Baş xəbər

Jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verilib

Noyabrın 26-da İstanbul Ağır Cəza Məhkəməsi türkiyəli jurnalist Fatih Altaylının ittiham olunduğu işlə bağlı qərar verib. 

Məhkəmənin hökmü ilə F.Altaylı barəsində 4 il 2 ay həbs cəzası qərarı verilib. O, prezidenti təhdid etməkdə təqsirli bilinib. 

Son sözündə ittihamı rəd edən F.Altaylı bildirib ki, prezident Rəcəb Tayyip Ərdoğan jurnalistdən qorxan biri deyil. 

“Prezident niyə məndən qorxsun? Mən nə təşkilat üzvüyəm, nə də başqa bir şey. Şiddətə əl atmamışam. Məncə prezident qorxaq biri deyil, burada həm mənə, həm də prezidentə haqsızlıq edilir. Prezident İsraillə dalaşıb, “Mossad”dan qorxmayıb, 15 iyulda çevriliş vaxtı ayağa qalxıb İstanbula gəlib. Yəni prezident qorxan biri deyil. Mən sözlərimdən sonra Prezidentin Mühafizə İdarəsindən soruşdum ki, prezidentin gündəliyində dəyişiklik olubmu? Olmayıb! Yəni ciddi qəbul ediləcək bir söz deməmişəm”, – o deyib. 

“YouTube”un Türkiyə seqmentində ən çox izləyicisi olan jurnalistlərdən biri olan Fatih Altaylı barəsində bu il iyunun 20-də öz kanalında işlətdiyi ifadələrdən sonra istintaq başlanıb. 

“Yaxın keçmişə yox, uzaq keçmişə baxın; bu millət padşahını boğmuş bir millətdir. Az şey deyil – öldürülən, sui-qəsdin qurbanı olan Osmanlı padşahları… Sui-qəsd deməyək, fitnə qurbanı olan, yaxud boğulan və ya intihar adı verilən Osmanlı padşahları…”, – F.Altaylı deyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button