlayıram. Ancaq səmimi desəm, Ukraynanın həmin dövrdəki ağır şərtlərini nəzərə alaraq, səhiyyə sahəsində bu cür geniş əməkdaşlıq sənədlərinin praktik təsirinin nə dərəcədə real olacağına dair bəzi şübhələrim yaranmışdı. Onların öz daxili səhiyyə infrastrukturu ciddi sınaqlarla üzləşdiyi bir vaxtda, bu addımların gözlənilən faydaları verə bilib-bilmədiyini görmək maraqlı olacaqdı.
Bu əməkdaşlığın genişləndirilməsi xəbəri olduqca müsbətdir. Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində imzalanan sənədlər hər iki ölkənin beynəlxalq əlaqələrini dərinləşdirmək istəyini əks etdirir. Bu addım, xüsusilə Ukraynanın hazırkı şəraitini nəzərə alsaq, onun səhiyyə sektorunun dayanıqlılığını və inkişafını dəstəkləmək baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Tibbi təcrübə mübadiləsi, kadr hazırlığı və tibbi texnologiyalar üzrə əməkdaşlıq vasitəsilə bu tərəfdaşlığın hər iki ölkənin səhiyyə sisteminin inkişafına əsaslı töhfələr verəcəyi gözlənilir. Bu cür əməkdaşlıq təkcə səhiyyəni deyil, həm də ümumi ikitərəfli münasibətləri gücləndirən vacib bir addımdır.
Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi xəbəri çox müsbətdir. Bakıda imzalanan bu mühüm sənədlər konkret olaraq hansı istiqamətlərdə – məsələn, tibbi təhsil, kadr mübadiləsi, yoxsa müalicə protokollarının paylaşılması kimi sahələrdə əməkdaşlığı nəzərdə tuturdu? Bu detallar çox maraqlı olardı.
Ukrayna ilə səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi xəbəri çox müsbət qarşılandı. Bu sənədlərin imzalanmasından iki aydan bir qədər çox vaxt keçdiyini nəzərə alsaq, maraqlıdır, bu əməkdaşlıq çərçivəsində daha çox hansı konkret sahələrə diqqət yetirildi və bu günə qədər hansı real irəliləyişlər əldə olundu?
Məqalədə qeyd olunan əməkdaşlığın vacibliyini anlayıram, lakin səmimiyyətlə desəm, Ukraynanın o zamankı vəziyyətini nəzərə alaraq, səhiyyə nazirliyinin əsas diqqətini bu cür genişmiqyaslı strateji sənədlərin imzalanmasına yönəltməsi mənə bir qədər qəribə görünürdü. Ölkənin təcili tibbi ehtiyacları və müharibənin gətirdiyi humanitar böhran fonunda, bəlkə də, fərqli prioritetlər ön plana çəkilməli idi. Ümid edirəm ki, atılan bu addımlar da Ukrayna xalqının rifahına xidmət edib.
Bu xəbəri oxumaq çox xoş oldu! Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi və imzalanan mühüm sənədlər həqiqətən təqdirəlayiqdir. Belə işgüzar səfərlər və əməkdaşlıqlar hər iki ölkənin səhiyyə sistemlərinin inkişafına böyük töhfələr verir. Ümid edirəm ki, bu əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək və hər iki tərəf üçün faydalı olacaq.
Xəbər Ukrayna və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında idi, lakin bu mühüm sənədlərin imzalanmasından bir neçə ay keçməsinə baxmayaraq, konkret nəticələr və praktiki addımlar barədə daha ətraflı məlumat almaq faydalı olardı. Ümid edirəm ki, imzalanan sənədlər Ukraynanın hazırkı səhiyyə ehtiyaclarına real dəstək verir və yalnız simvolik xarakter daşımır. Əməkdaşlığın real təsirini görmək çox əhəmiyyətli olardı.