“Ruslan İzzətlinin səhhəti ağırlaşıb, əməliyyata ehtiyac var”

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü, siyasətçi Ruslan İzzətlinin səhhətində ciddi problemlər yaranıb.
Bu barədə onun həyat yoldaşı Günel Manaflı dekabrıın 7-də məlumat yayıb.
Onun sözlərinə görə, şənbə günü baş tutan görüş zamanı İzzətlinin səhhətindəki narahatlıqların kəskinləşdiyi müşahidə edilib.
“O, yüksək təzyiq, baş ağrısı və öd kisəsi ilə bağlı davamlı ağrılardan əziyyət çəkir. Təzyiqi yalnız gündəlik dərman qəbulu ilə normada saxlana bilir”, – siyasətçinin həyat yoldaşı bildirib.
G.Manaflı bildirib ki, Ruslan İzzətlinin öd nahiyəsində güclü ağrılar təxminən 10 gündür başlayıb və o, hər gün ağrıkəsici qəbul etmək məcburiyyətində qalır: “Son günlər həkim müayinəsi və ultrasəs yoxlaması aparılıb. Həkim ödünün müalicəyə tabe olmadığını əməliyyatla götürülməli olduğunu bildirib. Həbsxana şəraitində isə bu mümkün deyil. Ödü və təyziqi onun həyatı üçün təhlükə yaradır”.
O, öd kisəsinin yaratdığı risklərin ciddi olduğunu, kəskinləşmə baş verərsə qan zəhərlənməsi təhlükəsinin yarana biləcəyini bildirib: “Bu da Ruslan İzzətlinin həyatı bahasına başa gələ bilər. Bu artıq həyəcan siqnalıdır! Amma təbii ki, buna məhəl qoyan yoxdur. Bu hakimiyyət üçün bir siyasətçinin həyatı qədər ucuz heçnə yoxdur! Ruslan İzzətlinin başına bir iş gələrsə, bunun məsuliyyətini birbaşa bu hakimiyyət daşıyır!”, – deyə o vurğulayıb.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.




Çox təəssüf Ruslan İzzətlinin səhhətinin pisləşməsini eşitmək. Ümid edirəm ki, əməliyyat uğurlu keçəcək və o tezliklə sağalacaq. Sağlamlıqla bağlı bu cür çətinliklər həyatda qarşılaşdığımız gözlənilməz problemlərdən biridir.
Təəssüf ki, bəzən digər sahələrdə də gözləntilərin reallıqla üst-üstə düşmədiyi hallar olur. Məsələn, son zamanlar oxuduğum xəbərlərdən biri də Qlavproduktın halal mal əti konservlərində donuz əti mövzusu idi. Hər yerdə şəffaflığın və düzgünlüyün vacibliyini bir daha göstərir.