Fəzail Ağamalı Ana Vətən Partiyasını dağıdır

Ana Vətən Partiyasında Hakimiyyət Mübarizəsi: Alternativ Seçki və Sabiq Sədrin Qəzəbi
Azərbaycan siyasi həyatında nadir hadisələrdən biri kimi, Ana Vətən Partiyasının növbədənkənar qurultayında sədr seçkisinin alternativ şəkildə keçirilməsi və köhnə sədrin komandasının məğlubiyyəti ciddi müzakirələrə səbəb olub. Bu, videokadrlarla təsdiqlənən bir faktdır: partiyanın sədr müavini Elçin Ağamalı qurultay nümayəndələrinin böyük əksəriyyətinin səsini qazanaraq yeni sədr seçilib. Qurultaydan yayılan video görüntülər nümayəndələrin bir hissəsinin Elçin Ağamalını partiyanın yeni rəhbəri kimi tanıdığını təsdiqləyir.
Oktyabrın 25-də baş tutan qurultayın nəticələrinə əsasən, Elçin Ağamalı noyabrın 3-də Ədliyyə Nazirliyinə rəsmi müraciət edib. Lakin on günə yaxın vaxt keçməsinə baxmayaraq, Nazirlikdən hələ də rəsmi cavab gəlməyib.
Sabiq Sədrin Şübhəli Qərarları və Partiyanın Gələcəyi
Lakin bu müddət ərzində sabiq sədr Fəzail Ağamalı fərqli bir addım atıb. Bildirilib ki, noyabrın 5-də Ana Vətən Partiyasının İdarə Heyətinin iclası keçirilib. Həmin iclasda Partiya Nizamnaməsinin müddəalarını pozduğu əsası ilə Elçin Ağamalının partiyadan xaric edilməsi barədə qərar qəbul edilib.
Bu qərar 33 illik sədr tərəfindən həm siyasi dözümsüzlük, həm də təşkilati yanlışlıq kimi qiymətləndirilir. Çünki bir siyasi partiyanın qurultayı keçirildikdə, qurultaydan əvvəlki bütün orqanların səlahiyyətlərinə xitam verilir. Beləliklə, noyabrın 5-də keçirilən İdarə Heyəti iclasının legitimliyi şübhə altına alınır. Birincisi, əgər köhnə İdarə Heyəti toplanıbsa, onun səlahiyyəti qurultayla bitmişdir. İkincisi, qurultaydan sonra yeni İdarə Heyəti formalaşıbsa, Ədliyyə Nazirliyi hələ qurultay qərarları barədə rəsmi qərarını verməyib.
Eyni iclasda 12 rayon təşkilatının sədrləri də partiyadan xaric edilib və həmin təşkilatların fəaliyyətinə xitam verilib. Bu sədrlər arasında Paşa Alməmmədov (Ağstafa), Telman Qasımov (Ağsu), Orxan Əhmədov (Bərdə), Ziya İbrahimov (Hacıqabul), Elnur Osmanov (Kürdəmir), Mahmud Nuriyev (Qazax), Yaşar Tağıyev (Lənkəran), Azad Əhmədov (Masallı), Bayram Mustafayev (Sabunçu), Nazim Muradəlizadə (Şabran), Çoşğun Məmmədov (Zərdab) və Fazil Ağamalıyev (Suraxanı) yer alıb. On iki rayon təşkilatının buraxılması təxminən 2000 üzvün partiyadan kənarlaşdırılması deməkdir. Ədliyyə Nazirliyində 6000 üzvü qeydiyyatda olan Ana Vətən Partiyası üçün bu vəziyyət, partiyanın faktiki olaraq ləğv edilməsi təhlükəsini yaradır.
Siyasi Dörümsüzlüyün Son Nümunəsi
Elçin Ağamalıya qarşı kin-küdurətini gizlətməyən Fəzail Ağamalının bu addımları təkcə partiya daxilində deyil, milli maraqlar fonunda da tənqid olunur. Elçin Ağamalı Facebook səhifəsində qələbəmizin 5 illiyi ilə bağlı analitik yazı dərc edərək, Prezident İlham Əliyevin bu qələbədəki müstəsna rolunu vurğulayıb. Lakin Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı bu yazıya “qəzəbli smaylik” ilə reaksiya verib. Bu reaksiya, yazıda ifadə olunan hansı fikrin Fəzail Ağamalının xoşuna gəlmədiyi sualını doğurur.




