Praktik tibb işçilərinin sertifikasiya qaydası təsdiqlənib 15:27 27.11.2025 Oxunuş sayı: 3092

“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası” təsdiqlənib.
Crossmedia.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiya imtahanının sınaq imtahanında iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 (otuz beş) manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 (iyirmi beş) manat təsdiq edilib. Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 (əlli) kredit olmaqla 5 (beş) il ərzində minimum 250 (iki yüz əlli) kredit təsdiq edilib.
Bu Qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 (iki yüz əlli) kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 (əlli) krediti topladıqda,
sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddətinə bir ildən az qalmış tibb mütəxəssisləri 50 (əlli) krediti topladıqda şəhadətnamə əldə etməlidirlər.




Been playing around on kl99bet for a while now, and I’m pretty happy with it. Withdrawals are quick, which is key for me. Games run smoothly and there’s a solid selection to choose from. Thumbs up for kl99bet!
RG777, eh? Heard some buddies talking about it. Thinking of hopping on and seeing what the fuss is all about. Good payouts rumored… Fingers crossed! Give RG777 a shot: rg777