Baş xəbər

“Gürcü polisi I Dünya Müharibəsi dövrünə aid kimyəvi maddə istifadə edib”

BBC Gürcüstan polisinin etirazçılara qarşı Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə etdiyinə dair araşdırma dərc edib. 

BBC kimyəvi silahlar üzrə ekspertlər, Gürcüstan polisindən anonim danışan şəxslər və həkimlərlə söhbətlər əsasında o nəticəyə gəlib ki, polis Birinci Dünya Müharibəsində fransızların istifadə etdiyi, kamit adlanan kimyəvi toksik maddədən istifadə edib.

İddiaya görə, bu maddə polis tərəfindən suya qatılıb və şırnaqlarla etirazçıların üzərinə sıçradılıb. 

Tbilisinin mərkəzi küçələrində üzərinə su sıçradılan etirazçılardan biri BBC-yə deyib ki, su “üzünü yanırmış kimi hiss etdirib”. 

Gürcüstan hökuməti BBC-nin iddiasını “absurd” adlandırıb və polisin “amansız cinayətkarların qanunsuz hərəkətlərinə” cavab olaraq qanuni şəkildə hərəkət etdiyini bildirib.

Kamit Birinci Dünya Müharibəsi zamanı Fransa tərəfindən Almaniyaya qarşı tətbiq edilib. Sonrakı dövrlərdə kamit istifadəsi barədə çox az tarixi mənbə var. Belə hesab olunur ki, uzunmüddətli təsirləri ilə bağlı narahatlıqlara görə kamit 1930-cu illərdə dövriyyədən çıxarılıb. 

Daha sonra onun əvəzinə “gözyaşardıcı qaz” adlandırılan CS qazından istifadə olunmağa başlayıb. 

Gürcüstanda etirazlar hələ 2024-cü ilin noyabr ayında hakim “Gürcü Arzusu” partiyasının ölkənin Avropa İttifaqına üzvlük müraciətini dayandırmasına cavab olaraq başlayıb. 

Hökumət isə onların tələblərini rədd edir və jurnalistlər də daxil olmaqla aksiyalarda iştirak edənləri “yolu bağlamaq” adı ilə cərimələyir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button