Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi “Element YT” QSC ilə şübhəli milyonluq tenderlər

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi “Element YT” QSC ilə şübhəli milyonluq tenderlər

Dövlət Satınalmalarında Şübhəli Tendensiya: Milyonların Sirri

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi tərəfindən 25 aprel 2025-ci il tarixində elan edilmiş açıq tender sorğusunda yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işləri üzrə ELEMENT YT Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib. Şirkətlə 10.165.227,01 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur. Gözləmə müddəti 24 iyun 2025-ci ildə başlayıb, 2 iyul 2025-ci il tarixində başa çatacaq.

Qeyd etmək lazımdır ki, son illərdə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin keçirdiyi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması satınalmalarını yalnız ELEMENT YT QSC udur. Tərəflər arasında indiyədək beş iri satınalma müqaviləsi imzalanıb: 11 noyabr 2020-ci il tarixində 12.399.775,71 manat; 21 sentyabr 2021-ci il tarixində 13.099.713,9 manat; 7 oktyabr 2022-ci il tarixində 15.144.749,4 manat; 20 noyabr 2023-cü il tarixində 14.461.575,32 manat; 11 dekabr 2024-cü il tarixində 10.621.760,17 manat. Bundan əlavə, Elm və Təhsil Nazirliyi 3 sentyabr 2024-cü ildə inzibati binada mövcud yanğınsöndürən balonların təkrar doldurulması xidmətləri üçün də ELEMENT YT QSC ilə 1.420,72 manatlıq müqavilə bağlayıb.

ELEMENT YT” QSC-nin Fəaliyyətinə dair Qaranlıq Məqamlar

Bəs idarə bu qədər vəsaiti nə kimi yanğın mühafizə sistemlərinin alınmasına və quraşdırılmasına ayırır? İdarənin 2024-cü ilin dekabrında bağladığı müqavilənin şərtlər toplusuna əsasən, 2.000 ədəd 1x16A avtomat, 1.330 ədəd 1x20A avtomat, 415 ədəd 3x50A avtomat, 5.330 ədəd iki yerli elektrik yuvası, 12.000 ədəd Led panel (30×30), 1.500 ədəd mövcud yanğın təhlükəsizlik sistemlərinin servisi, 2.335 ədəd Alüminium 4×16 SİP kabel, 3.000 metr mis 1×16 kabel, 22.500 ədəd yanğın tüstü detektorunun quraşdırılması, 308 ədəd gərginlik tənzimləyicisi, 252 ədəd akumulyatorun (12V-5A) quraşdırılması, 12.000 ədəd quru kimyəvi toz tərkibli yanğınsöndürmə balonlarının yenidən doldurulması və bu kimi 90 adda müxtəlif avadanlıqların alınaraq quraşdırılması nəzərdə tutulub. Lakin bu işlərin harada icra edildiyi məlum deyil.

ELEMENT YT QSC (VÖEN: 2005410371) Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən, 16 yanvar 2019-cu il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizanamə kapitalı 2010.00 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev.15 ünvanında yerləşir. Qanuni təmsilçisi kimi Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub. Reyestrə edilmiş dəyişikliklərə görə, şirkət əvvəlcə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçib və 25 yanvar 2022-ci ildə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. İlk təsisçisi və qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub, daha sonra Abbasov Elçin Təmraz oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib. Qəribədir ki, milyonlarla manat dövlət sifarişi alan ELEMENT YT QSC-nin heç bir sosial şəbəkə hesabı, nə də rəsmi internet portalı yoxdur.

Maliyyə Hesabatlarının Gizlədilməsi və Şəffaflıq Problemi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” təsdiq edən qərarı var. Həmin qərarın 5.1.1-ci bəndində göstərilir ki, dövlət zəmanəti ilə kredit alan, dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, habelə büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan dövlət satınalmalarında iştirak edən kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Lakin internet axtarış sistemləri vasitəsilə apardığımız araşdırmada ELEMENT YT QSC-nin illik maliyyə hesabatları barədə çox az məlumat əldə edə bildik.

Elektron mediada yer alan məlumata görə, şirkət 2022-ci ili 1 milyon 796 min manat xalis mənfəətlə başa vurub. Lakin ELEMENT YT QSC həm 2021-ci il, həm də 2023-2024-cü illər üzrə maliyyə göstəricilərini açıqlamayıb ki, bu da Nazirlər Kabinetinin müvafiq Qərarının kobud şəkildə pozulması deməkdir. Satınalmalar portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi, şirkət son dörd il ərzində Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi ilə ümumi dəyəri 65.727.572 manat olan 5 satınalma müqaviləsi bağlayıb. Müqavilə bağlamaq istədiyi son tender də əlavə olunduğunda, bu rəqəm son 5 ildə 75.892.799 manat dövlət vəsaitinə bərabər olur.

Milyonların Təyinatı: Yanğın Təhlükəsizliyi Yoxsa Başqa Məqsədlər?

Tikinti norma və qaydalarına əsasən, təhsil müəssisələri yanğın xəbərverici və yanğınsöndürmə qurğuları, tüstüyə qarşı müdafiə, qəza işıqlandırma sistemləri, eləcə də digər yanğın avtomatika qurğuları ilə təchiz olunmalıdır. Həmçinin, təhsil müəssisəsinin rəhbərliyi yanğın su hovuzlarına, çənlərə, su kəməri şəbəkəsinə və hidrantlara mütəmadi texniki müşahidə aparmalı, su mənbələrinin daim yararlı vəziyyətini təmin etməli, daxili yanğına qarşı su kranlarını şlanq və lülələrlə təchiz etməlidir. Yanğın su hovuzlarında və çənlərində hesablanmış miqdarda suyun olmasına daimi nəzarət vacibdir.

Şübhəsiz ki, təhsil müəssisələrində yanğına qarşı önləyici tədbirlərin görülməsinin əleyhinə deyilik. Lakin hesab edirik ki, bu məqsəd adı altında dövlətin milyonlarla manat vəsaitinin təyinatı bəlli olmayan yerlərə xərclənməsinə ciddi nəzarət olunmalıdır. Təəssüf ki, bölgələrdə, rayon və kəndlərdə məktəblərin yanğından mühafizəsinə vəsaitlər ayrılsa da, bunlara hər məktəbdə əməl olunmur. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi ilə ELEMENT YT QSC arasında son dörd il ərzində bağlanan müqavilələrin yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılmasından daha çox başqa məqsədlərə xidmət etdiyi də buradan açıq-aşkar görünür.

İdarə Rəisi Valeh Mirzəliyevin Rolu

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzəliyevdir. O, 2022-ci ilin mart ayından bu vəzifəyə təyin olunub. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə, Valeh Mirzəliyev nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.

Xəbər Xətti

36 Şərh

  1. Cavidan Paşayev

    Bu, qətiyyən yolverilməzdir! Görünür, bəzi məmurlar dövlət büdcəsini şəxsi cibləri kimi görürlər. Belə tender oyunları ilə ancaq özlərini güldürürlər. Hesab edirəm ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar ən sərt şəkildə cəzalandırılmalıdır. Xalqın pulunu talayanların yeri həbsxanadır!

    1. Babək Şabanov

      Bu məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır. Tenderlərin şəffaf keçirilməsi və dövlət vəsaitlərinin düzgün xərclənməsi vacibdir, amma hər hansı bir şirkətin ardıcıl olaraq tenderləri udması avtomatik olaraq qanun pozuntusu anlamına gəlmir. Ola bilsin ki, “Element YT” QSC bu sahədə ən yaxşı təklifi verir və ya ən ixtisaslı şirkətdir. Əlbəttə ki, bu, araşdırılmalı olan bir məqamdır, ancaq ittihamlar irəli sürməzdən əvvəl bütün faktları dəqiqləşdirmək lazımdır.

      1. Səbinə Ələkbərova

        Tenderlərin şəffaflığına nəzarət etmək vacib olsa da, qalib şirkətin seçimi bir çox amillə bağlı ola bilər. Bəlkə də “Element YT” QSC, təklif etdiyi texnologiya, təcrübə və ya qiymət baxımından digərlərindən daha üstündür. Hər bir tenderin nəticəsini şübhə altına almaqdansa, tender komissiyasının seçim meyarlarını və qərar qəbul etmə prosesini araşdırmaq daha faydalı ola bilər. Bu, prosesin ədalətli və şəffaf olub-olmadığını müəyyən etməyə kömək edər.

        1. Cavid Tağıyev

          Tenderlərin şəffaflığı, xüsusilə böyük məbləğdə müqavilələr söz konusu olduğunda, həmişə diqqət mərkəzində olmalıdır. “Element YT” QSC ilə bağlı iddiaların araşdırılması, dövlət vəsaitlərinin düzgün xərcləndiyinə əmin olmaq üçün vacibdir. Bu cür hallarda, ictimai nəzarət və müstəqil audit mexanizmləri daha da gücləndirilməlidir.

  2. Mehriban Qurbanova

    Bu nə biabırçılıqdır?! Elm və Təhsil Nazirliyinin bu “tender oyunları” ilə dövlət büdcəsini necə taladıqlarına baxın! ELEMENT YT QSC adlı bir şirkət necə olur ki, illərdir bütün tenderləri udur? Burada açıq-aşkar korrupsiya və qanunsuzluq var! Bu məsuliyyətsiz məmurlar xalqın pulunu necə xərclədikləri barədə hesabat verməlidirlər. Belə əməllərə göz yummaq olmaz, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır!

    1. Əhməd Əhmədov

      Tenderlərdə bir şirkətin davamlı olaraq qalib gəlməsi, həqiqətən də, şəffaflıq və rəqabət məsələlərini gündəmə gətirir. Bu cür halların araşdırılması, tender proseslərinin ədalətli və qanunvericiliyə uyğun aparılması üçün vacibdir. Şübhələrin aradan qaldırılması və ictimaiyyətin etibarının qorunması məqsədilə, müvafiq qurumlar tərəfindən ətraflı yoxlamalar aparılmalıdır.

      1. Ramin İsmayılov

        Tenderlərdə bir şirkətin tez-tez qalib gəlməsi, həqiqətən də, suallar doğurur. Bu, rəqabətin olmaması və ya digər şirkətlərin tender şərtlərinə uyğun gəlməməsi ilə əlaqədar ola bilər. Əsas məsələ, tender prosesinin şəffaf və ədalətli aparılmasıdır ki, ictimaiyyətdə heç bir şübhə yaranmasın.

  3. Əhməd Qurbanlı

    Bu qədər təkrarlanan tenderlər, üstəlik hamısının eyni şirkət tərəfindən udulması, dövlət vəsaitlərinin necə xərcləndiyi barədə ciddi suallar yaradır. Mikayıl Cabbarovun rəhbərliyi altında bu idarədə baş verənlərə nəzər salmaq lazımdır. Görünür, bəzi məmurlar dövlətin pulunu öz cibləri kimi görürlər. Belə hallar dərhal araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

    1. Rübabə Orucova

      Tenderlərin davamlı olaraq eyni şirkət tərəfindən qazanılması rəqabət mühitinin olmaması və ya şəffaflığın yetərli səviyyədə təmin edilməməsi kimi narahatlıqlar doğurur. Bu cür halların araşdırılması və ictimaiyyətə hesabat verilməsi dövlət vəsaitlərinin səmərəli xərclənməsinə nəzarətin gücləndirilməsi üçün vacibdir. Həmçinin, bu prosesdə digər şirkətlərin də iştirakını təmin etmək üçün şərtlərin daha ədalətli olması vacibdir.

  4. Xatirə Qurbanova

    Bu nə olan işdir? Elm və Təhsil Nazirliyi bu “ELEMENT YT” QSC ilə niyə bu qədər sıx əməkdaşlıq edir? Beş ildir, ancaq bu şirkətə milyonlar xərclənir. Başqa şirkətlər yoxdur, ya tenderlər şəffaf keçirilmir? Bu qədər pul hara gedir, bu sistemlər doğrudan da bu qiymətə dəyərmi? Korrupsiyaya qarşı mübarizə aparırıq deyirik, amma görünən budur ki, bəzi məmurlar hələ də dövlət büdcəsini şəxsi biznesləri üçün istifadə edirlər. Hesabatlılıq və şəffaflıq təmin olunmalıdır!

    1. Sürəyya Sadıqova

      Tenderlərin şəffaflığı və rəqabət mühitinin təmin edilməsi vacibdir. Bəlkə də “Element YT” QSC bu sahədə ən yaxşı təklifləri verir və ya xüsusi texniki tələblərə cavab verir. Ancaq bu, digər şirkətlərin iştirakını məhdudlaşdırmamalıdır. Tender şərtlərinin daha geniş auditoriyaya açıq olması və müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsi bu şübhələri aradan qaldıra bilər.

  5. Ay sağ ol, Elm və Təhsil Nazirliyi! Görünür, yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Amma bir sualım var: bu “ELEMENT YT” QSC-də yanğına qarşı hansı super texnologiya var ki, başqa heç kimdə yoxdur? Bəlkə, elə bir sistem qurublar ki, yanğın baş verməmiş söndürür? Yoxsa, bu şirkətin “elementləri” nazirlikdəki bəzi “elementlərlə” eyni cür düzülüb? Hər halda, dövlət pulları ilə bu qədər “elementar” oyunlar oynamaq yolverilməzdir. Belə getsə, bizdə təhsilin də, elmin də “elementləri” yox olacaq.

    1. Elvin Əfəndiyev

      Təəssüf ki, tenderlərin şəffaflığı və effektivliyi hər zaman suallar doğurur. Yanğın təhlükəsizliyi kimi həyati əhəmiyyətli məsələlərdə ən yaxşı təklifin seçilməsi vacibdir. Ümid edək ki, Elm və Təhsil Nazirliyi bu tenderlərdə ən sərfəli və keyfiyyətli həlləri seçməklə dövlət vəsaitlərinin düzgün xərclənməsinə nəzarət edir.

  6. Əminə Hüseynova

    Ay Allah, bu nə olan şeydir?! Görünür, Elm və Təhsil Nazirliyində “Element YT” QSC ilə sevgi romanı yaşanır. Hər il bu şirkətə milyonlar xərclənir, ancaq yanğın sistemləri hələ də quraşdırılmayıb? Yoxsa quraşdırılıb, amma biz görmürük? Bəlkə də bu şirkət nazirliyin gizli xəzinəsidir? Nə isə, görünür, yoxlamalar gələnə qədər biz bu “yanğınsız yanğın” tamaşasına baxmağa davam edəcəyik. Kim bilir, bəlkə də növbəti tenderdə “Element YT” QSC-yə kosmik gəmi də aldırılar.

    1. Əsmət Əfəndiyeva

      Elm və Təhsil Nazirliyi tərəfindən eyni şirkətlə davamlı olaraq böyük məbləğdə müqavilələrin imzalanması şəffaflıq və rəqabət məsələlərini gündəmə gətirir. Bu hal, digər şirkətlərin iştirakı üçün bərabər imkanların yaradılması və tender proseslərinin ədalətli keçirilməsi baxımından diqqətəlayiqdir. Belə davamlı əməkdaşlıq, ictimaiyyətdə suallar doğura bilər və bu səbəbdən nazirlik tərəfindən əlavə izahat və şəffaflığın təmin edilməsi vacibdir.

  7. Kamran Şabanov

    Bu cür xəbərlər ölkəmizin inkişafına kölgə salmaq istəyən qüvvələrin məqsədli şəkildə yaydığı böhtanlardan başqa bir şey deyil. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri göz qabağındadır. Belə böyük layihələrdə hər zaman qüsurlar axtaranlar tapılacaq, ancaq biz onların yalanlarına inanmayacağıq!

    1. Qəmər Abdullayeva

      Hörmətli vətəndaş, ölkəmizdəki müsbət dəyişiklikləri görmək sevindiricidir, lakin bu, hər bir sahədə şəffaflığa və hesabatlılığa ehtiyac olmadığı anlamına gəlmir. Tenderlərin şəffaf keçirilməsi və qalibin seçimi zamanı ədalət prinsipinin qorunması dövlət vəsaitlərinin səmərəli xərclənməsinin əsas şərtidir. Yalnız bir şirkətin davamlı olaraq qalib gəlməsi rəqabətin olmaması və qiymətlərin şişirdilməsi riskini yaradır ki, bu da sonda dövlət büdcəsinə zərər vura bilər.

      1. Təbii ki, tenderlərin şəffaflığı vacibdir, amma unutmayaq ki, davamlı olaraq eyni şirkətin qalib gəlməsinin arxasında onların yüksək keyfiyyətli xidmətləri və rəqabətədavamlı təklifləri də ola bilər. Əsas məsələ, tender şərtlərinin bütün iştirakçılar üçün ədalətli və bərabər olması, seçim meyarlarının isə açıq və şəffaf şəkildə müəyyən edilməsidir. Belə olan halda, ən yaxşı təklif verən şirkətin qalib gəlməsi təbiidir.

  8. Görünür, “Element YT” QSC-nin bəxti gətirib, ya da nazirlikdə kimlərləsə “elementar” əlaqələri var. Hər il eyni şirkət, eyni tender, eyni milyonlar… Bu nə sirli nağıldır? Yəqin ki, yanğın təhlükəsizliyi sahəsində bu şirkətdən daha “yanğınadavamlı” şirkət yoxdur! Maraqlıdır, bu qədər pul xərclənən yanğın sistemləri bir dəfə də olsun “sınaqdan” keçirilibmi? Yoxsa, “gözdən uzaq, könüldən iraq” prinsipi ilə işləyirlər? Nə isə, biz sadəcə vergi ödəyiciləriyik, cibimizdən çıxan pulların necə xərcləndiyini soruşmaq haqqımız yoxdur, eləmi?

  9. Nərmin Paşayeva

    Bu tenderlərin şəffaflığına dair suallar yaranır. Milyonlarla manatlıq müqavilələr bağlanılır, bəs bu pullar doğrudan da təyinatı üzrə xərclənirmi? “ELEMENT YT” QSC bu qədər böyük layihələri həyata keçirmək üçün kifayət qədər təcrübəyə malikdirmi? Dövlət vəsaitlərinin bu cür xərclənməsi ciddi nəzarət altında olmalıdır ki, korrupsiya halları baş verməsin. Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələni diqqətlə araşdıracaqlar.

  10. Aysel Mustafayeva

    Bu tenderlər bir tərəfdən şübhəli görünsə də, digər tərəfdən təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunması dövlətimizin gələcəyimiz olan uşaqlara qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu cür layihələr, təhsilin keyfiyyətini artırmaqla yanaşı, gənc nəslin sağlam və təhlükəsiz şəraitdə böyüməsinə xidmət edir. Bu cür investisiyalar, Azərbaycanın parlaq gələcəyinə yönəlmiş strateji addımlardır.

  11. Teymur Cəfərov

    Görünür, bəzi “elementlər” yenə də öz “elementlərini” düzgün yerə qoymağı bacarırlar. 10 milyon manatlıq yanğın söndürmə sistemi tenderi? Yəqin elə yanğın çıxarıblar ki, söndürməyə bu qədər pul lazımdır! Bu tenderlərin şəffaflığı sual altındadır. Belə “işbazlar” xalqın pulunu necə xərclədiklərinə görə cavab verməlidirlər. Yoxsa elə bilirlər ki, bu pullar göydən düşüb?

  12. İlkin Qurbanlı

    Bu tenderlər, yumşaq desək, şübhə doğurur. Belə böyük məbləğdə müqavilələrin bağlanması zamanı şəffaflığın qorunmaması ciddi narahatlıq yaradır. “Element YT” QSC ilə bu qədər müqavilənin bağlanması rəqabət mühitinin olmamasına və ya qərəzli seçimə işarə edir. Dövlət vəsaitlərinin bu cür xərclənməsi ciddi araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Əks halda, korrupsiya və sui-istifadə halları artmaqda davam edəcək.

  13. Görünür, bəzi şirkətlər dövlət satınalmalarında xüsusi imtiyazlara sahibdir. Maraqlıdır, bu “Element YT” QSC-nin arxasında kimlər dayanır və bu qədər böyük məbləğdə tenderləri necə qazana bilirlər? Bu məsələlərin araşdırılması və şəffaflığın təmin olunması vacibdir.

  14. Rauf Süleymanov

    Bu cür iddialar dövlətimizin imicinə xələl gətirmək məqsədi daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəffaflığın və inkişafın təmin olunması üçün atılan addımlar göz qabağındadır. Bu cür xəbərlər cəmiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şeyə xidmət etmir. Mehriban xanım Əliyevanın təhsil sahəsindəki misilsiz xidmətləri isə heç bir zaman unudulmayacaq.

    1. Sürəyya Kazımova

      Tenderlərdə şəffaflığın təmin edilməsi dövlət vəsaitlərinin səmərəli xərclənməsi üçün vacibdir. Hər hansı şübhəli məqam varsa, müvafiq araşdırmalar aparılmalı və nəticələri ictimaiyyətə açıqlanmalıdır. Bu, həm dövlət qurumlarına etimadı artırar, həm də cəmiyyətdə sağlam müzakirə mühiti yaradar.

      1. Rəna Talıbova

        Bu cür böyük məbləğdə tenderlərin udulması “Element YT” QSC-nin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsini xüsusilə önəmli edir. Maraqlıdır ki, bu şirkət hansı meyarlara görə seçilib və digər potensial təchizatçılardan nə ilə fərqlənir? Tenderin şərtləri və qiymətləndirmə prosesi ilə bağlı ətraflı məlumatın ictimaiyyətə açıqlanması suallara cavab verə və narahatlıqları aradan qaldıra bilər.

        1. Sadiq Əhmədov

          Bu, çox ciddi məsələdir. Belə böyük məbləğdə tenderlərin bir şirkət tərəfindən udulması, həqiqətən də, şəffaflıq və hesabatlılıq məsələsini gündəmə gətirir. Düşünürəm ki, bu tenderin şərtləri və qiymətləndirmə meyarları ilə bağlı ətraflı məlumatın ictimaiyyətə açıqlanması, həm şirkətin imicinə müsbət təsir edər, həm də cəmiyyətdə yaranan suallara aydınlıq gətirərdi. Hər halda, bu prosesdə şəffaflığın təmin olunması, dövlət vəsaitlərinin səmərəli xərclənməsinə zəmanət verir.

  15. Fidan Qasımova

    Bu cür şübhəli tenderlər dövlət büdcəsini talamaqdan başqa bir şey deyil! Elm və Təhsil Nazirliyinin bu cür şirkətlərlə milyonluq müqavilələr bağlaması qəbuledilməzdir. ELEMENT YT QSC-nin bu tenderi necə qazandığı araşdırılmalıdır. Belə əməllər təhsil sisteminə vurulan ən böyük zərbədir və günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır.

    1. Tural Süleymanov

      Təbii ki, bu cür böyük məbləğdə tenderlərin şəffaflığı xüsusi əhəmiyyət daşıyır. Tenderin qalibi seçilərkən hansı meyarların əsas götürüldüyünü və digər iştirakçıların təkliflərinin necə dəyərləndirildiyini bilmək faydalı olardı. Bu məlumatlar ictimaiyyətə açıqlanarsa, narahatlıqlar azalar və prosesə inam artar.

  16. Bu cür xəbərlər adamı dəhşətə gətirir! Görəsən, bu tenderlərdə nə baş verir? Milyonlar xərclənir, amma nəticəsi gözlənilən səviyyədə olmur. Mikayıl Cabbarovun bu məsələlərə diqqət yetirəcəyinə və şəffaflığı təmin edəcəyinə ümid edirəm.

    1. Fidan Talıbova

      Təəssüf ki, belə xəbərlər cəmiyyətdə haqlı narazılıq yaradır. Tenderlərin şəffaf və ədalətli keçirilməsi dövlət vəsaitlərinin düzgün xərclənməsinin əsas şərtidir. Ümid edək ki, bu iddialar araşdırılar və gələcəkdə belə halların qarşısı alınar. Digər tərəfdən, keyfiyyətli yanğın mühafizə sistemləri təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün vacibdir və bu sahəyə investisiya qoyulması gələcəyimiz olan uşaqların həyatını qorumağa yönəldilmiş addım kimi dəyərləndirilə bilər.

  17. Əminə Nuriyeva

    Bu tenderlər, sadəcə, şübhəli deyil, tamamilə qəbuledilməzdir! Elm və Təhsil Nazirliyinin bu cür “tender” oyunları ilə məşğul olması təhsilimizin gələcəyini baltalayır. Milyonlar xərclənərkən, keyfiyyətli təhsilə niyə bu qədər az diqqət ayrılır? ELEMENT YT QSC ilə bağlanan bu müqavilə, dövlət vəsaitlərinin necə havaya sovrulmasının bariz nümunəsidir. Belə əməllərə göz yummaq, gələcək nəsillərə xəyanətdir!

    1. Təhsil sahəsindəki tenderlərlə bağlı narahatlığınızı başa düşürəm. Şəffaflığın və hesabatlılığın təmin edilməsi, vəsaitlərin düzgün xərclənməsi çox vacibdir. Ancaq hər bir tenderin özünəməxsus şərtləri və məqsədləri olduğunu da nəzərə almaq lazımdır. Bəzən görünən xərclər gələcəkdə daha böyük faydalar gətirə bilər.

  18. Elçin Şabanov

    Bu tenderlər, yumşaq desək, şübhə doğurur! Milyonlarla manatlıq müqavilələr bağlanılır, amma ortada konkret nəticə yoxdur. “ELEMENT YT QSC” adlı şirkətin bu qədər tenderi necə udduğu da böyük sual altındadır. Elm və Təhsil Nazirliyinin bu məsələlərə ciddi nəzarət etməsi, şəffaflığı təmin etməsi vacibdir. Dövlət vəsaitləri belə havaya sovrulmamalıdır!

  19. Ülkər Fətullayeva

    Bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi təhsil sahəsində davamlı inkişafın göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil infrastrukturunun modernləşdirilməsi ölkəmizin gələcəyi naminə atılan mühüm addımdır. Bu cür layihələr gənclərimizin daha müasir və təhlükəsiz şəraitdə təhsil almasına şərait yaradır.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.