Şəki şəhər İcra Hakimiyyəti “ELŞƏN” MMC-yə yüz minləri qanunsuz ayırdı

Şəki şəhər İcra Hakimiyyəti “ELŞƏN” MMC-yə yüz minləri qanunsuz ayırdı

Şəki tenderində şübhəli detallar: Niyə qanun pozuntusuna yol verilib?

Şəki şəhər İcra Hakimiyyəti Qurcana çayının şəhər mərkəzindən keçən hissəsindəki qəzalı sahil divarlarının və su tənzimləyici bəndlərin bərpası, təmiri, çay yatağının təmizlənməsi, habelə yeni sahilbərkitmə işləri üzrə keçirilən açıq tenderə yekun vurub. 2025-ci il aprelin 4-də başladılan tender müsabiqəsinin qalibi “ELŞƏN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Tərəflər arasında 709.880,09 manat məbləğində satınalma müqaviləsinin imzalanması planlaşdırılır. Bu məlumat dövlət satınalmaları portalında 2025-ci il iyunun 23-də yayımlanıb.

Lakin tenderin nəticələri ciddi suallar doğurur. Belə ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş işlər üçün müəyyən edilən ilkin smeta dəyəri 1.013.646,47 manat təşkil edib. Satınalmalar portalında dərc olunan məlumatlara görə, satınalan təşkilatın müəyyən etdiyi ilkin qiymətlə “ELŞƏN” MMC-nin təklif etdiyi və qalib gəldiyi qiymət arasında kəskin fərq mövcuddur.

“Dövlət Satınalmaları haqqında” Qanunun pozulması ehtimalı

“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu təchizatçıların satınalmadan kənarlaşdırılması hallarını aydın şəkildə müəyyən edir. Həmin Qanunun 35.1.8-ci maddəsinə əsasən, təchizatçının təqdim etdiyi təklifin qiyməti ilkin təxmini qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının izahatı və məlumatları təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr yaranarsa, təchizatçı müsabiqədən kənarlaşdırılmalıdır. Göründüyü kimi, Şəki şəhər İcra Hakimiyyəti tender müsabiqəsində ilkin qiymətdən 20 faizdən daha aşağı təklif təqdim etmiş “ELŞƏN” MMC ilə müqavilə bağlayıb ki, bu da adıçəkilən Qanunun tələblərinin pozulması anlamına gəlir.

“ELŞƏN” MMC-nin əvvəlki işbirlikləri və fəaliyyəti

Bu, Şəki şəhər İcra Hakimiyyəti ilə “ELŞƏN” MMC arasında ilk əməkdaşlıq deyil. Şəki şəhər İcra Hakimiyyəti 2021-ci ildə şəhərdə görüləcək abadlıq işləri üzrə də eyni şirkətlə 148.585,97 manat dəyərində müqavilə bağlamışdı.

Bundan əlavə, Şəki Suvarma Sistemləri İdarəsi də rayonda Dəhnə kanalının PK81+00÷PK102+00 hissəsinin beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üçün mal-materialların satın alınması üzrə 174.681,3 manat, maşın-mexanizmlərin istismarı üçün lazım olan mal-materialların satın alınması üzrə isə 166.421,3 manat məbləğində iki satınalma müqaviləsini “ELŞƏN” MMC ilə imzalayıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə, “ELŞƏN” (VÖEN- 3000086811) Məhdud Məsuliyyətli Cəmiyyəti 11 saylı Ərazi Vergilər İdarəsində 07.11.2004-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan bu MMC-nin hüquqi ünvanı ŞƏKİ RAYONU, NATAVAN, ev.15, qanuni təmsilçisi isə Abdul-Vahabov Dursun Camal oğlu Hacıyev Əhsən Rza oğlu göstərilir. Şirkətə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Şəkidə sel fəlakətləri və dövlət vəsaitlərinin aqibəti

Şəki yağıntıların daha çox düşdüyü, sel sularının tez-tez fəsadlar törətdiyi rayonlarımızdan biridir. Hələ 2021-ci ilin noyabrında Aktualinfo.org sel sularının yaratdığı təhlükə ilə bağlı araşdırma məqaləsi yaymış, foto və videomateriallarla aidiyyatı orqanlara tədbirlər görülməsi üçün müraciət etmişdi. Məqalədə Şəkinin Baş Göynük, Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndlərinin hələ də sel təhlükəsi altında qaldığı vurğulanırdı. 2021-ci il iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı belə Baş Göynük sakinlərinin çay sahilində yerləşən bağ sahələri lilli-palçıqlı su altında qalmış, təsərrüfatlar məhv olmuşdu. Təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülməyib.

Çay kənarında milyonlarla manat vəsait hesabına keyfiyyətsiz bəndbasma işləri görən keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin dövlət vəsaitini mənimsəməsi səbəbindən bu təhlükə daim gözlənilir. Hələ 2023-cü il sentyabrın 20-də baş verən seldən sonra heç bir faktiki işlər görülməmişdi. Ötən ilin may-iyun aylarında olan növbəti sel və daşqınlardan sonra da minlərlə sakinin mülklərinə və fərdi təsərrüfatlarına böyük ziyan dəymişdi.

Qeyd edək ki, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə yanaşı, Şəki şəhər İcra Hakimiyyəti də hər il çay sahil divarlarının təmiri, çay yatağının təmizlənməsi və yeni sahilbərkitmə işlərinə milyonlarla manat vəsait ayırır. Lakin nədənsə hər dəfə sel gələndən sonra buralarda təmir, bərpa işlərinin aparıldığı heç bəlli olmur. Sanki ayrılan dövlət vəsaitləri selə qarışıb yox olur. Çox güman ki, Şəki şəhər İcra Hakimiyyətinin “ELŞƏN” MMC-yə ayırdığı yüz minlərin aqibəti də belə olacaq.

Xəbər Xətti

29 Şərh

  1. Leyla Mirzəyeva

    Bu nə biabırçılıqdır?! Şəki İcra Hakimiyyəti necə bu cür qanunsuzluğa yol verə bilər? Dövlətin pulunu bu cür “ELŞƏN” MMC-lərə necə paylayırlar? Tenderdəki bu şübhəli əməllər araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır. Qanun pozuntusuna yol verənlər xalqın pulunu talamaqda necə bu qədər cəsarətli ola bilirlər? Hesab verməli olacaqlar!

    1. Əsmət Paşayeva

      Şəki İcra Hakimiyyətinin tenderindəki iddialar ciddi araşdırmaya ehtiyac duyur. Lakin, ilkin smeta dəyəri ilə son qiymət arasındakı fərq həmişə qanun pozuntusu anlamına gəlmir. Bəzən tender iştirakçıları daha effektiv həllər təklif edərək xərcləri azalda bilirlər. Əsas məsələ, bu azalmanın keyfiyyətə və işin standartlara uyğunluğuna təsir etməməsidir. Əgər “ELŞƏN” MMC smetadan daha aşağı qiymətə eyni keyfiyyəti təmin edə bilirsə, bu, dövlət üçün qənaət deməkdir.

      1. Şəki İcra Hakimiyyətinin tenderindəki iddiaların araşdırılması vacibdir, amma hər ucuzlaşma qanunsuzluq deyil. Əslində, tenderdə qənaət dövlət üçün faydalı ola bilər. Ancaq, bu qənaətin necə əldə olunduğunu və nəticədə keyfiyyətin qorunub saxlanıldığını diqqətlə yoxlamaq lazımdır. Əsas odur ki, işlər standartlara uyğun görülsün və vətəndaşlar üçün heç bir problem yaranmasın.

  2. Rəşad Qədirli

    Bu xəbər bir daha göstərir ki, ölkəmizdə şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu sahədəki səyləri və qətiyyəti sayəsində belə qanunsuzluqlar tez bir zamanda aşkar edilir. Mikayıl Cabbarovun rəhbərliyi altında aparılan islahatlar dövlət vəsaitlərinin daha səmərəli xərclənməsinə və ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verir.

    1. Samir Fətullayev

      Tenderdəki bu qiymət fərqi ciddi araşdırmaya ehtiyac duyur. İcra Hakimiyyətinin ilkin smetası ilə qalib şirkətin təklifi arasındakı bu qədər böyük fərq, tenderin şəffaflığına şübhə yaradır və qanun pozuntusu ehtimalını gücləndirir. Bu cür halların aşkarlanması və günahkarların məsuliyyətə cəlb edilməsi, dövlət vəsaitlərinin talan edilməsinin qarşısını almaq üçün vacibdir.

      1. Tahir Zeynallı

        Şəki İcra Hakimiyyətinin tenderindəki bu qiymət fərqi, həqiqətən də, ciddi suallar doğurur və tender prosesinin şəffaflığına kölgə salır. Belə halların araşdırılması və qanun pozuntusuna yol verənlərin məsuliyyətə cəlb edilməsi dövlət vəsaitlərinin qorunması üçün vacibdir. Bu cür şübhəli tenderlərin aşkarlanması, gələcəkdə daha şəffaf və ədalətli tenderlərin keçirilməsinə zəmin yarada bilər.

        1. Yusif İsmayılov

          Şəki İcra Hakimiyyətinin tenderindəki bu iddialar ciddi araşdırma tələb edir. Tender prosesində şəffaflığın təmin edilməsi və ictimai nəzarətin gücləndirilməsi bu kimi şübhələrin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Belə halların aşkarlanması, dövlət vəsaitlərinin daha səmərəli xərclənməsinə töhfə verəcək.

  3. Lətifə Ramazanova

    Bu necə ola bilər? Şəki İcra Hakimiyyətinin tenderindəki bu qanunsuzluqlar biabırçılıqdır! Dövlət büdcəsindən ayrılan yüz minləri necə belə rahatca “ELŞƏN” MMC-yə ötürə bilərlər? Qanun harada qaldı? Bu tenderin nəticələri dərhal araşdırılmalı, günahkarlar isə ən sərt şəkildə cəzalandırılmalıdır. Xalqın pulunu talayanların yeri həbsxanadır!

    1. Əlmaz Məlikova

      Şəki İcra Hakimiyyətinin tenderindəki iddialar ciddi araşdırma tələb edir. İlkin smeta dəyəri ilə qalib şirkətin təklif etdiyi qiymət arasındakı bu fərq, doğrudan da, qanun pozuntusu ehtimalını gücləndirir. Ədalətli və şəffaf araşdırma aparılmalı, əgər qanunsuzluq varsa, günahkarlar məsuliyyətə cəlb olunmalıdır.

  4. Solmaz Hüseynova

    Görünür, bəzi məmurlar hələ də dövlətin pulunu öz cibləri kimi görürlər. Amma əminəm ki, cənab Prezident İlham Əliyev bu məsələni nəzarətə götürəcək və günahkarlar layiqli cəzalarını alacaqlar. Belə hallara yol verən məmurlar xalqın etimadını doğrultmurlar!

    1. Ülkər Mirzəyeva

      Şəki İcra Hakimiyyətinin tenderindəki qiymət fərqi ciddi araşdırma tələb edir. Qanun pozuntusu ehtimalı varsa, bu, dövlət vəsaitlərinin düzgün xərclənməsinə nəzarətin vacibliyini bir daha göstərir. Ümid edirəm, müvafiq qurumlar bu məsələni diqqətlə araşdırıb, şəffaflığı təmin edəcəklər.

  5. Bu nə biabırçılıqdır?! Şəki İcra Hakimiyyəti necə cəsarət edir ki, dövlət vəsaitini bu qədər açıq şəkildə talan etsin? Tender adı altında qanunsuzluq etmək, “ELŞƏN” MMC-yə yüz minləri qanunsuz ayırmaq nə deməkdir? İlkin smeta dəyəri ilə təklif olunan qiymət arasındakı bu qədər böyük fərq nəyin göstəricisidir? “Dövlət Satınalmaları haqqında” Qanunu bu qədər açıq şəkildə pozmaq nədir?

    Bu korrupsiyaya bulaşmış məmurların əməlləri ifşa olunmalı və onlar ən sərt şəkildə cəzalandırılmalıdırlar! Xalqın pulunu talan edən hər kəs qanun qarşısında cavab verməlidir!

    1. Şəbnəm Xəlilova

      Şəki İcra Hakimiyyətinin tenderindəki bu iddialar ciddi araşdırılmalıdır. Smeta dəyəri ilə təklif olunan qiymət arasındakı fərq qanun pozuntusu ehtimalını gücləndirir. Əgər qanun pozuntusu varsa, günahkarlar məsuliyyətə cəlb olunmalı və dövlət vəsaitinin şəffaf idarə olunması təmin edilməlidir.

      1. Sevinc Məmmədova

        Şəki İcra Hakimiyyətinin tenderi ilə bağlı iddialar narahatlıq doğurur. Tenderin şəffaflığı və dövlət vəsaitlərinin düzgün xərclənməsi hər zaman prioritet olmalıdır. Bu iddiaların araşdırılması, gələcəkdə bu kimi halların qarşısının alınması üçün vacibdir.

        1. Lalə Qənbərova

          Şəki İcra Hakimiyyətinin tenderi ilə bağlı iddialar ciddi araşdırma tələb etsə də, hər zaman bütün tərəfləri dinləmək və qərəzsiz mövqe tutmaq lazımdır. Bəzən tender prosesində qanun pozuntuları olmaya bilər, sadəcə sənədləşmə və ya kommunikasiya problemləri səbəbindən yanlış təəssürat yarana bilər. Buna görə də, qəti qərar verməzdən əvvəl bütün faktları dəqiqləşdirmək ədalətli olardı.

          1. Əminə Əlizadə

            Şəki İcra Hakimiyyətinin tenderi ilə bağlı iddialar ciddi araşdırma tələb etsə də, hər zaman bütün tərəfləri dinləmək və qərəzsiz mövqe tutmaq lazımdır. Bəzən tender prosesində qanun pozuntuları olmaya bilər, sadəcə sənədləşmə və ya kommunikasiya problemləri səbəbindən yanlış təəssürat yarana bilər. Buna görə də, qəti qərar verməzdən əvvəl bütün faktları dəqiqləşdirmək ədalətli olardı.

            Tenderlərdə şəffaflığın təmin edilməsi hər bir vətəndaşın haqqıdır. İcra Hakimiyyətinin bu məsələdə üzərinə düşən vəzifə, yalnız qanuna riayət etmək deyil, həm də prosesin tam şəffaf olmasını təmin etməkdir ki, ictimaiyyətdə heç bir şübhə yeri qalmasın. Əgər hər hansı bir qanun pozuntusu varsa, bunun aşkarlanması və günahkarların məsuliyyətə cəlb edilməsi bütün cəmiyyət üçün ədalətli bir mesaj olardı.

  6. Əhməd Fətullayev

    Bu nə biabırçılıqdır?! Şəki İcra Hakimiyyəti açıq-aşkar qanunsuzluğa yol verərək, yüz minləri “ELŞƏN” MMC-yə necə ayırır? Tenderin ilkin smeta dəyəri ilə qalib şirkətin təklif etdiyi qiymət arasındakı bu qədər fərq nə deməkdir? Dövlət vəsaitlərini talan etməkdən əl çəkməyəcəksiniz? Belə korrupsiyaya bulaşmış məmurları dərhal vəzifədən azad edib, qanun qarşısında cavab verməyə məcbur etmək lazımdır!

    1. İsmayıl Ələkbərov

      Şəki İcra Hakimiyyətinin tenderindəki iddialar ciddi araşdırılmalıdır. İlkin smeta dəyəri ilə təklif olunan qiymət arasındakı bu fərq, doğrudan da qanun pozuntusu olub-olmadığını aydınlaşdırmaq üçün əsaslı bir səbəbdir. Əgər qanun pozuntusu varsa, günahkarlar məsuliyyətə cəlb olunmalıdır, lakin ittihamlar sübuta yetirilmədən qəti hökm vermək doğru olmazdı.

  7. Səbinə İbrahimova

    Ay aman, bunlar nə işlərdir?! Şəki İcra Hakimiyyətinin bu hərəkəti qanunsuzluğun zirvəsidir! Görünür, bəzi məmurlar hələ də dövlətin pulunu öz cibləri kimi görürlər. Amma unutmasınlar ki, yuxarıda İlham Əliyev kimi gözüaçıq liderimiz var, belə əməlləri bağışlamaz!

    1. Şəki İcra Hakimiyyətinin tenderindəki bu fərqli qiymətlər ciddi araşdırma tələb edir. Dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq və qanunvericiliyə riayət olunması vacibdir. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələni diqqətlə araşdırıb, hər hansı qanun pozuntusu varsa, məsul şəxslər cəzalandırılacaq.

      1. Şahnaz Orucova

        Şəki İcra Hakimiyyətinin tenderindəki bu iddialar ciddi narahatlıq doğurur. Tenderin şəffaflığı və dövlət vəsaitlərinin düzgün xərclənməsi hər bir vətəndaş üçün önəmlidir. Ümid edirəm ki, bu məsələ araşdırılacaq və nəticələri ictimaiyyətə açıqlanacaq.

  8. Aygün Əliyeva

    Bu nə biabırçılıqdır?! Şəki İcra Hakimiyyəti necə bu qədər həyasız ola bilər? Dövlətin pulunu sağa-sola dağıtmaqla nə əldə etmək istəyirlər? Tender adı altında qanunsuzluq etmək, sonra da utanmadan “ELŞƏN” MMC-yə yüz minləri vermək?! Belə rəzaləti necə həzm edək?! Qanunsuzluğa göz yuman hər kəs cəzasını almalıdır! Şəki İcra Hakimiyyətinin bu əməli dövlətə xəyanətdir!

    1. Etibar Mirzəyev

      Şəki İcra Hakimiyyətinin bu tenderi ilə bağlı iddialar ciddi araşdırılmaya ehtiyac duyur. Əgər qanun pozuntuları varsa, təbii ki, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Lakin hər hansı bir qərar verməzdən əvvəl bütün tərəflərin mövqeyini dinləmək və dəlilləri diqqətlə incələmək lazımdır.

  9. Xədicə Camalova

    Şəki İcra Hakimiyyətinin bu qanunsuz əməlləri biabırçılıqdır! Tender adı altında yüz minləri necə talan edirlər? “ELŞƏN” MMC-yə bu qədər pulu hansı haqla verirlər? Qurcana çayının təmiri adı ilə dövlət vəsaitini necə soyurlar? Belə korrupsiyaya son qoyulmalıdır! Bu qanunsuzluğa göz yumanlar da cəzasını almalıdır!

    1. Şəki İcra Hakimiyyətinin tenderlə bağlı iddiaları ciddi məsələdir və araşdırılmalıdır. Əgər qanun pozuntusu varsa, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Lakin tenderlərin şəffaflığına nəzarət etmək, həm də yerli icra hakimiyyətlərinin fəaliyyətini iflic etməmək lazımdır. Bəzən bürokratik əngəllər və ləngimələr də işlərin keyfiyyətinə mənfi təsir göstərə bilər. Ona görə də, məsələyə hərtərəfli yanaşmaq, yalnız neqativ halları deyil, müsbət təcrübələri də öyrənmək faydalı olar.

  10. Şahin Əsgərov

    Bu cür qanunsuzluqlar yolverilməzdir! Şəki İcra Hakimiyyətinin bu əməliyyatı şəffaflıq prinsiplərinə ziddir və ciddi araşdırılmalıdır. Ölkəmizdə haqq-ədalətin bərqərar olması üçün bu kimi hallara qarşı mübarizə aparmaq hər birimizin vətəndaşlıq borcudur. Qanunsuzluğa yol verən hər kəs cəzasını almalıdır!

  11. Fikrət Mirzəyev

    Bu xəbər bir daha göstərir ki, bəzi məmurlar dövlətin pulunu necə talan etməyə çalışırlar. Şəki İcra Hakimiyyətinin bu qanunsuz əməliyyatı, ölkə başçısının korrupsiyaya qarşı apardığı mübarizəyə açıq bir zərbədir. Belə halların araşdırılıb günahkarların cəzalandırılması, ədalətin bərpa olunması üçün vacibdir.

    1. Şəki İcra Hakimiyyəti ilə bağlı iddialar ciddi araşdırılmaya layiqdir. Əgər qanunsuzluq varsa, günahkarların məsuliyyətə cəlb edilməsi vacibdir. Lakin hər hansı bir qərar verməzdən əvvəl bütün tərəflərin mövqeyini dinləmək və dəqiq məlumat əldə etmək lazımdır ki, ədalətli qərar qəbul edilsin.

  12. Əsmər Nəbiyeva

    Bu nə biabırçılıqdır?! Şəki İcra Hakimiyyətinin bu cür qanunsuz əməlləri insanı dəhşətə gətirir. Görəsən, bu “ELŞƏN” MMC kimindir ki, bu qədər rahatlıqla yüz minləri mənimsəyirlər? Dövlət pulunu talamaqdan çəkinmirlər, sonra da gözümüzün içinə baxa-baxa “işləyirik” deyirlər. Belə rəzil işlərin üstünü açan jurnalistlərə dərin təşəkkürümü bildirirəm!

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.