Baş xəbər

Tramp “üçüncü dünya” ölkələrindən miqrasiyanı daimi donduracağını deyir

ABŞ prezidenti Donald Tramp noyabrın 27-də mətbuat konfransında bildirib ki, rəhbəri olduğu administrasiya bütün “üçüncü dünya ölkələri”ndən miqrasiyanı “daimi olaraq dayandıracaq”.

Bundan bir gün əvvəl Ağ Ev yaxınlığında Əfqanıstan vətəndaşı olan şəxs iki Milli Qvardiya əsgərinə atəş açıb və onlardan biri aldığı yaralardan ölüb. Tramp qərarını bu hadisə ilə əsaslandırıb. 

Sözügedən əfqan vətəndaş əvvəlki prezident Co Baydenin dövründə ABŞ-yə gəlsə də, məhz Trampın rəhbərlik etdiyi administrasiya ona siyasi sığınacaq verib. 

“ABŞ sisteminin tam bərpa olunmasına imkan vermək üçün bütün Üçüncü Dünya ölkələrindən miqrasiyanı daimi olaraq dayandıracağam, Bayden dövründə həyata keçirilmiş milyonlarla qanunsuz miqrant qəbulunun hamısını – o cümlədən Yuxulu Co Baydenin avtoimzası ilə təsdiqlənənləri – ləğv edəcəyəm və ABŞ-yə xalis fayda gətirməyən hər kəsi ölkədən çıxaracağam”, – Tramp deyib. 

Prezident əfqan vətəndaşa məhz onun administrasiyası tərəfindən sığınacaq verilməsi haqda suala cavabında isə jurnalisti “axmaq” adlandırıb. 

Tramp “üçüncü dünya” və “daimi dayandırmaq” deyəndə nəyi nəzərdə tutduğunu izah etməyib. 

Daha əvvəl Vətənin Təhlükəsizliyi Departamentindən bildiriblər ki, Tramp Bayden administrasiyası dövründə təsdiqlənmiş sığınacaq işlərinin və 19 ölkənin vətəndaşlarına verilmiş “qrinkart”ların genişmiqyaslı şəkildə yenidən yoxlanılmasını əmr edib.

ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti hadisədən sonra Əfqanıstan vətəndaşları ilə bağlı bütün miqrasiya müraciətlərinin baxılmasını qeyri-müəyyən müddətə dayandırıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button