Günay Ağamalı olayı məmur övladlarının qalmaqallarını yenilədi

Vəzifəli Şəxslərin Övladları: İctimaiyyətin Gündəmindən Düşməyən Davranışlar
Azərbaycanda yüksək vəzifəli şəxslərin və deputatların övladlarının davranışları, yaşam tərzi mütəmadi olaraq ictimaiyyətin müzakirə obyektinə çevrilir. Son olaraq deputat Günay Ağamalının qızı olduğu iddia edilən bir şəxsin boynunda xaç asaraq rəqs etdiyi görüntülərin yayılması oxşar hadisələri yenidən gündəmə gətirib. Günay Ağamalı həmin şəxsin onun övladı olmadığını bildirsə də, məmur övladlarının nümayişkaranə həyat tərzi ilə bağlı nümunələr ölkədə kifayət qədərdir. Atalar demişkən, “Fərsiz övlad əldə altıncı barmaq kimidir, kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər”.
Övladları səbəbilə gündəmə gələn sabiq məmurlar
Bakının keçmiş meri və sabiq Baş nazirin müavini Hacıbala Abutalıbovun ailəsində də oxşar hadisə yaşanıb. Onun oğlu İsrafil Abutalıbovun bir zamanlar radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu iddia edilirdi. Yazılanlara görə, dəbdəbəli həyatdan əl çəkən İsrafil Abutalıbov evdə valideynləri ilə mübahisələr edir, onları başa düşmələrini istəyirdi. Sonradan onun əvvəlki radikal dini baxışlardan uzaqlaşaraq yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilirdi. Hacıbala Abutalıbovun oğlu ilə bağlı yayılan məlumatlarda onun sələfi cərəyanına maraq göstərdiyi iddia edilirdi.
Baş nazirin digər sabiq müavini Əli Həsənov da nəvəsi ilə bağlı mətbuatın gündəmində olmuşdu. Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi “Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən qəza törətmişdi. Hadisədən sonra nəvə həbs olunmuş, baba isə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi. Bu hadisə məmur övladlarının cəzasızlıq sindromu ilə bağlı ictimai narahatlığı daha da artırmışdı.
Yaxın günlərdə övladı ilə bağlı müzakirələrə səbəb olan digər rəsmi isə Elman Nəsirovdur. Deputatın ilk nikahından olan övladı sosial şəbəkədə video yayaraq atasını ona yardım göstərməməkdə ittiham edib. Parlamentarinin qızının sözlərinə görə, dörd yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım E.Nəsirovun indiyədək onunla maraqlanmadığını, hətta toyunda da iştirak etmədiyini bildirib. Millət vəkili isə cavabında ilk nikahdan olan qızına ata-babadan üç-dörd ev qaldığını söyləyib.
Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” Ramiz Mehdiyev isə 2020-ci ildə ölkədə koronavirusa görə karantin rejimi tətbiq olunduğu halda, Novxanıda bağ evində qız nəvəsinə dəbdəbəli toy etdiyi üçün ciddi müzakirələrə səbəb olmuşdu. Nəticədə həmin ildəki sanitar-epidemioloji qaydalara əməl etməyən məmur övladları və qonaqlar belə cərimələnmişdi. Bu hadisə ictimaiyyətdə xüsusi rezonans doğurmuşdu və Ramiz Mehdiyevin nüfuzuna ciddi zərbə vurmuşdu.
Vəzifəsini övladına görə itirənlər
Övladına görə vəzifəsini itirən məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqar 2013-cü ildə “Hammer” markalı maşınla qəza törədib, hadisə yerinə toplaşan insanların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bundan sonra eks-nazirin oğluna məxsus “Çıraq” hoteli və onun bir neçə bahalı avtomobili yandırılmışdı. Hadisədən 10 ay sonra Füzuli Ələkbərov nazir vəzifəsi ilə vidalaşmışdı. İsmayıllının ovaxtkı icra başçısı Nizami Ələkbərov (Füzuli Ələkbərovun qardaşı) da vəzifəsindən azad edilmişdi.
Sabiq müdafiə sənayesi naziri, hazırda Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyev də oğlu ilə sınaqdan keçən məmurlardandır. Onun oğlu Murad Qulubəyli tez-tez qlamur həyat tərzi ilə müzakirə yaradır. Belə ki, M.Qulubəylinin sosial şəbəkələrdə paylaşdığı fotolar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və məmur övladlarının dəbdəbəli həyatına dair suallar doğurur.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə “ayıyeyən” oğlu Anarla gündəmə gəlmişdi. Hadisə 2010-cu ildə baş verib. Məmur oğlu dostları ilə Qəbələdəki restoranların birində qəfəsdə saxlanılan ayını kəsdirərək kabab edib yemişdilər. Həmin dönəmdə bu hadisə geniş rezonans doğurmuşdu.
İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev də oğluna görə müzakirə olunan məmurlardandır. 2019-cu ildə nazir müavinin oğlu Rəşad Abdullayevin İbiza adasında 1.3 milyon dollarlıq “Richard Mille 50-03 McLaren F1” markalı saatının oğurlanması xəbəri gündəm yaratmışdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan qınanan məmurlardandır. Övladı Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü təqib edərək döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə getmiş, atası isə işdən çıxarılmışdı.
Övladına görə vəzifəsindən olanlardan biri də Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdur. Eks-rektor 2018-ci ildə səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesinə görə vəzifəsindən azad edilib. Anar Məhərrəmov özü isə 2021-ci ildə səfir kimi geri çağırılıb. Məlumata görə, ovaxtkı rektorun oğlu Azərbaycandan İspaniyaya uçan təyyarədə şərab dolu çəlləklər aparılıb və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılıb. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb.
Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladı ilə bağlı olub. Onun 2017-ci ildə ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaratmışdı. Bloqer kimi fəaliyyət göstərən Aysel Şükürova bu hadisə haqqında sual ünvanlayan jurnalistə söyüşlə cavab vermişdi. Bu hadisə də məmur övladlarının imtiyazlı mövqeyi və ictimaiyyətə qarşı münasibəti ilə bağlı narahatlıqları artırmışdı.
Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov 2014-cü ildə “ziyafətlər kralı” kimi tanınan oğlu Murada görə gündəmə gəlib. Murad Axundovun sosial şəbəkələrdəki paylaşımları, öz ətrafı ilə Lacivərd sahillərdə, Marbelyuda, Dubayda əylənməsi, klubda “Crystal” şampanına bir neçə min dollar ödəməsi ictimaiyyətdə böyük müzakirə yaratmışdı. Bu cür hadisələr Ramiz Mehdiyevin nəvəsinin toyu kimi, məmurların övladlarının həddən artıq dəbdəbəli həyat tərzi ilə bağlı ciddi suallar ortaya çıxarır.
Qəzalar, zorakılıq və deputat mandatı
Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda millət vəkili olan Asif Əsgərovun oğlu İlham Əsgərli də ağır avtoqəza törədib. 2014-cü ildə baş verən qəzada “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin avtomobildə olan oğlu Sənan Mirzəyev həyatını itirib. Hadisəyə görə İlham Əsgərli həbs olunsa da, onun məhbus həyatı uzun sürməyib. İ.Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli səhhəti ilə bağlı azadlığa çıxmışdı. Bu cür halların yaranması Əli Həsənovun nəvəsinin məhkəmə işi zamanı da müşahidə olunmuşdu.
Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun adını daşıyan yeniyetmə nəvəsinin çəkdiyi videolar da cəmiyyəti narahat edib. Nəvə Afiyəddinin 2024-cü ildə paytaxtın mərkəzində yaşlı qadını qucağına alması gündəm yaradan hadisələrdən olub.
IV çağırış Milli Məclisin deputatı Ayaz Orucov isə oğlunun özbaşınalığına görə mandatından olub. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli “Gelandewagen”dən “Nissan Juke” markalı maşına səkkiz dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.
Sabirabadın sabiq başçısı Nazim İsmayılovun da kiçik oğlu törətdiyi qəza ilə diqqət mərkəzinə düşüb. 2014-cü ildə atasının “Prado” markalı xidməti avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “Jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb.
Eks-deputat İqbal Məmmədov da oğlu ilə gündəmə gələn məmurlardan olub. 2019-cu ildə Lerikdə İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinə gələn polis və vergi işçilərini sabiq deputatın oğlu Mirhəmid və onun qohumları döyüblər. Həmin şəxslər bu hadisədən sonra həbs olunsa da, bir neçə ay sonra azadlığa çıxıblar. Ümumilikdə, məmur övladları ilə bağlı bu cür hadisələr cəmiyyətdə etimadsızlığı artırır və qanun qarşısında bərabərlik prinsipinə dair suallar yaradır.




Been playing at vn69casino for a couple of months now. Their live casino is pretty good, decent dealers, and the streams don’t lag too much. Worth a shot if you’re into live games. Check them out here: vn69casino
Jiibetplatform, huh? New to me. Exploring new platforms is always exciting. Let’s see if this gives me the thrills! Give it a browse jiibetplatform.
Məqalədə də qeyd edildiyi kimi, məmur övladlarının davranışları ilə bağlı qalmaqalların yenidən gündəmə gəlməsi təəssüf ki, artıq cəmiyyətimiz üçün tanış bir mənzərədir. Günay Ağamalı hadisəsindəki iddialar və qarşılıqlı açıqlamalar nəticəsindən asılı olmayaraq, bu cür hadisələrin mütəmadi təkrarlanması ictimai etibarı ciddi şəkildə sarsıdır. Əsas sual bu davranışların niyə davamlı olaraq ortaya çıxması və ictimai narazılığa rəğmən hələ də köklü həll yollarının tapılmamasıdır. Bu təkrarolunan dövrü qırmaq üçün daha əsaslı addımlara ehtiyac duyulduğu aydındır.
Bu məqalə Azərbaycan cəmiyyətində illərdir müzakirə olunan bir mövzunu yenidən diqqət mərkəzinə gətirib. Günay Ağamalı hadisəsi ilə bağlı inkar bəyanatına baxmayaraq, məmur övladlarının davranışları ətrafında yaranan qalmaqalların mütəmadiliyi həqiqətən də narahatlıq doğurur. Məsələ sadəcə bir şəxsin kimliyindən daha çox, cəmiyyətdə məsuliyyətli mövqeyə sahib insanların yaxınlarına dair formalaşmış ümumi təsəvvür və gözləntilərlə bağlıdır. Bu tip hadisələr ictimai etibara ciddi zərbə vurur və hakimiyyətə olan münasibəti mənfi istiqamətdə dəyişə bilər. Ümid edirəm ki, bu cür yazılar bu vacib mövzu ətrafında daha dərin düşünməyə təkan verəcək.
Bu yazıda toxunulan məmur övladlarının davranışları ilə bağlı mövzu cəmiyyətimizdə həmişə aktual olaraq qalır. Günay Ağamalı ilə bağlı iddiaların yenidən gündəmə gətirdiyi bu müzakirələr, ictimaiyyətin bu məsələlərə qarşı yüksək həssaslığını bir daha nümayiş etdirir. Bu cür hadisələrin mütəmadi təkrarlanması, əlbəttə ki, ümumi fikir formalaşmasına təsir edir.
Bu cür hadisələrin ictimaiyyətdə geniş rezonans doğurması və hər dəfə gündəmə gəlməsi təbiidir. Məqalədə qeyd olunduğu kimi, vəzifəli şəxslərin övladlarının davranışları həmişə diqqət mərkəzində olub. Tərəflərin açıqlamalarına baxmayaraq, bu cür mövzular cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur və bu da şəffaflıqla bağlı gözləntiləri bir daha nümayiş etdirir.
Mənə elə gəlir, bu “məmur övladı” serialı hər yeni mövsümdə bizi təəccübləndirməkdən yorulmur. Hər dəfə də birisi çıxıb “yox, o mənim övladım deyil!” deyərək süjetə yeni bir gərginlik qatır, sanki Hollywood ssenaristləri heç nədir. Bəlkə bu, sadəcə, övladların valideynlərinin stressini azaltmaq üçün yeni bir “performans sənəti” formasıdır? Kim bilir, bəlkə də gələcəkdə “məmur övladlarının xaosu” adlı yeni bir olimpiya növü yaranar! Maraqlı yazı üçün təşəkkürlər.
Bu hadisə, Günay Ağamalının təkzibinə baxmayaraq, məmur övladlarının davranışları ilə bağlı ictimai müzakirələri yenidən gündəmə gətirdi. Məqalədə qeyd olunduğu kimi, bu, cəmiyyətimizdə uzun müddətdir davam edən bir mövzudur və hər yeni hadisə ilə yenidən aktuallaşır. Belə vəziyyətlər adətən cəmiyyətdə məsuliyyət və etik davranışla bağlı daha geniş sualları ortaya çıxarır.
Bu məqalə, bir neçə ay əvvəl yayımlanmasına baxmayaraq, məmur övladlarının davranışları ilə bağlı ictimaiyyətdə yaranan narahatlığı çox dəqiq əks etdirib. Günay Ağamalı olayı ətrafında yaranan müzakirələr, rəsmi təkziblərə baxmayaraq, əslində təkrarlanan bir problemin simptomu idi. Təəssüf ki, yüksək vəzifəli şəxslərin övladlarının həyat tərzi və ictimaiyyətdə sərgilədikləri davranışlar tez-tez narazılığa səbəb olur.
Bu cür hadisələrin davamlı olaraq gündəmə gəlməsi, sadəcə fərdi səhvlərdən daha çox, sistemli bir məsələyə işarə edir. Ən kritik məqam isə bu halların ictimai etimadı sarsıtması və məsələyə adekvat yanaşmanın, yaxud hesabatlılığın qənaətbəxş səviyyədə olmamasıdır. Cəmiyyət, bu mövzuda daha şəffaf və məsuliyyətli bir mövqe gözləyir.
Salam,
Maraqlıdır ki, bəzi ənənələr heç vaxt ölmür, elə deyilmi? Məmur övladları, sanki, biz darıxmayaq deyə vaxtaşırı proqrama yenilik qatırlar. Üstəlik, bu “mənim övladım deyil” bəyanatları da artıq klassik bir janra çevrilib. Düzü, əgər bizə belə əyləncə bəxş etməsəydilər, başqa nə edərdilər ki? Nə yaxşı ki, sənət ölmür!
Bu yazınız üçün təşəkkür edirəm. Məmur övladlarının ictimaiyyətdəki davranışlarının hər zaman böyük marağa səbəb olduğunu və Günay Ağamalı ilə bağlı bu hadisənin də nə qədər müzakirələrə yol açdığını çox yaxşı qeyd etmisiniz. Cəmiyyətimizdəki bu həssas mövzuya işıq tutan dəyərli bir təhlil olub.
Məmur övladlarının davranışlarının ictimaiyyətdə tez-tez rezonans doğurması həqiqətən də hər zaman aktual bir mövzu olub. Məqalədə qeyd edilən son hadisənin də oxşar müzakirələri yenidən gündəmə gətirməsi, bu məsələnin cəmiyyət üçün nə qədər həssas olduğunu göstərir. İstənilən halda, ictimai şəxslərin və onların yaxınlarının fəaliyyəti hər zaman diqqət mərkəzində olur.