İlham Rəhimovun “xilaskar” missiyası: Kremlin siyasi texnologiyası

İlham Rəhimovun “xilaskar” missiyası: Kremlin siyasi texnologiyası

Azərbaycan-Rusiya Gərginliyinin İki Mühüm Detalı

Rusiya ilə Azərbaycan arasında görünməmiş gərginliyin informasiya axını fonunda iki əhəmiyyətli məqam diqqət çəkir. Birincisi, Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) iş adamı Araz Ağalarov barəsində icraat başlatmasıdır. Bu xəbər ilk baxışda texniki məhkəmə proseduru təsiri bağışlasa da, sənədləşmənin arxasında daha böyük siyasi oyunların gizləndiyi iddia edilir. Xüsusilə də, indiki mürəkkəb siyasi kontekstdə bu addımın xüsusi mesajlar daşıdığı düşünülür.

Araz Ağalarova Yönəlik Təzyiqlər: Gizli Mesajlar

Formal səbəb borc mübahisəsi kimi təqdim edilsə də, prosesin zamanlaması və Kremlin son davranışları məsələnin təkcə maliyyə ilə məhdudlaşmadığını göstərir. Araz Ağalarov sadəcə 1,7 milyard dollarlıq sərvəti olan “Crocus Group” imperiyasının sahibi, Rusiyanın ən böyük tikinti, əmlak və infrastruktur maqnatlarından biri deyil. O həm də Azərbaycana bağlılığı ilə tanınan, köklərinə, kimliyinə, Azərbaycan dövlətinə və xalqına hər zaman açıq dəstək nümayiş etdirən Azərbaycanlı milyarderlərdən biridir. Bu illər ərzində Ağalarovların adı yalnız kommersiya layihələrində deyil, Azərbaycanın haqq işini müdafiə edərkən, Qarabağ münaqişəsi dövründə Bakıya siyasi, mənəvi və maddi dəstək göstərənlər arasında da ön sırada yer alıb. Araz Ağalarovun oğlu Emin Ağalarov bu bağlılığın daha canlı simvoludur. Başqa sözlə, Ağalarovlara qarşı atılan bu addım Azərbaycana verilən bir mesajdır.

İlham Rəhimovun “Xilaskar” Obrazı: Siyasi Təxribat

İkinci xəbər də Azərbaycanlı milyarderlərlə bağlıdır. Söhbət “Putinin dostu” kimi tanınan İlham Rəhimovdan gedir. Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun Ural bölgəsi üzrə tanınmış lideri Şahin Şıxlınski sərt şəkildə saxlanılır və qısa müddət sonra azadlığa buraxılan həmyerlimiz belə bir açıqlama verir: “Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporunun təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporu bu proseslərdən daha ağır zərbə ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu”. Hadisə mahiyyət etibarı ilə Azərbaycana qarşı növbəti informasiya təxribatıdır. Araz Ağalarova qarşı qondarma hüquqi təzyiqlər fonunda İlham Rəhimovun xilaskar və nəcib obrazının yaradılması hansı məqsədə xidmət edə bilər? Belə çıxır ki, guya məhz bu şəxsdən Rusiyada yaşayan azərbaycanlıların taleyi asılıdır və o, bu məsələdə Azərbaycan prezidentindən də qüdrətlidir. Bu, Rusiya xüsusi xidmət orqanlarının hazırladığı siyasi texnologiyadır.

Putinin Dostu Niyə Susur? İlham Rəhimovun İctimai Profili

Rusiyada azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin arxasında kim dayanır? Əlbəttə, Vladimir Putin! Bəs onun dostu və yaxın tərəfdaşı azərbaycanlıları necə xilas edə bilər? Necə ola bilər ki, Kreml bu boyda dövlətlə gərginliyin azalması üçün kiçik bir addım belə atmır, amma cənab Rəhimovun sözü ilə xüsusi əməliyyatla həbs olunan həmyerlimiz azadlığa çıxır? Bunun arxasında isə Azərbaycan mediası İlham Rəhimovun xilaskar obrazını Azərbaycan cəmiyyətinə təlqin edir. Belə yerdə məşhur tamaşadakı sual lap yerinə düşər: Axı sən kimsən, İlham Rəhimov?! 2016-cı illərin sonunda İlham Rəhimov birdən-birə Azərbaycan mətbuatına maraq göstərməyə başladı. Ölkənin ən tanınmış qəzetlərinə maliyyə ayıran, prezident Putinlə dostluq münasibətləri olan bu şəxs, eyni zamanda bir neçə sayt açaraq onları maliyyələşdirməyə başladı. Diqqət etmisinizsə, son illərdə İlham Rəhimovun ölkə mətbuatındakı təbliğatı aşağıdakı təqdimatlarla aparılır:
* Uğurlu elm adamı;
* Vətənpərvər siyasətçi;
* Xeyriyyəçi;
* Bacarıqlı iş adamı;
* Qüdrətli dövlətin məğlubedilməz liderinin dostu.

Sual İşarələri: İlham Rəhimovun Əsl Rolu

Ona da diqqət yetirilməlidir ki, İlham Rəhimov son bir ildə mətbuat səhifələrində gah yeni çapdan çıxmış monoqrafiyası ilə bağlı uzun-uzadı müsahibə verir, elmi nailiyyətlərindən söz açır, gah vətənpərvər, ölkəsinin çıxarlarını düşünən, Qarabağ problemi ilə yaşayan və bu mövzuda heç bir güzəşt tanımayan ziyalı, siyasətçi kimi təqdim olunur, gah reklama ehtiyacı olmayan xeyriyyəçi kimi cəmiyyətə təlqin edilir, gah da bacarıqlı iş adamı və Putinin dostu kimi gözə soxulur. İnsafən, bütün bu təqdimatların hamısında müəyyən qədər həqiqət payı var. Lakin anti-Azərbaycan layihəsi olan məşhur və məşum “Milyarderlər İttifaqı”nın üzvü olmuş adamlarla yaxınlığı barədə bir kəlmə də yazılmır. Xocalı soyqırımında ermənilərlə bərabər Rusiya hərbçilərinin də məsuliyyət daşıdığı “vətənpərvər siyasətçi”nin, hüquq professorunun dilindən bircə dəfə də olsun eşidilməyib. Ümumiyyətlə, onun heç bir müsahibəsində Qarabağ münaqişəsinin yaranması və illərlə uzanmasında Rusiyanın oynadığı mənfi rol barədə heç nə eşitməzsiniz. Əksinə, Rusiya tərəfindən əleyhimizə bir addım atılarsa, bizi günahkar bilər. Halbuki, Dağlıq Qarabağdakı qondarma separatçı rejimi illərlə erməni diasporunun maliyyələşdirdiyi hər kəsə bəllidir. Yaxşı, İlham Rəhimov Kremlin yanında otel tikir, amma Azərbaycanda doğulduğu kənddə yağış yağanda palçıq dizə çıxır. Heç olmasa öz kəndindən rayon mərkəzinə bir yol çəksin. Öz kəndində uşaqların palçığın içərisində məktəbə gedib-gəlməməsi üçün kəndarası yolları çəksin. Ümumiyyətlə, bu şəxsin özünü təbliğ etməkdən başqa Azərbaycana bir manat belə sərmayə qoyması yoxdur. Yeri gəlmişkən, bəlkə Ağalarovların Kremlin qəzəbinə düçar olması həm də bu fərqlə bağlıdır?

İlham Rəhimovun son təbliğatı təkcə “xilaskarlıq” missiyası yox, həm də özünü siyasi arenada yenidən xatırlatma cəhdi kimi qiymətləndirilə bilər. Professor həm Moskvaya, həm də Bakıya göstərmək istəyir ki, hələ də oyunda olduğunu, hələ də təsirli və nüfuzlu bir fiqur olduğunu, hələ də Putinlə eyni süfrə arxasında otura, onunla “işgüzar səhər yeməyi” yeyə biləcəyini. Bəlkə də bu proses sadəcə Kremlin narazı azərbaycanlıları sakitləşdirmək üçün seçdiyi taktiki bir gedişdir – sanki “baxın, sizin də səsiniz eşidilir, sizin də təmsilçiniz var” görüntüsü yaratmaq üçün. Əgər Rəhimovun doğrudan da nüfuzu və iradəsi varsa və baş verənlərdə səmimidirsə – niyə o, dostu “Rusiya kralına” zəng etmir? Niyə Kremlin repressiv maşınına qarşı açıq mövqe göstərmir? Edə bilməz. Çünki kuklalar yalnız sahibinin istəyini icra edə bilir.

Xəbər Xətti

31 Şərh

  1. Sürəyya Ramazanova

    Bu “xilaskar missiya” adı altında Kremlin siyasi oyunlarını görmək çox üzücüdür. Görünür, Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün əllərindən gələni edirlər. Araz Ağalarov kimi Azərbaycana bağlı iş adamlarına təzyiq göstərmək, sadəcə iyrənc bir siyasətdir. Bu cür əməllər iki ölkə arasında olan tarixi dostluğa xələl gətirir və qəbuledilməzdir. Kremlin bu cür ucuz və çirkin oyunlarına son qoyulmalıdır!

    1. Mən də hesab edirəm ki, Rusiya və Azərbaycan arasında baş verən proseslərə diqqətlə yanaşmaq lazımdır. Araz Ağalarova qarşı yönəldilən təzyiqlərin zamanlaması və səbəbləri düşündürücüdür. Bu kimi addımlar iki ölkə arasında mövcud olan əlaqələri müəyyən qədər gərginləşdirə bilər. Lakin, hesab edirəm ki, tərəflər arasında dialoq və qarşılıqlı hörmət bu kimi məsələlərin həllində mühüm rol oynayacaqdır.

      1. İslam Əkbərov

        Mən də razıyam ki, Rusiya-Azərbaycan münasibətlərində baş verən prosesləri diqqətlə izləmək vacibdir. Araz Ağalarova qarşı atılan addımların siyasi motivləri ola bilər, lakin bu, hələlik ehtimallardan ibarətdir. Ümid edirəm ki, tərəflər arasında sağlam dialoq və qarşılıqlı anlaşma mövcud problemlərin həllinə töhfə verəcək və münasibətlərin daha da gərginləşməsinin qarşısını alacaq.

        1. Zeynəb İsmayılova

          Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin səbəbləri çoxşaxəli ola bilər. Araz Ağalarov məsələsi yalnız bir elementdir. Əsas məsələ, iki ölkə arasında etimadın qorunması və strateji tərəfdaşlığın davam etdirilməsidir.

  2. Bu, Kremlin Azərbaycan-Rusiya münasibətlərinə müdaxiləsinin növbəti cəhdidir! Araz Ağalarov kimi iş adamlarına qarşı təzyiqlər qəbuledilməzdir. Rusiya, Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməlidir. Bu cür hərəkətlər iki ölkə arasında olan münasibətləri korlayır və regionda sabitliyi pozur. Azərbaycan öz iş adamlarını qorumalı və Kremlin bu kimi siyasi oyunlarına qarşı sərt tədbirlər görməlidir.

    1. Xəbərdə qeyd olunan məqamlar, doğrudan da, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliklərin olduğunu göstərir. Araz Ağalarova qarşı olan iddialar və bu prosesin zamanlaması düşündürücüdür. Lakin bu məsələdə tələsik nəticələr çıxarmamaq, hər iki tərəfin mövqeyini dəqiqliklə araşdırmaq lazımdır. Ümid edirəm ki, mövcud problemlər konstruktiv dialoq yolu ilə həllini tapar və iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər davam edər.

  3. Səbinə Həsənova

    Bu xəbər bir daha göstərir ki, Rusiya öz maraqlarını güdərkən heç kimlə hesablaşmır. Araz Ağalarov kimi ölkəmizə bağlı iş adamlarına təzyiqlər qəbuledilməzdir. Azərbaycan dövləti və xalqı olaraq hər zaman soydaşlarımızın yanında olmalı, onların hüquqlarını qorumalıyıq.

    1. Bu xəbərdə qaldırılan məsələlər çox ciddi və diqqətəlayiqdir. Araz Ağalarova qarşı yönəldilən təzyiqlərin siyasi motivlərlə əlaqəli olması ehtimalı narahatlıq doğurur. Azərbaycanlı iş adamlarına qarşı bu cür addımlar, xüsusilə də onların ölkəmizə olan bağlılığı nəzərə alınaraq, iki ölkə arasında etimadı sarsıda bilər. Bu kimi halların gələcəkdə baş verməməsi üçün Azərbaycanın Rusiyadakı soydaşlarımızın hüquqlarını qorumaq üçün daha aktiv rol oynaması vacibdir.

      1. Əziz Tağıyev

        Araz Ağalarova qarşı təzyiqlərin siyasi motivlərlə əlaqəli olması ehtimalı ciddi narahatlıq doğurur. Lakin bu məsələdə tələsmədən, bütün tərəflərin mövqeyini nəzərə alaraq obyektiv qiymətləndirmə aparmaq vacibdir. Hər bir halda, Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün hüquqi yollardan istifadə etməsi təqdirəlayiqdir.

        1. Pərviz Ağayev

          Araz Ağalarov məsələsi, Rusiya-Azərbaycan münasibətlərindəki potensial siyasi gərginliyin yalnız bir təzahürüdür. Bu hadisə, iki ölkə arasında mövcud olan iqtisadi və siyasi əlaqələrin nə qədər həssas olduğunu göstərir. Azərbaycanın öz vətəndaşlarının hüquqlarını müdafiə etməsi təqdirəlayiq olsa da, bu məsələdə təmkinli və balanslı mövqe tutmaq, münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq baxımından vacibdir.

  4. Səbuhi Əliyev

    Bu xəbər bir daha göstərir ki, Rusiya ilə münasibətlərdə hər zaman diqqətli olmalıyıq. Araz Ağalarov kimi Vətənə bağlı iş adamlarımıza qarşı atılan addımlar qəbuledilməzdir. Dövlətimizin bu məsələdə sərt mövqe tutacağına və soydaşımızın hüquqlarını qoruyacağına inanıram.

    1. Əziz Ələkbərli

      Rusiya ilə münasibətlərimizdə diqqətli olmaq vacibdir, ancaq Araz Ağalarov kimi iş adamlarımızın fəaliyyətini də obyektiv qiymətləndirməliyik. Hər bir addımın arxasında dayanan motivləri və geosiyasi konteksti nəzərə alaraq, dövlətimizin maraqlarını qorumaqla yanaşı, soydaşlarımızın da haqlı mövqeyini dəstəkləməliyik. Bu, həm də ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərəcək.

      1. Minayə Məmmədli

        Rusiya ilə münasibətlərdə diqqətli olmaq vacibdir, ancaq Araz Ağalarov kimi iş adamlarımızın fəaliyyətini də obyektiv qiymətləndirməliyik. Hər bir addımın arxasında dayanan motivləri və geosiyasi konteksti nəzərə alaraq, dövlətimizin maraqlarını qorumaqla yanaşı, soydaşlarımızın da haqlı mövqeyini dəstəkləməliyik. Bu, həm də ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərəcək.

        Bu fikirlə qismən razıyam. Rusiya ilə münasibətlərdə diqqətli olmaq zəruridir, lakin Araz Ağalarov kimi iş adamlarının fəaliyyətini qiymətləndirərkən yalnız siyasi motivləri deyil, onların ölkə iqtisadiyyatına və beynəlxalq əlaqələrinə verdiyi töhfələri də nəzərə almaq lazımdır. Hər bir vəziyyəti obyektiv təhlil etmək, dövlət maraqlarını qorumaqla yanaşı, soydaşlarımızın haqlı mövqeyini dəstəkləmək üçün vacibdir.

  5. Kamran Şərifov

    Bu “xilaskar missiya” adı altında Kremlin siyasi oyunları çoxdan bəllidir. Ağalarov kimi şəxslərə təzyiq göstərməklə, həm də Azərbaycana mesaj göndərmək istəyirlər. Amma unutmasınlar ki, Azərbaycan xalqı heç kimin təzyiqinə boyun əyməz! Onların bu ucuz siyasi manevrləri ancaq özlərini gülünc vəziyyətə salır. Azərbaycan-Rusiya münasibətlərini korlamağa yönəlmiş bu cür hərəkətləri qətiyyətlə pisləyirəm!

    1. Aygün Zeynallı

      Sizin fikrinizdə həqiqət payı var, lakin mənə elə gəlir ki, məsələyə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Bəli, Ağalarovun Azərbaycanla əlaqələri şübhəsizdir, amma onun biznesinin Rusiyada olması da bir faktdır. Ola bilsin ki, bu təzyiqlər sırf biznes mübahisələri ilə bağlıdır və siyasi motivlər ikinci plandadır. Hər halda, qəti hökmlər verməzdən əvvəl daha çox fakt gözləməyimiz daha doğru olar. Unutmayaq ki, siyasət dərin və mürəkkəb bir sahədir.

      1. Qismət Cavadov

        Sizinlə razıyam ki, məsələyə ehtiyatla yanaşmaq lazımdır. Araz Ağalarovun biznesinin Rusiyada olması və bu ölkənin qanunlarına tabe olması faktını nəzərə alsaq, FSSP-nin icraatının sırf biznes mübahisəsi olması ehtimalı da var. Ancaq Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi də unutmamalıyıq. Belə bir vəziyyətdə hər hansı bir hadisə siyasi kontekstdən kənarda qiymətləndirilə bilməz.

  6. Tahir Həsənov

    Bu xəbər, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Onun qətiyyəti və prinsipiallığı sayəsində Azərbaycan beynəlxalq arenada öz sözünü deyir, milli maraqlarımızı qətiyyətlə müdafiə edir. Belə çətin məqamlarda dövlətimizin yanında olmağa çalışan hər bir soydaşımızı dəstəkləməliyik.

    1. Samir İsmayılov

      Hörmətli həmvətənim, dövlətimizin beynəlxalq arenada öz sözünü deməsi təqdirəlayiqdir. Lakin, xarici siyasətdə tərəfdaşlıq və milli maraqların qorunması hər zaman mürəkkəb və çoxşaxəli məsələdir. Rusiya-Azərbaycan münasibətlərindəki hər hansı bir şəxsin “xilaskar” missiyası kimi qiymətləndirilməsi, mövcud reallığı tam əks etdirməyə bilər. Biz, vətəndaş olaraq, ölkəmizin maraqlarını dəstəkləməklə yanaşı, hadisələrə tənqidi və obyektiv prizmadan yanaşmalıyıq.

  7. Şahin Şabanov

    Bu xəbər bir daha göstərir ki, dövlətimizin başı üzərində qara buludlar hələ də var. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və xarici işlərdə apardığı uğurlu strategiya sayəsində bu kimi təxribatlar neytrallaşdırılır. Biz bir yumruq kimi birləşməli və dövlətimizin yanıda olmalıyıq!

    1. Sərxan Mahmudov

      Xəbərdə qeyd olunan məqamlar, həqiqətən də, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliyin olduğunu göstərir. Araz Ağalarova qarşı atılan addımlar, siyasi mesajlar daşıya bilər və bu, ölkələrimiz arasında etimadın azalmasına səbəb ola bilər. Lakin, hesab edirəm ki, tərəflər arasında dialoq və qarşılıqlı hörmət əsasında bu kimi məsələləri həll etmək mümkündür. Hər iki ölkənin uzunmüddətli maraqları nəzərə alınaraq, gərginliyi azaltmaq üçün səylər göstərilməlidir.

  8. Cəmilə Əmirova

    Bu xəbər bir daha göstərir ki, Rusiya öz çirkin oyunlarından əl çəkmək niyyətində deyil. Araz Ağalarov kimi tanınmış və Azərbaycanla sıx əlaqələri olan bir iş adamına təzyiq göstərmək, Kremlin Azərbaycana qarşı yürütdüyü qeyri-səmimi siyasətin bariz nümunəsidir. Bu cür hərəkətlər iki ölkə arasında etimadı sarsıdır və regional sabitliyə ciddi zərbə vurur. Rusiya anlamalıdır ki, bu cür ucuz siyasi manevrlər heç bir nəticə verməyəcək və Azərbaycan xalqının iradəsini qıra bilməyəcək.

  9. Lalə Məlikova

    Bu cür “xilaskar” missiyaları adı altında Kremlin siyasi oyunlar oynamağa çalışması qəbuledilməzdir. Rusiya-Azərbaycan münasibətlərini bu cür ucuz siyasi texnologiyalarla korlamağa çalışanlar bilməlidirlər ki, Azərbaycan xalqı ayıqdır və belə oyunlara uymayacaq. Araz Ağalarov kimi iş adamlarına qarşı icraat başlatmaqla təzyiq göstərmək cəhdləri də heç bir nəticə verməyəcək. Azərbaycan öz müstəqil siyasətini yürüdəcək və heç kimə güzəştə getməyəcək!

    1. Rəşad Abdullayev

      Bu xəbərdə qeyd olunan məqamlar, həqiqətən də, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliklərin olduğunu göstərir. Lakin, hər iki tərəfin də bu gərginliyi azaltmaq və əməkdaşlığı davam etdirmək üçün səylər göstərəcəyinə ümid edirəm. İqtisadi və siyasi əlaqələrin qorunması hər iki ölkənin maraqlarına cavab verir.

  10. Bu, çox ciddi məsələdir. Görünür, kimsə Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün əlindən gələni edir. Araz Ağalarovun işi bəhanədir, əsl məqsəd isə ölkələrimiz arasında nifaq salmaqdır. İlham Rəhimov kimi şəxsiyyətlərin bu kimi məsələlərdə “xilaskar” missiyasını üzərinə götürməsi təqdirəlayiqdir. Çünki, belə insanlar dövlətlərarası münasibətlərin gələcəyi üçün körpü rolunu oynayırlar. Düşmən başını itirməsin, biz bir yerdə güclüyük!

  11. İsmayıl Quliyev

    Bu “xilaskar missiya” adı altında Kremlin yürütdüyü siyasi oyunlar Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurur. Rusiya, görünür, ölkəmizə təzyiq göstərmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazırdır. Bu cür hərəkətlər qəbuledilməzdir və Azərbaycanın suverenliyinə açıq hörmətsizlikdir. Belə “siyasi texnologiyalar” yalnız regionda etimadsızlığı artırır və əməkdaşlığa mane olur.

    1. İsmayıl Sadıqov

      Bu gərginlikdə hər iki tərəfin maraqlarını nəzərə almaq vacibdir. Rusiya tərəfindən atılan addımlar təzyiq kimi görünsə də, bu, həm də daxili siyasi və iqtisadi məsələlərlə bağlı ola bilər. Azərbaycanın da öz milli maraqlarını qorumaq hüququ var, lakin dialoq və diplomatiya vasitəsilə bu gərginliyi azaltmaq mümkündür. Unutmaq olmaz ki, qonşuluq münasibətləri uzunmüddətli əməkdaşlığı tələb edir.

  12. Ülkər Qədirli

    Bu xəbər bir daha göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Xaricdə yaşayan iş adamlarımıza qarşı yönələn hər hansı bir təzyiqə qarşı dövlətimizin səssiz qalmayacağına əminəm. Prezident İlham Əliyevin və hökumətin bu məsələdəki prinsipial mövqeyi bizi qürurlandırır.

    1. Sərxan Qədirli

      Əlbəttə, dövlətin vətəndaşlarını müdafiə etməsi təqdirəlayiqdir. Lakin xaricdəki iş adamlarının fəaliyyəti həm də o ölkələrin qanunlarına tabedir. Azərbaycanın prinsipial mövqeyi, beynəlxalq hüquqa hörmətlə yanaşı, vətəndaşların hüquqlarını qorumaqdan ibarət olmalıdır. Bu balansın qorunması, uzunmüddətli və sağlam əməkdaşlığın əsasını təşkil edir.

  13. Vüqar Mikayılov

    Görünür, bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün əllərindən gələni edirlər. Araz Ağalarovun işi bəhanədir, məqsəd isə Azərbaycanı təzyiq altında saxlamaqdır. İlham Rəhimovun “xilaskar” missiyası isə Kremlin növbəti siyasi oyunudur. Bu cür təxribatlara qarşı ayıq olmalı və milli maraqlarımızı qorumalıyıq. Azərbaycan xalqı heç vaxt öz müstəqilliyini güzəştə getməyəcək!

  14. İsmayıl Şükürov

    Bu xəbər bir daha göstərir ki, xarici qüvvələr ölkəmizə təzyiq göstərmək üçün müxtəlif yollara əl atırlar. Lakin Prezident İlham Əliyevin qətiyyətli siyasəti və dövlətimizin güclü mövqeyi bu cür təxribatların qarşısını almağa qadirdir. Biz bir xalq olaraq, liderimizin ətrafında sıx birləşməli və ölkəmizin milli maraqlarını qorumalıyıq. Azərbaycanın müstəqilliyi və suverenliyi hər şeydən üstündür!

  15. Şahin Məlikov

    Bu İlham Rəhimov kimdir axı? Hər dəfə ortalığı qarışdıranda, qəfil peyda olur. Kremlə yaxınlığı bəllidir, amma bu dəfəki “xilaskarlıq” missiyası çox ucuz başa gələcək. Azərbaycan-Rusiya münasibətlərini korlamaq istəyən qüvvələrə xidmət etməkdən başqa bir şey deyil bu. Ağalarovun işinə qarışmaq nə deməkdir? Rusiyanın özündə problem yoxdur, bizimlə işi var? Yoxsa, Putinə yaxınlığı olanlar Azərbaycanı istədiyi kimi oynada biləcəyini düşünür? Bu cür siyasi texnologiyalarla ancaq özlərini biabır edirlər. Azərbaycan xalqı ayıqdır, belə oyunlara gəlməz!

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.