Səhiyyə
Naxçıvan Perinatal Mərkəzinin direktoru nöqsanlara görə vəzifəsindən azad edildi 10:52 25.11.2025 Oxunuş sayı: 2919

Naxçıvan Muxtar Respublikası (MR) Perinatal Mərkəzinin direktoru işdən azad edilib.
Crossmedia.az xəbər verir ki, Naxçıvan MR səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, mərkəzin direktoru Günel Abdiyeva vəzifəsindən azad olunub.
Onun vəzifədən çıxarılmasının səbəbi işdə yol verdiyi nöqsanlar və vətəndaşların çoxsayılı şikayətləridir.



