Azərbaycan ECO-nun aparıcı qüvvəsinə çevrilir

Azərbaycan ECO-nun aparıcı qüvvəsinə çevrilir

İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksələn Ulduzu: Regional Mövqe

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qurulan münasibətlər ölkəmizin həm regional, həm də beynəlxalq iqtisadi sistemdəki fəal mövqeyini qabarıq şəkildə nümayiş etdirir. 1992-ci ildən təşkilatın üzvü olan Azərbaycan, qurum daxilində irəli sürülən təşəbbüslərdə fəal iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ətraf mühit sahələrində əməkdaşlığın inkişafına mühüm töhfələr verir.

Ölkəmizin bu təşkilatla əməkdaşlığı təkcə iqtisadi əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda mədəniyyət, elm və humanitar sahələrdə də qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq respublikamızın regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və təşkilat məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə etibarlı tərəfdaş kimi çıxış etməsinə imkan yaradır.

Təşkilatın Yaranma Tarixi və Azərbaycanın Qurumdakı Rolu

1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” adı ilə təsis edilən qurum, 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adını alaraq fəaliyyət dairəsini genişləndirib. Bu təşkilata üzv olduqdan sonra keçən illər ərzində ölkəmiz onun ən fəal iştirakçılarından birinə çevrilib, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa nail olub.

Respublikamızın xarici siyasətində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əlaqələr mühüm yer tutur. Prezident İlham Əliyevin bu mövzu ilə bağlı bəyanatı ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Azərbaycanın ECO Çərçivəsində İqtisadi Təşəbbüsləri və Regional Liderliyi

Ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatında həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional liderlik mövqeyi, ölkənin artan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan qurum məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan əhəmiyyətlidir.

Təşkilata üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, qurumun strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha səmərəli edir.

Ölkəmiz təşkilatın üzvü olaraq onun məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri respublikamızın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan təşkilatın strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.

Enerji və Nəqliyyat Diplomatiyasında Artan Rol

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Ölkənin zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Ölkəmiz yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr qurum məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir.

Respublikamız yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan təşkilat çərçivəsində Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında ölkəmizin rolu danılmazdır.

Bu gün nəqliyyat sahəsində də ölkəmizin qurum regionunda aparıcı aktor kimi çıxış etdiyini əminliklə söyləmək olar. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətləri üçün açıqdır. Son illərdə ölkəmiz özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.

Prezidentin bu çıxışı dövlətimizin nəqliyyat sektoruna verdiyi strateji önəmi və region ölkələri ilə əməkdaşlığa göstərdiyi səyləri aydın şəkildə ifadə edir. Ölkəmizin multimodal nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca əlaqələrin genişləndirilməsi təşkilat məkanında logistik qovşaq rolunu daha da möhkəmləndirir. Bu da üzv dövlətlər arasında ticarətin asanlaşdırılması və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.

Bundan əlavə, Azərbaycan təşkilat çərçivəsində yaşıl enerji təşəbbüslərinə də böyük diqqət yetirir. Son dövrlərdə ölkəmiz, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda təşkilat regionu üçün “Təmiz Enerji Mərkəzi”nin yaradılması ilə bağlı aparılan müzakirələr də ölkəmizin bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur.

Azərbaycanın ECO Çərçivəsində Əlaqələrin Gücləndirilməsində Maraqları

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində çoxşaxəli maraqlara sahibdir. Bu maraqlar isə həm iqtisadi, həm geosiyasi, həm də mədəni və sosial sahələri əhatə edir.

Ölkəmiz qurumun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə uğurla ev sahibliyi edib. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Həmin zirvə görüşlərində ölkəmizin təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər və dayanıqlı inkişaf mövzularında mühüm sənədlər qəbul olunub. Bu da Azərbaycanın təşkilat daxilində təşəbbüskar və regional lider statusunu bir daha təsdiqləyib.

Bu gün isə Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü keçirilir. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin ölkəmizdə baş tutması onun təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Bu tədbir ölkəmizin regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, onun beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin təşkilat məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq.

Beləliklə, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır. Bu qurumla əlaqələrin inkişafı ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli iqtisadi və geosiyasi məqsədlərə nail olunmasında da mühüm rol oynayır.

Xəbər Xətti

22 Şərh

  1. Bu xəbər ürəyimi dağladı! Azərbaycanın ECO-da aparıcı qüvvəyə çevrilməsi xəbəri məni qürurlandırdı. Nə yaxşı ki, ölkəmiz bu təşkilatda fəal iştirak edir və bölgədə sülh və inkişaf naminə çalışır. İnanıram ki, bu əməkdaşlıq Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq və xalqımızın rifahına müsbət təsir göstərəcək.

    1. Əhməd Mustafayev

      Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında fəal rol oynaması ölkəmiz üçün yeni iqtisadi imkanlar açır, lakin bu prosesdə regional dinamikanı və potensial riskləri də diqqətlə izləmək vacibdir. Azərbaycanın bu təşkilatda liderliyə yüksəlməsi, ölkəmizin regional layihələrdəki rolunu artırır və qlobal arenada daha da tanınmasına imkan yaradır. Bu uğur, eyni zamanda, digər üzv ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanmalıdır ki, regional inkişafın davamlılığı təmin olunsun.

      1. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında fəal iştirakı və liderliyə yüksəlməsi, ölkəmizin regional və beynəlxalq arenada mövqeyini gücləndirir. Bu, iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır, lakin regional dinamikaları və potensial riskləri nəzərə almaq vacibdir. Bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalmaqla, Azərbaycan regional inkişafın davamlılığını təmin edə bilər.

        1. Azərbaycanın ECO-da liderliyə yüksəlməsi təqdirəlayiqdir, lakin bu, həm də məsuliyyət deməkdir. Regional layihələrin həyata keçirilməsində şəffaflığın və ədalətli rəqabətin təmin edilməsi, eləcə də bütün tərəfdaşların maraqlarının nəzərə alınması vacibdir. Yalnız bu şərtlə Azərbaycan regional inkişafın həqiqi mühərrikinə çevrilə bilər.

          1. Minayə Şirinova

            Azərbaycanın ECO-da fəal iştirakı ölkəmizin regionda inteqrasiya proseslərinə verdiyi önəmin göstəricisidir. Bu mövqe, iqtisadi əlaqələrin genişləndirilməsi və regional sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir. Azərbaycanın təşəbbüsləri, region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verə bilər.

  2. Səbuhi Abbasov

    Bu, çox sevindirici xəbərdir! Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ECO-da aparıcı qüvvəyə çevrilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Bu uğur, həm də Mikayıl Cabbarov kimi bacarıqlı kadrların iqtisadi sahədə göstərdiyi səylərin nəticəsidir. Belə nailiyyətlər Azərbaycanın gələcəyi üçün böyük ümidlər vəd edir.

    1. Nazim Cəfərov

      Əlbəttə, Azərbaycanın ECO-da aparıcı qüvvəyə çevrilməsi müsbət haldır, lakin bu, hələ son deyil. Bu nailiyyətin davamlı olması və region ölkələri ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün səylərimizi artırmalıyıq. Eyni zamanda, daxili iqtisadi islahatların da bu uğura paralel şəkildə davam etdirilməsi vacibdir.

      1. Rəşad Mustafayev

        Azərbaycanın ECO-da fəal iştirakı təqdirəlayiqdir, lakin regional liderlik üçün daha çox sərmayə və innovasiya tələb olunur. Təşkilat daxilindəki əməkdaşlıq imkanlarından maksimum yararlanmaq üçün ölkənin rəqabət qabiliyyəti artırılmalı və yeni texnologiyalar tətbiq edilməlidir. Bu, Azərbaycanın regional mövqeyini daha da möhkəmləndirəcək.

  3. Rübabə Mustafayeva

    Azərbaycanın ECO-nun aparıcı qüvvəsinə çevrilməsi” iddiası reallıqdan çox uzaqdır. İqtisadi Əməkdaşlıq Təşkilatı hələ də real nəticələr göstərməyən, ancaq kağız üzərində qalan bir qurumdur. Azərbaycanın bu təşkilatda aparıcı qüvvə olması fikri sadəcə özümüzü aldatmaqdır. Regional inteqrasiya proseslərinə qoşulmaqdan danışırıq, amma əslində ortada konkret addımlar yoxdur. Bu cür bəyanatlar, sadəcə, gözümüzə pərdə asmaqdan başqa bir şey deyil.

    1. Nisə Sadıqova

      İqtisadi Əməkdaşlıq Təşkilatının potensialı yüksəkdir və Azərbaycanın bu təşkilatda fəal iştirakı ölkəmiz üçün yeni imkanlar yarada bilər. Təşkilatın fəaliyyətindəki mövcud problemlərə baxmayaraq, Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr və irəli sürdüyü təşəbbüslər təqdirəlayiqdir. Ümid edək ki, gələcəkdə daha konkret addımlar atılacaq və təşkilat real nəticələr əldə edəcək.

  4. Qurban Salmanov

    Bu xəbər ürəyimi dağa döndərdi! Azərbaycanın ECO-da aparıcı qüvvəyə çevrilməsi, ölkəmizin iqtisadi yüksəlişinin və beynəlxalq arenada artan nüfuzunun bariz nümunəsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Mehriban xanımın mədəniyyət sahəsindəki misilsiz töhfələri sayəsində Azərbaycan, regionda sabitlik və inkişaf mərkəzinə çevrilib. Bu uğurlar, xalqımızın rifahı naminə atılan hər bir addımın nəticəsidir və bizlər də bu yolda daim dövlətimizin yanındayıq!

    1. Səbinə Rafiqova

      Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında fəal iştirakı ölkəmizin regiondakı rolunu gücləndirir, lakin aparıcı qüvvə olmaq hələ də bir sıra çətinlikləri aşmağı tələb edir. Regional əməkdaşlığın inkişafı həm iqtisadi, həm də siyasi müstəvidə davamlı səylər tələb edir. Bu səylər Azərbaycanın beynəlxalq arenada daha da möhkəmlənməsinə zəmin yaradacaqdır.

  5. Tural Hüseynov

    Bu xəbər bir daha göstərir ki, Azərbaycan regionda liderlik mövqeyini qoruyub saxlayır və iqtisadi əməkdaşlıq sahəsində mühüm rol oynayır. Ölkəmizin ECO çərçivəsindəki fəaliyyəti təkcə iqtisadi deyil, həm də siyasi və mədəni əlaqələrin inkişafına töhfə verir. Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və regiondakı sabitləşdirici rolunun əyani sübutudur. İnanıram ki, bu əməkdaşlıq ölkəmizin gələcək inkişafına da müsbət təsir göstərəcək.

    1. Aqil Məmmədli

      Azərbaycanın ECO-da fəal iştirakı təqdirəlayiqdir, lakin bu, hələ də üzə çıxarılmamış potensialın mövcudluğunu göstərir. İqtisadi inteqrasiya üçün daha iddialı hədəflər qoymaqla, regional ticarət dövriyyəsini artırmaq və investisiya axınlarını stimullaşdırmaq mümkündür. Bu, Azərbaycanın ECO məkanında liderlik rolunu daha da möhkəmləndirə bilər.

      1. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) fəal iştirakı ölkəmizin regional inkişafdakı rolunu artırmaq üçün əlverişli zəmin yaradır. Bununla belə, qlobal çağırışlar fonunda Azərbaycanın ECO-dakı liderlik potensialını tam reallaşdırması üçün yeni yanaşmalar tələb olunur. Regional layihələrdə innovativ texnologiyalardan istifadə və rəqəmsal iqtisadiyyatın inkişafı üzv ölkələr arasında əməkdaşlığı daha da gücləndirə bilər.

  6. Səbuhi Abbasov

    Azərbaycanın ECO-nun aparıcı qüvvəsinə çevrilməsi” iddiası reallıqdan uzaqdır. Bəli, Azərbaycan təşkilatda iştirak edir, ancaq təşkilat daxilindəki real problemlər gözardı edilir. İqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlıq adı altında gedən proseslər hələ də yetərli deyil və regional inkişaf üçün konkret addımlar atılmır. Azərbaycanın bu təşkilatda aparıcı qüvvə olması üçün daha çox səy göstərməsi lazımdır.

    1. Günel Rafiqova

      Azərbaycanın ECO-da aparıcı qüvvəyə çevrilməsi hələ ki, arzu olunan səviyyədə olmasa da, son illərdə ölkəmizin bu istiqamətdə göstərdiyi səyləri də nəzərə almaq lazımdır. Xüsusilə, regionda həyata keçirilən enerji və nəqliyyat layihələri Azərbaycanın təşkilat daxilindəki rolunu getdikcə artırır. Bu layihələr təkcə iqtisadi əməkdaşlığı gücləndirmir, həm də regionun siyasi və iqtisadi sabitliyinə töhfə verir, Azərbaycanı regional liderlik mövqeyinə yüksəldir.

      1. Azərbaycanın ECO-da liderliyə can atması təqdirəlayiqdir, lakin reallıq hələ ki, bir qədər fərqlidir. Regional layihələr mühüm olsa da, təşkilat daxilindəki bütün üzv ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək liderlik üçün əsas şərtdir. Azərbaycanın ECO-da aparıcı qüvvəyə çevrilməsi üçün daha inklüziv və əhatəli strategiya vacibdir.

  7. Bu xəbər ürəyimi dağa döndərdi! Azərbaycanın ECO-da aparıcı qüvvəyə çevrilməsi təkcə iqtisadi uğur deyil, həm də ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Mehriban xanım Əliyevanın mədəniyyət və humanitar sahələrdəki misilsiz töhfələri bu uğurun təməlidir. Leyla Əliyevanın ətraf mühitin qorunması istiqamətindəki fəaliyyəti isə gələcək nəsillər üçün daha sağlam bir dünya vəd edir. Arzu xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən layihələr ölkəmizin sosial-iqtisadi inkişafına böyük təkan verir. Bütün bu nailiyyətlər Heydər Əliyevin ideyalarının davamı və onun xatirəsinə ən böyük töhfədir. Eşq olsun belə liderlərə!

    1. Nabat Salmanova

      Hörmətli həmvətənim, sizin bu yüksək qiymətləndirməniz ürəkaçandır. Lakin düşünürəm ki, ECO-da aparıcı qüvvə olmaq hələ ki, davamlı səylər tələb edən bir prosesdir. Bəli, dövlət başçılarımızın fəaliyyəti mühümdür, ancaq bu, həm də ölkənin bütün iqtisadi və sosial sahələrində çalışan insanların birgə səyi ilə mümkündür. Gəlin, bu nailiyyətləri qeyd edərkən, hələ görüləsi işləri də unutmayaq və daha böyük uğurlar üçün birgə çalışaq.

      1. Azərbaycanın ECO-da fəal iştirakı və regional əməkdaşlığa verdiyi töhfələr təqdirəlayiqdir. Lakin aparıcı qüvvə olmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətinin artırılması və davamlı inkişafın təmin edilməsi kimi məsələlərə daha çox diqqət yetirməliyik. Bu, həm də regional layihələrdə liderlik nümayiş etdirmək və təşkilatın məqsədlərinə nail olmaqda daha böyük rol oynamaq deməkdir.

  8. Azərbaycanın ECO-nun aparıcı qüvvəsinə çevrilməsi” iddiası bir qədər şişirdilmiş görünür. Bəli, ölkəmiz təşkilatda fəal iştirak edir, lakin bununla belə, regional siyasətdə hələ də bir çox problemlər mövcuddur. İqtisadi əməkdaşlıq sahəsində irəliləyiş olsa da, bəzi üzv dövlətlərin maraqları üst-üstə düşmür və bu da birgə layihələrin həyata keçirilməsini ləngidir. Azərbaycanın potensialı daha böyükdür və biz bu təşkilatda daha qətiyyətli addımlar atmalıyıq.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.